Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi
Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 il 6 ay müddətə həbsə məhkum edilməsinə dair hökmündən apellyasiya protesti verib.
Bildirilib ki, ittihamçı-prokurur Qadir Məmmədovun Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyətilə adam öldürmə) və 228.4-cü (Qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinərək ümumilikdə 19 il həbsə məhkum edilməsini, cəzasını ciddi rejimli müəssisədə çəkməsini tələb edib. Lakin Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Günay Aşurovanın sədrlik etdiyi kollegiya əməldə xuliqanlıq tərkibinin olmaması qərarına gəlib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri üzrə günahkar hesab edilərək ona 10 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.
Mərhumun atası Hafiz Əliyev yeganə oğlu olan İlkini qətlə yetirən şəxsə ömürlük cəza verilməsini tələb edib. O bildirib ki, oğlu evli olub və bir körpəsi yadigar qalıb. Hadisədən sonra İlkinin anası ağır xəstəliyə düçar olub.
Apellyasiya protestinə Şəki Apellyasiya Məhkəməsində hakim Anar Əsgərovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, hadisədən əvvəl təqsirləndirilən şəxslə qətlə yetirilən İlkin İsgəndərli bir-birlərini tanımayıblar. Müəyyən edilib ki, Qobustan rayonunda qeydiyyatda olan İlkin həmin gün Ağdaşa dostları ilə birgə toya gedib. Toyun sonlarına yaxın onlarla gəlinin bir neçə qohumu arasında mahnı sifarişinə görə mübahisə yaranıb. Mübahisə zəminində tərəflər şadlıq evinin foyesinə çıxıblar və burada İlkin bıçaqlanaraq öldürülüb.
Mərhumun ailəsi iddia edib ki, hadisədə 20-30 nəfər iştirak edib və İlkinə kütləvi hücum edərək döyüb bıçaqlayıblar:
"Şadlıq evində 28 kamera var, amma cinayətin görüntüləri çıxarılmadı. Həmçinin sonradan baxanda göründü ki, ətrafdakı kameralar da sökülüb. Oğlumu qətlə yetirənlər arasında Qadirin oğlu Nadir də olub, amma o, məsuliyyətdən kənarda qalıb".
Təqsirləndirilən şəxs isə deyib ki, həmin gün xalası nəvəsinin toyu olub. O, İlkinin oğlu ilə mübahisə etdiyini və onu vurduğunu, buna görə də üzərindəki soyuq silah hesab edilən xəncərlə həmin şəxsə zərbələr endirdiyini söyləyib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 325 Tarix: 15 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda DƏHŞƏTLİ OLAY - Dostu ilə əlbir olub qardaşını öldürdü
Prokurorluq Bərdədə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayo
30 avqust 2021Daşkəsəndə 72 yaşlı kişi güllələnib
Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə
31 avqust 2021Azərbaycanda ana, oğlu və qızı bıçaqlandı
Sabirabadda bıçaqlanma hadisəsi baş verib. Report-a istinadən xəbər verir ki, hadisə Kürkəndi kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu, anası, 1946-cı il təvəllüdlü Zərbəliyeva Gülzar Nuru qızı və G.Zərbəliyevanın qızı, 1987-ci il təvəllüdlü Tarverdiyeva Hilal
8 sentyabr 2021Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ərini kürəklə öldürüb cəsədini yandırdı
Neftçalada ərini öldürüb yandıran Şahzadə Məhərrəmovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. " "a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlkin Abdullayevin icraatına verilib. Qeyd edə
1 sentyabr 2021Azərbaycanda DƏHŞƏT: Əri 30 yaşlı qadına 20-dək bıçaq zərbəsi vurdu
Masallı sakini əri tərəfindən bıçaqlanıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Xıl kənd sakini - 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı - 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb. Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasın
29 avqust 2021Qaxda baş verən yanğın məhdudlaşdırılıb
Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat
25 avqust 2021Balakəndə narkotacirlər ələ keçdi
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə
28 avqust 2021