Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
Qədim inanclara görə, evdə olan ən adi əşyalar belə maddi rifaha və pul bəxtinə təsir göstərə bilər. Pul kisəsində dəfnə yarpağı saxlamaq, qapının ağzındakı xalçanın altına qəpik qoymaq və ya pul kisəsini heç vaxt tam boş buraxmamaq bu cür inanclar sırasındadır.
Ən məşhur inanclardan biri giriş qapısının qarşısındakı xalçanın altına qəpik qoymaqdır. İnanclara əsasən, bu qəpik simvolik olaraq pulu evə çəkməlidir.
Qəpiyin insanların hərəkətinə mane olmayacaq yerdə saxlanılması və müəyyən müddətdən sonra yenisi ilə əvəz edilməsi tövsiyə olunur.
Başqa bir inanca görə isə pul kisəsində bir qəpik saxlanılmalı və heç vaxt xərclənməməlidir. Belə qəpik bir növ pul talismanı hesab edilir. Xüsusilə gözlənilmədən əldə edilən və ya tapılan qəpiklərə daha çox əhəmiyyət verilir.
Pul kisəsi ilə bağlı başqa bir inanc da onun tamamilə boş saxlanılmamasıdır. Xalq inanclarına görə, pul kisəsində ən azı bir əsginas və ya qəpik olması pulun evdən əskik olmayacağını simvolizə edir.
Pul kisəsində dəfnə yarpağı niyə saxlanılır?
Pul kisəsində dəfnə yarpağı saxlamaq da geniş yayılmış inanclardan biridir. Quru dəfnə yarpağı bolluq və maddi rifah rəmzi hesab olunur. İnanclara görə, bunun üçün çatlamamış və zədələnməmiş bütöv yarpaq seçilməlidir.
Darçın, palıd qozası, taxıl dənələri və müxtəlif qəpiklər də xalq arasında bolluq rəmzi sayılıb. Bu əşyaları evdə, mətbəxdə və ya pul saxlanılan yerdə yerləşdirənlər olub.
Pul bəxtini "qorumaq" üçün bəzi məişət qaydalarına əməl etməyin vacib olduğuna da inanılır. Məsələn, qədim inanclara görə, evdə, xüsusilə axşam saatlarında fit çalmaq olmaz. Bunun pulların evdən getməsinə səbəb ola biləcəyinə inanılıb.
Pul kisəsini yerə qoymaq da yaxşı əlamət hesab edilmir. İnanclara görə, bu hərəkət maddi itkilərə səbəb ola bilər.
Sol ovucun qaşınması nə deməkdir?
Pul ilə bağlı məşhur inanclardan biri də sol ovucun qaşınmasıdır. Xalq arasında sol ovucun qaşınmasının yaxın zamanda pul alınacağına işarə etdiyi düşünülür. Sağ ovucun qaşınması isə daha çox görüş və ya kiminləsə əl sıxmaqla əlaqələndirilir.
Qeyd edək ki, bütün bunlar yalnız xalq inanclarıdır və onların elmi təsdiqi yoxdur. Buna baxmayaraq, bu cür inanclar əsrlər boyu nəsildən-nəslə ötürülüb və bəziləri bu gün də populyarlığını qoruyur./Lent.az
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1064 Tarix: 13 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Powerbank"dakı gizli düymə nə üçündür?
Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri
15 noyabrSürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB
Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili
15 noyabrQadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay
15 noyabrKlozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul
7 noyabrBeyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı
ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec
17 noyabrRomanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı
Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"
14 noyabr"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabr800 illik qala 1 avroya satılır - Fotolar
Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər
9 noyabr