Bakı metrosunun işində yaranan problemin səbəbi açıqlandı - FOTO - VİDEO
Bakı metropoliteninin "qırmızı xətt"i üzrə qatarların hərəkəti qrafik üzrə intervallara uyğun təmin olunub.
Sonxeber.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
"Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir, anlayış üçün təşəkkür edirik!", - məlumatda qeyd edilib.
08:50
Bakı metrosunda qatarların hərəkətində yaranan problemin səbəbi açıqlanıb.
Oxu.Az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin yaydığı məlumatda problemin yaranmasına səbəb kimi "İçərişəhər" stansiyasının giriş sahəsində qatarda nasazlığın yaranması göstərilib.
"Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılıb. Qısa müddət ərzində "qırmızı xətt" üzrə interval bərpa olunub.
Həmin müddət ərzində "yaşıl" və "bənövşəyi xət"lərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edib.
Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyirik", - deyə məlumatda bildirilib.
08:26
Bakı metrosunda qatarların hərəkətində gecikmə baş verib.
Bu barədə Oxu.Az-a məlumat daxil olub.
Qeyd olunub ki, artıq 15 dəqiqədir ki, qatarlar "Koroğlu" stansiyası ilə "Ulduz" stansiyası arasında dayanıb.
"Deyirlər ki, qarşıda nəsə problem var. Qatarda kondisioner də yoxdur. Nəfəs almaq olmur", - deyə məlumatda bildirilib.
Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən fakt təsdiqlənib.
"Problem "qırmızı xət"dədir. Yaxın zamanda xəbər veriləcək", - deyə QSC-dən vurğulanıb.




Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 575 Tarix: 14 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSaatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, aşağıdakı hallardan biri olduqda saatlıq əməkhaqqı müəyyən ediləcək:
17 noyabrEvə buraxılan qadın xəstəxana həyətində öldü
Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On
17 noyabrXəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir
Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi
17 noyabrDirektorların işə qəbul nəticələri - Açıqlandı
2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları
16 noyabrŞəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar
Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsin
17 noyabr