Bir ev puluna bütün kəndi satın aldı
ABŞ-li sahibkar Jason Lee Beckwith İspaniyanın Zamora əyalətində 37 ildir heç kimin yaşamadığı Salto de Castro kəndini 310 min avroya satın alıb.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, satış nəticəsində sahibkar yalnız kəndin torpaqlarına deyil, ərazidə yerləşən çoxsaylı tikililərə də sahib olub. Kənddə 44 ev, məktəb, bar, keçmiş kazarma binaları və tarixi kilsə yerləşir.
Salto de Castro kəndi 1946-cı ildə bölgədəki hidroelektrik stansiyada çalışan işçilərin və onların ailələrinin məskunlaşması üçün salınıb. Kəndin son sakinləri 1989-cu ildə ərazini tərk etdikdən sonra yaşayış məntəqəsi tamamilə boş qalıb.
Beckwith-in kəndi özünə şəxsi yaşayış məkanı yaratmaq üçün almadığı bildirilir. ABŞ-li sahibkarın əsas məqsədi tərk edilmiş kəndi turizm və yaşayış kompleksinə çevirməkdir.
İspaniyanın Sənaye və Turizm Nazirliyi tərəfindən təsdiqlənən layihə çərçivəsində kənddəki mövcud tikililərin bərpası nəzərdə tutulur. Layihənin ilkin mərhələsində otel otaqları, restoran, resepsiyon, üzgüçülük hovuzu və müxtəlif sosial məkanların yaradılması planlaşdırılır.
Kəndin inkişafı üçün ümumilikdə təxminən 6 milyon avro (təxminən 338 milyon TL) investisiya qoyulmasının planlaşdırıldığı bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 373 Tarix: 14 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Saatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər
"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovski bildirib. Ekspertin sözlərinə görə, qədim dövrlərdə insanın sağ qalması xəsarət zaman
14 sentyabrSəhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
Səhər kifayət qədər yatmağınıza baxmayaraq özünüzü yorğun hiss edirsinizsə, bunun səbəbi gecə yatmazdan əvvəl etdiyiniz bəzi vərdişlər ola bilər. xəbər verir ki, yuxu mütəxəssislərinin fikrincə, yatmazdan əvvəl uzun müddət telefon, planşet və ya kompüter ekranına baxmaq yuxunun keyfiyyətinə mənfi təsi
12 sentyabrLG televizorları söndürüldükdən sonra da sizi dinləyə bilər - ŞOK ARAŞDIRMA
LG markalı bəzi ağıllı televizorların ekran söndürüldükdən və cihaz gözləmə rejiminə keçirildikdən sonra da istifadəçilər haqqında müəyyən məlumatları toplamağa davam etdiyi iddia olunur. Potensial olaraq problemin yüz milyonlarla cihazı əhatə edə biləcəyi bildirilir. xarici KİV-ə istinadən xəbər veri
11 sentyabrBalıq bişirəndə edilən əsas səhvlər
Düzgün bişirilmiş balıq yalnız əla dadını qoruyub saxlamır, həm də orqanizm üçün çoxsaylı faydalı mikroelementlərlə zəngin olur. Balıq ən faydalı və dadlı qidalardan biri hesab edilir. Onu sobada bişirmək, qızartmaq və ya qaynatmaq mümkündür. Lakin hazırlanma prosesində bəzi səhvlərə yol verildikdə yeməyi
13 sentyabr"Bavariya"da bu rekorda çatdı - "Real"dan sonra
"Bavariya" Çempionlar Liqasının ümumi mərhələsinin I turunda "Budö-Qlimt"i darmadağın edib. xəbər verir ki, Münhendə "Arena Münhen" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı Camal Musiala açıb. Bu qol "Bavariya"nı
11 sentyabr