Bu təqaüd 100 manata QALDIRILA BİLƏR - DEPUTAT

Bu təqaüd 100 manata QALDIRILA BİLƏR - DEPUTATMüharibə veteranları və qazilərə ödənilən sosial ödənişlərin artırılması məsələsi yenidən gündəmə gəlib. Hazırda müharibə veteranlarına aylıq 80 manat Prezident təqaüdü ödənilir.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Rövşən Muradov Modern.az-a açıqlama verib:

Qazilər və müharibə veteranlarına sosial dəstəyin gücləndirilməsi dövlət siyasətinin dəyişməz prioritetidir:

Qazilər və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi insan mərkəzli dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bununla yanaşı, məsul dövlət mövqeyi ictimai dövriyyədə səslənən hər ehtimalı qəbul edilmiş qərar kimi təqdim etməyə imkan vermir. Sosial ödənişlərin məbləği yalnız müvafiq normativ-hüquqi aktın qəbulundan və maliyyə təminatının müəyyənləşdirilməsindən sonra dəyişmiş hesab olunur. Buna görə rəsmi qərar elan edilənədək artımın konkret məbləği və tətbiq tarixi barədə qəti fikir bildirmək hüquqi və institusional baxımdan düzgün olmaz".

Deputat mümkün artımın fiskal yükünün idarəolunan hesab edildiyini söyləyib:

"Məsələnin fiskal miqyası isə mövcud statistik baza əsasında obyektiv qiymətləndirilə bilər. Hazırda 183 mindən artıq müharibə veteranına aylıq 80 manat Prezident təqaüdünün ödənilməsi təxminən 175,8 milyon manatlıq illik maliyyə öhdəliyi formalaşdırır. Təqaüdün 80 manatdan 100 manata çatdırılması yalnız bu istiqamət üzrə dövlət büdcəsinə əlavə 43,9 milyon manatlıq illik yük yaradar. Bu rəqəm proqnozlaşdırılan artım kimi deyil, mümkün qərarın maliyyə tutumunu göstərən şərti hesablama kimi qəbul edilməlidir".

Deputat bildirib ki, qanunvericilikdə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər kimi təsnif olunan qazilərə orqanizmin funksiyalarının pozulma səviyyəsinə uyğun olaraq 400, 500 və 600 manat Prezident təqaüdü ödənilir:

"Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş təxminən 14 min şəxs üzrə orta aylıq göstərici 472 manata yaxındır. Bu ödənişlərin 20 faiz artırılması illik təqribən 15,8 milyon manat əlavə vəsait tələb edər. Veteran təqaüdünün 100 manata çatdırılması ilə həmin ssenari birlikdə götürüldükdə ümumi əlavə maliyyə tələbatı 59,8 milyon manat səviyyəsində formalaşar. 2026-cı il dövlət büdcəsinin 41,7 milyard manatlıq xərc çərçivəsi və sosial müdafiə ilə sosial təminata ayrılmış 4,87 milyard manat nəzərə alındıqda, göstərilən ssenari ümumi büdcə xərclərinin təxminən 0,14 faizinə, müvafiq sosial xərclərin isə 1,23 faizinə bərabərdir. Bu nisbətlər mümkün artımın fiskal baxımdan idarəolunan olduğunu göstərir, lakin ödənişlərin daimi xarakteri onların dayanıqlı və əsasən qeyri-neft gəlirləri hesabına maliyyələşdirilməsini zəruri edir".

R.Muradov bu qərarın həm daxili istehlakı, həm də sosial ədaləti dəstəkləyə biləcəyini deyib:

"Belə bir qərarın iqtisadi təsiri yalnız büdcədən ayrılan vəsaitlə məhdudlaşmır. Ödənişlərin əsasən gündəlik tələbat mallarına və xidmətlərə yönəlməsi daxili istehlakı dəstəkləyir, vəsaitin müəyyən hissəsinin iqtisadi dövriyyə və vergi daxilolmaları vasitəsilə büdcəyə qayıtmasına şərait yaradır. Maliyyə miqyası ümumi iqtisadiyyatla müqayisədə məhdud olduğundan ayrıca ciddi inflyasiya təzyiqi gözlənilmir. Burada əsas məqsəd sosial ədalətin, dövlət-vətəndaş etimadının və Vətən qarşısında xidmətə verilən ali siyasi-hüquqi qiymətin maddi təminat mexanizmləri ilə daha da möhkəmləndirilməsidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 245   Tarix: 13 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"80-lər" trendinə qoşulanlara ciddi xəbərdarlıq: Məlumatlarınız oğurlana bilər!

Sosial mediada sürətlə yayılan "80-lər" trendi şəxsi məlumatların təhlükəsizliyi və rəqəmsal məxfiliklə bağlı müzakirələrə səbəb olub. Türkiyənin Şəxsi Məlumatların Mühafizəsi Qurumunun (KVKK) yaydığı açıqlamada istifadəçilərə süni intellekt tətbiqləri vasitəsilə fotoşəkillərin işlənməsi il

11 sentyabr
.

Ali təhsilin 3 ilə endirilməsi: zamanın tələbi, yoxsa keyfiyyət üçün yeni sınaq?

Ali təhsil sistemində son illər müzakirəyə çıxarılan ən mühüm məsələlərdən biri bakalavr təhsilinin müddətinin üç ilə endirilməsi ideyasıdır. İlk baxışdan bu yanaşma sadə görünür: tələbə universiteti daha qısa müddətdə bitirir, əmək bazarına daha tez daxil olur və həm ailənin, həm də dövlətin təhsi

11 sentyabr
.

Qarabağın yeni reallıqları diplomatik korpusun gözü ilə - Hikmət Hacıyevin müşayiəti ilə növbəti tarixi səfər

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi genişmiqyaslı bərpa-quruculuq işləri beynəlxalq diplomatik korpusun nümayəndələrinin diqqət mərkəzindədir. Sentyabrın 11-də Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiət

12 sentyabr
.

Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİ XƏBƏR

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. -a danışan iqtisadçı Xalid Kərimli deyib ki, büdcəyə yenidən baxılması ilə bağlı hər hansı qadağa yoxdur:. "Hökumə

13 sentyabr
.

Bakıda ictimai nəqliyyatda YENİ SİSTEM: Metro və avtobusa 90 dəqiqə ərzində ödənişsiz istifadə mümkün olacaq?

Milli Məclisin deputatı Naqif Həmzəyevin sərnişinlərin metro və avtobusdan ardıcıl istifadə zamanı əlavə ödənişdən azad edilməsi ilə bağlı təklifi ictimai nəqliyyatda vahid ödəniş sisteminin tətbiqi məsələsini yenidən gündəmə gətirib. Deputat təklif edib ki, sərnişin metrodan istifadə edərək "2

13 sentyabr
.

Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər - 3 SAATLIQ

Türkiyədə övladı məktəbə yeni başlayan valideynlər üçün maraqlı bir təşəbbüs tətbiq olunur. "Uyğunlaşma həftəsi" çərçivəsində valideynlər uşağın məktəbə ilk günlərində yanında olmaq üçün gün ərzində 3 saata qədər işdən icazə ala biləcəklər. Məqsəd uşağın yeni mühitə daha rahat uyğunlaşmasın

12 sentyabr
.

Oktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM

2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, oktyabr ayında qeyri-iş günü nəzərdə tutulmayıb. -ın məlumatına görə, beşgünlük iş həftəsi üzrə ay ərzində 22 tam iş günü olacaq. Bu isə ümumilikdə 176 saat iş vaxtı deməkdir. Bu səbəbdən çalışan əhali oktyabr ayında yalnız həftəsonlar

13 sentyabr
.

Bəzi mağazalar niyə QR-kodla ödənişdən imtina edir? "Biz "m10"la ödəniş götürmürük" - VİDEO

Bakıda bəzi mağaza və ticarət obyektlərində "m10" tətbiqi üzərindən QR-kod vasitəsilə ödənişlərin qəbul edilmədiyi bildirilir. Baku TV məsələni yerində araşdırmaq üçün paytaxtdakı iri ticarət mərkəzlərindən birində müşahidə aparıb. Təxminən səkkiz geyim mağazasına müraciət edilərək "m10"

12 sentyabr
.

Bu təqaüd 100 manata QALDIRILA BİLƏR - DEPUTAT

Müharibə veteranları və qazilərə ödənilən sosial ödənişlərin artırılması məsələsi yenidən gündəmə gəlib. Hazırda müharibə veteranlarına aylıq 80 manat Prezident təqaüdü ödənilir. Mövzu ilə bağlı Milli Məclisin deputatı Rövşən Muradov -a açıqlama verib:. Qazilər və müharibə veteranlarına sosial dəstəyi

13 sentyabr