İdmanla bağlı məşhur mif: Çox tərləmək arıqlamaq demək deyil

İdmanla bağlı məşhur mif: Çox tərləmək arıqlamaq demək deyil"Məşq zamanı çox tərləmək daha çox kalori yandırıldığını və yağ itkisini göstərmir".

Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.ru-ya məşqçi Kseniya Qufranova bildirib.

Onun sözlərinə görə, tərləmə orqanizmin temperaturu tənzimləmək üçün istifadə etdiyi təbii mexanizmdir. Tərləmənin miqdarına havanın temperaturu, rütubət, geyim və fərdi xüsusiyyətlər təsir edir.

Mütəxəssis bildirib ki, məşqdən sonra tərəzidə görünən çəki azalması əsasən su və elektrolit itkisi ilə bağlıdır və yağ yandırılması demək deyil.

Qufranova məşqin nəticəsini qiymətləndirmək üçün gücün artmasına, hərəkətlərin daha düzgün yerinə yetirilməsinə, dözümlülüyün yüksəlməsinə və fiziki yükdən sonra nəbzin daha tez normallaşmasına diqqət etməyi tövsiyə edib.

Məşqin insanı tamamilə tükəndirməsinin də vacib göstərici olmadığını bildirən ekspert qeyd edib ki, effektiv məşq müntəzəm şəkildə davam etdirilə bilən və zamanla insanı daha güclü və enerjili edən məşqdir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 84   Tarix: 14 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Üzdə şişkinlik, dəridə səpkilər: Səbəb geyiminizdə gizlənə bilər - VİDEO

Geyindiyimiz paltarlar bəzən dərimizdə dərin izlər buraxır. Hətta üzdə və gözlərin ətrafında şişkinliyə gətirib çıxarır. Bəs bu əlamətlər hansı hallarda ciddi siqnal hesab olunur?. Mövzu ilə bağlı Baku TV-yə açıqlama verən allerqoloq Ramil Qocayev bildirib ki, bədənlə təmasda olan geyimlər və digər vasitələ

13 sentyabr
.

Haradan haraya! Bu uşağı indi dünya tanıyır

Karyerasını "Qalatasaray"da davam etdirən milli futbolçu Yunus Akgünün uşaqlıq illərinə aid görüntüləri diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, illər əvvəl çəkilən fotoda əlində futbol topu olan balaca Yunusun kameraya baxdığı görünür. Qırmızı köynək geyinən gələcəyin futbolçusunu

11 sentyabr
.

Köməyə gələn ata ayını yox, oğlunu GÜLLƏLƏDİ

Rusiyanın Buryatiya Respublikasının Cida rayonunda kişi oğlunu ayının hücumundan xilas etməyə çalışarkən səhvən güllələyib. yerli mediaya istinadla bildirir ki, hadisə oğul qoyun sürüsünü meşədən uzaqlaşdırmağa çalışarkən baş verib. Bu zaman meşədən çıxan ayı çobana hücum edib. O, qışqıraraq kömək istəyi

13 sentyabr
.

İtinizə verdiyiniz ləzzətli yemək təhlükə yarada bilər: "10 faizi keçməməlidir"

İtlərə hər gün ləzzətli yemək vermək düzgün miqdarda və keyfiyyətli məhsullardan istifadə edildiyi halda faydalı vərdiş ola bilər. xəbər verir ki, kinoloq İrina Şarıpova bu barədə -ya danışıb. Mütəxəssis bildirib ki, dadlı yeməklər əsasən təlim və funksional məhsullara bölünür. Təlim zamanı verilən kiçi

14 sentyabr
.

Qadın keçmiş sevgilisini qısqanıb evini və maşınını yandırdı

Rusiyada 33 yaşlı qadın keçmiş sevgilisinin avtomobilini və bağ evini yandırıb. xarici mediaya istinadən xəbər verir ki, 39 yaşlı kişi polisə müraciət edərək naməlum şəxsin onun torpaq sahəsinə daxil olduğunu, "Niva" markalı avtomobilini və bağ evini yandırdığını deyib. Araşdırma zamanı hadisən

10 sentyabr
.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetinin mütəxəssislərinin apardığı araşdırmada pomidorun tərkibindəki likopen maddəsini

12 sentyabr
.

Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər

Gecə yuxudan oyanaraq su içmək bir çox insanın qarşılaşdığı haldır. Bəzən bu, sadəcə gün ərzində kifayət qədər maye qəbul edilməməsi ilə bağlı olur. Lakin gecələr davamlı susuzluq hissi bəzi sağlamlıq problemlərinin də əlaməti ola bilər. xəbər verir ki, gecə saatlarında tez-tez susamaq və su içmək ehtiyac

12 sentyabr
.

Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş

Qəhvənizi necə içdiyinizin şəxsiyyətiniz haqqında ipucu verə biləcəyini heç düşünmüsünüzmü? Sadə qəhvəyə üstünlük verənlərdən bol südülü latte sevənlərə, buzlu qəhvədən kofeinsiz və bitki mənşəli süd seçimlərinə qədər hər qəhvə vərdişi fərqli bir şəxsiyyət profili ilə əlaqələndirilən araşdırmalar mövcuddur

13 sentyabr
.

1 kiloqramı 40 manata satışa çıxdı - Görənlər inanmır...

Payızın ən faydalı və vitaminlərlə zəngin meyvələrindən biri olan narın qiyməti diqqət çəkir. Meyvəli/Wolt platformasında adi narın 500 qramı 18,90 manata təklif olunur. Bu isə hesablamaya görə 1 kiloqram narın qiymətinin 37,80 manat olduğunu göstərir. Eyni zamanda, satışda dənələnmiş narın 1 kiloqram

13 sentyabr