Android və "iPhone"da gizli tətbiqlər: Onları bir neçə dəqiqəyə necə tapmaq olar?

Android və "iPhone"da gizli tətbiqlər: Onları bir neçə dəqiqəyə necə tapmaq olar?Smartfonun ekranından hansısa tətbiqin qəfil yoxa çıxması onun silindiyi demək deyil. Bəzi hallarda proqram sadəcə əsas ekrandan və ya tətbiqlər menyusundan gizlədilə bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, smartfonlarda tətbiqləri gizlətmək funksiyası məxfi proqramları yad gözlərdən qorumaq, əsas ekranı səliqəyə salmaq və diqqəti yayındıran tətbiqləri görünməz etmək üçün istifadə olunur.

Lakin bəzi hallarda bu funksiya problem də yarada bilər. Xüsusilə valideynlər uşaqlarının telefonlarında yaşlarına uyğun olmayan proqramların olub-olmadığını yoxlamaq istədikdə və ya cihazda icazəsiz quraşdırılmış zərərli proqramlardan şübhələndikdə gizli tətbiqlərin aşkarlanması vacib ola bilər.

Mütəxəssislər bildirirlər ki, gizlədilmiş tətbiqləri tapmaq üçün tətbiq mağazalarından və ya telefonun parametrlərindən istifadə etmək mümkündür.

Google Play və App Store vasitəsilə yoxlama

Android telefonlarda gizli tətbiqləri tapmağın yollarından biri "Google Play" mağazasını açmaqdır. Proqram əsas ekrandan və ya tətbiqlər menyusundan gizlədilsə belə, başqa mənbədən quraşdırılmayıbsa, "Google Play"də görünməyə davam edəcək.

Bunun üçün "Google Play"də profil şəklinə toxunmaq, "Tətbiqləri və cihazı idarə et" bölməsinə daxil olmaq, daha sonra "İdarəetmə" bölməsini seçmək lazımdır. Ekranın yuxarı hissəsində "Bu cihaz" seçiminin aktiv olduğuna əmin olmaq lazımdır.

Bundan sonra telefonda quraşdırılmış proqramların siyahısı görünəcək. Bu siyahını smartfonun tətbiqlər menyusunda görünən proqramlarla müqayisə etməklə gizlədilmiş tətbiqləri müəyyən etmək mümkündür.

iPhone-da isə "App Store" açılmalı, sağ yuxarı küncdə profil şəklinə toxunulmalı, "Tətbiqlər və alış tarixçəsi" bölməsinə keçilməli və "Tətbiqləriniz" seçilməlidir.

Buradakı siyahını telefonun tətbiqlər menyusu ilə müqayisə etməklə gizlədilmiş proqramları müəyyən etmək olar.

iPhone istifadəçiləri bir məqama diqqət etməlidirlər. Əgər "App Store"da tətbiqin qarşısında "Aç" düyməsi görünürsə, proqram hələ də cihazda quraşdırılıb. Yalnız yükləmə işarəsi görünürsə, tətbiq telefondan silinib.

Bəzi tətbiqlər başqa proqramlar kimi də gizlənə bilər. Məsələn, zahirən kalkulyator kimi görünən bəzi proqramlar əslində gizli faylların və ya tətbiqlərin saxlanılması üçün istifadə olunur. Digər proqramlar isə telefon zəngi tətbiqi və ya saat görünüşündə ola bilər.

Android-də aşkarlanan gizli tətbiqi birbaşa "Google Play"dən açmaq mümkündür. iPhone-da isə tətbiqi açmaq üçün "Face ID" və ya şifrə ilə şəxsiyyəti təsdiqləmək tələb oluna bilər.

Telefonun parametrlərini yoxlayın

Gizli tətbiqləri tapmağın digər yolu telefonun parametrlərində quraşdırılmış proqramların tam siyahısını yoxlamaqdır. Bu bölmədə cihazda olan bütün proqramlar, o cümlədən qəsdən gizlədilən tətbiqlər görünür.

Android telefonlarda bu bölməyə giriş üsulu istehsalçıdan asılı olaraq dəyişir.

"Google" və "Motorola" telefonlarında "Parametrlər" bölməsinə daxil olmaq, "Tətbiqlər"i seçmək və "Bütün tətbiqlərə bax" düyməsinə toxunmaq lazımdır.

"Samsung" smartfonlarında isə "Parametrlər" - "Tətbiqlər" bölməsinə keçmək, filtr işarəsinə toxunmaq və istifadəçi tərəfindən quraşdırılmış proqramları göstərmək lazımdır.

Lazımi bölməni tapmaq mümkün olmadıqda parametrlərin axtarış hissəsinə "tətbiqlər", "bütün tətbiqlər" və ya "tətbiqlərin idarə edilməsi" kimi sözlər yazmaq olar.

Quraşdırılmış proqramların tam siyahısı açıldıqdan sonra onu telefonun əsas menyusunda görünən tətbiqlərlə müqayisə etmək lazımdır.

Android sistemi əsas ekrandan və ya menyudan gizlədilmiş proqramları ayrıca işarələmədiyi üçün onların müəyyən edilməsinin əsas yollarından biri məhz budur.

iPhone-da isə gizli tətbiqlər adi proqram siyahısında görünmür. Onlar ayrıca "Gizli tətbiqlər" bölməsində saxlanılır. Həmçinin "Tətbiqlər kitabxanası"nın aşağı hissəsində yerləşən "Gizli" qovluğundan həmin proqramlara baxmaq mümkündür.

Bu tətbiqlərə giriş üçün "Face ID" və ya telefonun şifrəsi ilə şəxsiyyəti təsdiqləmək tələb olunur.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 406   Tarix: 15 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Powerbank"dakı gizli düymə nə üçündür?

Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri

15 noyabr
.

Sürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB

Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili

15 noyabr
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15 noyabr
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

7 noyabr
.

Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı

ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec

17 noyabr
.

Romanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı

Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"

14 noyabr
.

Kərə yağını kimlər yeməməlidir? - Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddində

14 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

9 noyabr