Tətilə gedən ovçular küçədə qaban sürüsü ilə qarşılaşdı: Başmaqlarını heyvanlara atdı - VİDEO
Türkiyənin Kütahya şəhərindən Muğlanın Marmaris rayonuna tətilə gedən 4 ovçu gecə saatlarında küçədə dolaşan 5 vəhşi qabanla qarşılaşıb.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı ovçulardan Mehmet Özkanın ayağındakı başmaqları çıxararaq qaçan qabanların arxasınca atması sosial mediada böyük maraq doğurub.
Kütahyanın Hisarcık rayonundan Marmarisə tətilə gedən Hisarcık Mərkəz Ovçuluq və Atıcılıq İxtisas Klubunun rəhbəri Mehmet Özkan və 3 ovçu dostu Çamdibi məhəlləsində qaldıqları evin terrasından gecə saatlarında küçədə hərəkət edən qabanları görüblər.
Saat 02:00 radələrində 5 vəhşi qabanı görən dostlar əvvəlcə təəccüblənib, daha sonra terrasdan enərək heyvanların olduğu küçəyə çıxıblar. Ovçuları görən qabanlar isə sürətlə qaçmağa başlayıb.
Dörd dost heyvanların arxasınca qaçarkən Mehmet Özkan ayağındakı başmaqları çıxararaq qaçan qabanlara tərəf atıb. Qeyri-adi anlar mobil telefon kamerası ilə lentə alınıb.
Özkan daha sonra görüntüləri sosial media hesabında paylaşaraq hadisənin necə baş verdiyini danışıb.
O bildirib ki, dostları ilə birlikdə Marmarisə tətilə gediblər və gecə saatlarında terrasda istirahət edərkən küçədə 5 qaban gördükləri üçün təəccübləniblər. Onun sözlərinə görə, heyvanlar onları gördükdən sonra qaçmağa başlayıb və onlar da qabanların arxasınca qaçıblar. Bu zaman Özkan qeyri-ixtiyari olaraq ayağındakı başmaqları heyvanların arxasınca atıb.
Hadisənin görüntüləri sosial mediada qısa müddətdə geniş yayılıb və istifadəçilərin böyük marağına səbəb olub.
Mehmet Özkan paylaşımına "Bəzən sadəcə izləyirsən, əlindən heç nə gəlmir. İzləmək də həyəcanverici idi" qeydini əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 351 Tarix: 14 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə
İspaniyanın Qalisiya bölgəsində 12 evdən və təxminən 1,5 hektar torpaq sahəsindən ibarət tərk edilmiş kənd sıfır avroya satışa çıxarılıb. Əsas şərt yeni sahibin kəndin bərpasını öz üzərinə götürməsidir. xarici mediaya istinadən xəbər verir ki, kənd uzun illərdir əhalisinin azalması ilə üzləşən O-Ribeyr
10 sentyabr"Bavariya"da bu rekorda çatdı - "Real"dan sonra
"Bavariya" Çempionlar Liqasının ümumi mərhələsinin I turunda "Budö-Qlimt"i darmadağın edib. xəbər verir ki, Münhendə "Arena Münhen" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı Camal Musiala açıb. Bu qol "Bavariya"nı
11 sentyabrSaç qaynağının gizli təhlükəsi: Keçəlləşməyə səbəb ola bilər
Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbii yolla tökülsə də, bərkidilmə yerlərində qaldığı üçün bu, hiss olunmur. Müvafi
13 sentyabrPis yuxu insan beynini qocaldır?
"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları, o cümlədən beta-amiloidi yuyub aparır". Bu fikirləri Səhiyyə Nazirliyinin rəsm
13 sentyabrÖzünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
Özünü ətrafındakı hər kəsdən daha ağıllı görən insanlar fərqində olmadan işlətdikləri bəzi ifadələrlə özlərini büruzə verə bilirlər. "YourTango" münasibətlərdə incikliyə səbəb ola bilən və üstünlük duyğusunu əks etdirən 13 cümləni sıralayıb. xəbər verir ki, "YourTango"nun yazdığın
13 sentyabrQəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
Qəhvənizi necə içdiyinizin şəxsiyyətiniz haqqında ipucu verə biləcəyini heç düşünmüsünüzmü? Sadə qəhvəyə üstünlük verənlərdən bol südülü latte sevənlərə, buzlu qəhvədən kofeinsiz və bitki mənşəli süd seçimlərinə qədər hər qəhvə vərdişi fərqli bir şəxsiyyət profili ilə əlaqələndirilən araşdırmalar mövcuddur
13 sentyabr"WhatsApp" bu telefonlarda ARTIQ İŞLƏMƏYƏCƏK
Meta şirkəti "WhatsApp"ın ən son təhlükəsizlik standartlarını qorumaq məqsədilə bəzi köhnə Android və "iPhone" modellərinə dəstəyi dayandırır. -a istinadla xəbər verir ki, şirkətin yenilədiyi minimum sistem tələblərinə əsasən, 8 sentyabr 2026-cı ildən Android 6-dan aşağı versiyalarda
13 sentyabr