Saatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər
"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır".
Oxu.Az xəbər verir ki, bunu Lenta.ru-ya açıqlamasında rusiyalı professor Dmitri Berezovski bildirib.
Ekspertin sözlərinə görə, qədim dövrlərdə insanın sağ qalması xəsarət zamanı qanaxmanı tez dayandırmaq qabiliyyətindən asılı olduğundan, qanın laxtalanması mexanizmi üstünlük hesab olunurdu. Lakin bu xüsusiyyət müasir həyat tərzi ilə birlikdə təhlükə yarada bilər.
Həkim izah edib ki, insan uzun müddət hərəkətsiz qaldıqda damarlar sıxılır, venalarda qan dövranı yavaşlayır və bu da trombların yaranması üçün əlverişli şərait formalaşdırır.
"Bənzər vəziyyət "səyahətçi trombozu" zamanı da yaranır. Məsələn, insan təyyarə səfəri zamanı 7-8 saat ərzində hərəkətsiz oturarsa, aşağı ətraflarda tromboz yaranması riski yüksək olur. Təhlükə ondadır ki, əmələ gələn tromb qoparaq ürəyə, daha sonra isə ağciyər qan dövranı damarlarına düşə bilər. Bu, ağır nəticələrə, hətta ölümə səbəb ola bilər", - deyə Berezovski açıqlayıb.
Onun sözlərinə görə, bu cür hallar yalnız səyahət edənlər arasında deyil, həmçinin uzun müddət hərəkətsiz vəziyyətdə qalmağa məcbur olan hərbçilər və bəzi dini konfessiyaların nümayəndələri arasında da müşahidə edilib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 367 Tarix: 14 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə
İspaniyanın Qalisiya bölgəsində 12 evdən və təxminən 1,5 hektar torpaq sahəsindən ibarət tərk edilmiş kənd sıfır avroya satışa çıxarılıb. Əsas şərt yeni sahibin kəndin bərpasını öz üzərinə götürməsidir. xarici mediaya istinadən xəbər verir ki, kənd uzun illərdir əhalisinin azalması ilə üzləşən O-Ribeyr
10 sentyabr"Bavariya"da bu rekorda çatdı - "Real"dan sonra
"Bavariya" Çempionlar Liqasının ümumi mərhələsinin I turunda "Budö-Qlimt"i darmadağın edib. xəbər verir ki, Münhendə "Arena Münhen" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı Camal Musiala açıb. Bu qol "Bavariya"nı
11 sentyabrSaç qaynağının gizli təhlükəsi: Keçəlləşməyə səbəb ola bilər
Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbii yolla tökülsə də, bərkidilmə yerlərində qaldığı üçün bu, hiss olunmur. Müvafi
13 sentyabrPis yuxu insan beynini qocaldır?
"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları, o cümlədən beta-amiloidi yuyub aparır". Bu fikirləri Səhiyyə Nazirliyinin rəsm
13 sentyabrÖzünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
Özünü ətrafındakı hər kəsdən daha ağıllı görən insanlar fərqində olmadan işlətdikləri bəzi ifadələrlə özlərini büruzə verə bilirlər. "YourTango" münasibətlərdə incikliyə səbəb ola bilən və üstünlük duyğusunu əks etdirən 13 cümləni sıralayıb. xəbər verir ki, "YourTango"nun yazdığın
13 sentyabrQəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
Qəhvənizi necə içdiyinizin şəxsiyyətiniz haqqında ipucu verə biləcəyini heç düşünmüsünüzmü? Sadə qəhvəyə üstünlük verənlərdən bol südülü latte sevənlərə, buzlu qəhvədən kofeinsiz və bitki mənşəli süd seçimlərinə qədər hər qəhvə vərdişi fərqli bir şəxsiyyət profili ilə əlaqələndirilən araşdırmalar mövcuddur
13 sentyabr"WhatsApp" bu telefonlarda ARTIQ İŞLƏMƏYƏCƏK
Meta şirkəti "WhatsApp"ın ən son təhlükəsizlik standartlarını qorumaq məqsədilə bəzi köhnə Android və "iPhone" modellərinə dəstəyi dayandırır. -a istinadla xəbər verir ki, şirkətin yenilədiyi minimum sistem tələblərinə əsasən, 8 sentyabr 2026-cı ildən Android 6-dan aşağı versiyalarda
13 sentyabr