Xüsusi qayğıya ehtiyacı olan uşağından imtina edən valideyni bu cəza gözləyir - AÇIQLAMA
Xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının qorunması və onların ailə mühitində lazımi qayğı ilə təmin edilməsi məsələsi xüsusi diqqət tələb edir. Valideynin uşağın tərbiyəsindən, saxlanılmasından və onun hüquq və mənafelərinin müdafiəsindən yayınması müəyyən hüquqi nəticələrə səbəb ola bilər.
Bəs, xüsusi qayğıya ehtiyacı olan uşağından imtina edən və onun saxlanılması, müalicəsi və qayğısını təmin etməyən valideyni hansı hüquqi məsuliyyət gözləyə bilər və belə hallarda uşağın hüquqları, sosial təminatı və gələcək qayğısı hansı mexanizmlərlə qorunur?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Cavanşir Qasımzadə bildirib ki, xüsusi qayğıya ehtiyacı olan uşağından üzürlü səbəb olmadan imtina edən, onun tərbiyəsi, müalicəsi və saxlanılması üzrə vəzifələrini yerinə yetirməyən valideyn ilk növbədə Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən məhkəmə qaydasında valideynlik hüquqlarından məhrum edilir.
"Valideynlik hüquqlarının məhrum edilməsi şəxsi maddə öhdəliklərdən azad etmir. Ailə Məcəlləsinin 66 və 75-ci maddələrinə görə valideyn uşağın saxlanılması üçün aliment ödənilməsi, həmçinin Ailə Məcəlləsinin 74-cü maddəsinə uyğun olaraq uşağın xüsusi müalicə və qulluq xərclərini əhatə edən əlavə məbləğlərin ödənilməsi öhdəliyini daşıyır. Bununla yanaşı, İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsinə əsasən uşağın tərbiyə və saxlanılması vəzifələrinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət, Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) maddəsinə əsasən ciddi cinayət məsuliyyəti yarana bilər".
Vəkil bildirib ki, bundan başqa şəxs məhkəmə qətnaməsi ilə ona təyin edilmiş alimenti ödəməkdən boyun qaçırdıqda o məhkəmə qərarını icra etməkdən qəsdən boyun qaçırnağa görə həm inzibati xəta törədərək məsuliyyət daşıyır, həm də cinayət məsuliyyəti daşıya bilər:
"Uşaq valideynsiz qaldıqda dövlətin aidiyyəti qumları dərhal onu öz himayəsinə götürür və xüsusi qayğı göstərilən dövlət müəssisələrinə yerləşdirir. Bu uşaqlar üçün aylıq müavinətlər, təqaüdlər təyin olunur, onlar pulsuz tibbi xidmət, reabilitasiya və xüsusi təhsil imkanları ilə tam təmin edilirlər. Onu da diqqətə çatdırmaq lazımdır ki, həmin uşaqların gələcəkdə hələ də vərəsəlik hüquqları qorunacaq".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 94 Tarix: 15 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Bakcell"dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
"Bakcell" abunəçilərinə internetdən rahat və çevik istifadə imkanı yaradan Wi-Fi internet paketlərini təqdim edir. Belə ki, "Bakcell"dən Wi-Fi modemini əldə edən abunəçilərə seçdikləri internet paketinin ilk abunəliyi çərçivəsində 100 GB-dək internet pulsuz təqdim olunur. Fərqli interne
15 sentyabrNazirdən Bilik Günü ilə bağlı paylaşım
Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, nazir bütün təhsil işçiləri, şagird və tələbələri təbrik edib. "Əziz şagirdlər, tələbələr, müəllimlər, valideynlər və bütün təhsil işçiləri!. Bu gün məktəbə ilk dəfə qədəm qoyan balalarımız
15 sentyabr"Hazırda üçillik bakalavr məsələsi müzakirə olunur" - Emin Əmrullayev
"Hazırda gündəmdə 12 illik təhsilə keçidlə bağlı məsələ yoxdur. Strategiyada bu nəzərdə tutulub, yazılıb, ama yaxın aylarda belə bir keçid nəzərdə tutulmayıb". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransınd
14 sentyabrBugün məktəb, sabah böyük həyat - KÖŞƏ YAZISI
"A məktəb yolları, məktəb yolları,. Sizi bir an belə unutmadım mən. Bəxtiyar Vahabzadənin bu misralarında təkcə uşaqlıq xatirəsinin kövrəkliyi yoxdur. Burada insanın ömrü boyu yaddaşında daşıdığı bir həqiqət var: məktəb sadəcə bir binadan, sinif otağından, parta və lövhədən ibarət deyil. Məktə
15 sentyabrBu gün bir sıra ərazilərdə işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Abşeron və Yasamal rayonlarında Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə Azərişıq ASC məlumat yayıb. Abşeron Rayon Enerji Təchizat
15 sentyabrMəhsul üzərindəki bu sözlər diqqət cəlb etmək üçün yazılır - AÇIQLAMA
Marketlərdə müxtəlif meyvə şirələri ilə yanaşı, üzərində "100 faiz təbii", "şəkərsiz", "qatqısız" kimi ifadələr yazılan məhsullara da rast gəlinir. Bu ifadələr istehlakçıda məhsulun daha sağlam və keyfiyyətli olduğu təəssüratı yarada bilər. Lakin məhsul seçərkən yalnız qablaşdırmanı
14 sentyabrBəyin atası da idarə rəisi işləyib - Foto
Bakıda sentyabrın 12-də dəbdəbəli toyu baş tutan bəyin kimliyi məlum olub. yurd.media-ya istanadən xəbər verir ki, Sitarə adlı xanımla evlənən Nicat Qurbanov Dövlət Gömrük Komitəsinin (DGK) sabiq idarə rəisi Nüsrət Qurbanovun oğludur. DGK İnzibati İdarəetmənin Təşkili İdarəsinin rəisi vəzifəsində çalışmı
14 sentyabr