"Bu o demək deyil ki, sertifikasiya sualları çətinləşəcək"
"Biz düşünürük ki, sertifikasiya Azərbaycan təhsili üçün böyük müsbət addım idi və ümumən nəticələri müsbət qiymətləndirə biləcəyik. 2024-cü ildən başlayaraq ibtidai təhsilə gələn uşaqlarımızın demək olar ki, hər biri sertifikasiyadan keçmiş müəllim tərəfindən tədris alacaq".
"Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, sertifikasiya sualları paylaşıldı, ictimaiyyət də hansı suallardan istifadə edildiyini gördü: "Bizim zaman etibarilə müəllimlərə olan tələblərimiz də artacaq. Çünkü zəmanənin tələbləri artır və biz təhsilin daha yaxşı keyfiyyətdə olmasını istəyiriksə, müəllimlərimizdən də daha yüksək keyfiyyət standartları gözləməliyik. Ona görə yəqin ki, yaxın aylarda, yaxın həftələrdə bizim Təhsil İnstitutu tərəfindən növbəti, artıq ikinci dəfə sertifikasiyaya cəlb olunacaq müəllimlərlə bağlı yeni çərçivələr təqdim olunacaq.
İnandığım bundan ibarətdir ki, xüsusən ibtidai sinifdə oxu ağırlıqlı olacaq. Bizim üçün çox vacibdir ki, ibtidai sinifdə tədris edən müəllimlərimiz oxuyub-anlama bacarıqları yüksək olan insanlar olsun, çünkü əks halda o, uşaqları öyrədə bilmir, öyrədə bilməyəndə uşaqların nəticəsi aşağı düşür, nəticə etibarilə cəmiyyətin rifahı aşağı düşür. Lakin bu o demək deyil ki, suallar çətinləşəcək".
Nazir bildirib ki, bu mənada, həmçinin maaş yanaşmaları ilə bağlı müəyyən müzakirələr aparılır: "Onlar müəyyən mənada hazır olanda ictimaiyyətə də məlumat verəcəyik. Amma indi artıq mən elan edib deyə bilərəm ki, sertifikasiyalaşdırmanın ikinci fazası, yəni ikinci dəfə sertifikasiyaya cəlb olunan müəllimlər üçün yeni qiymətləndirmə çərçivələri əsaslı şəkildə əvvəlkindən fərqlənməsə də, müəyyən fərqlər olacaq. Biz anlayırıq ki, harada boşluqlarımız var. Harada boşluğumuz varsa, oraya daha çox diqqət yetirəcəyik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 159 Tarix: 14 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xalq artisti Zaur Rzayevdən xəbər var
Xalq artisti Zaur Rzayev müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasından sentyabrın 11-i axşam saatlarında evə buraxılıb. Bu barədə Qaynarinfo-ya xəstəxanadan məlumat verilib. Qeyd edək ki, Xalq artisti 05.09.2026-cı il tarixində saat 20:50 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsin
14 sentyabrAzərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA
Məktəblərdə bütün yaşdan olan qızlara sırğa taxmağın qadağan edilməsi ilə bağlı məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, hazırda sözügedən məsələ ilə bağlı heç bir təlimat
14 sentyabrAzərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı yenidən tənzimlənir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə və "Aviasiya haqqında"
14 sentyabr"Avtovağzal"dan bütün stansiyalara getmək MÜMKÜN OLACAQ - Metroda YENİLİK
Bakı metropolitenində dörd keçid stansiyası olacaq. Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, bu proses 2030-cu ildən etibarən mümkün olacaq:. "Bakı metropoliteninin "bənövşəyi", "yaşıl"
13 sentyabr"Bilik günü"nün havası açıqlandı
Azərbaycanda sentyabrın 15-də havanın 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Gecə bəzi yerlərdə zəif duman olacaq. Cənub-şər
14 sentyabrAZAL-ın alt qurumunda yeni təyinat
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) alt qurumu olan Sərnişin Aviaşirkətinə baş icraçı direktoru vəzifəsinə Mario Çaves təyin edilib. xəbər verir ki, o, aviaşirkətin növbəti inkişaf mərhələsinə rəhbərlik edəcək. Mario Çaves aviasiya sahəsində 30 ildən artıq peşəkar təcrübəyə malikdir. O
14 sentyabrBeş nəfərin yanaraq öldüyü dəhşətli qəzada yaralanan şəxs də VƏFAT ETDİ - FOTO
Zərdabda altı gün əvvəl yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Reyhan Məhəmmədova dünyasını dəyişib. -ın məlumatına görə, o, müalicə aldığı xəstəxanada vəfat edib. Qeyd edək ki, Zərdab-Ağcabədi avtomobil yolunda baş verən qəza zamanı KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışara
14 sentyabr