Kosmik milyarderlərin Ay planlarına pis xəbər: Alimlər əsas problemi açıqladılar
Alimlər müəyyən ediblər ki, Ayda daimi bazaların qurulması üçün yetərli miqdarda su yoxdur. Harvard-Smitson Astrofizika Mərkəzinin tədqiqatçısı Martin Elviz bir milyon əhalisi olan şəhərin Ay səthində neçə il yaşaya biləcəyini hesablayıb.
Oxu.Az-ın məlumatına görə, "Frontiers" jurnalında dərc olunan məqalənin nəticələri Yerin təbii peykini mənimsəmək istəyən həvəskarları məyus edəcək.
Ayda məskunlaşma ideyası qütb kraterlərində su buzunun kəşfindən sonra ictimaiyyətin diqqətini cəlb etmişdi. Bu çuxurların dibinə milyardlarla ildir ki, birbaşa günəş işığı düşmür, buna görə də alimlərin "əbədi qaranlıq çuxurları" adlandırdıqları yerlərdə temperatur 110 kelvindən (mənfi 163 dərəcə Selsi) yuxarı qalxmır. Belə "soyuq tələlər"də buz hətta vakuum şəraitində belə buxarlanmır. Məhz içməli su, oksigen və raket yanacağı mənbəyi olan bu su Ceff Bezosu ağır sənayeni Aya köçürməyə, İlon Maskı isə "öz-özünə böyüyən şəhərlər" inşa etməyə ruhlandırmışdı.
Tədqiqatçıların fikrincə, köçkünlərin enerji ilə bağlı problemi olmayacaq. Kölgəli kraterlərin kənarları demək olar ki, həmişə günəş işığı ilə aydınlanır və onlara "əbədi işıq zirvələri" deyilir. Orada bütünlüklə günəş panelləri ilə örtülmüş, kilometrlərlə uzunluğu olan qüllələr quraşdırmaq mümkündür: onlar birlikdə üç giqavata qədər elektrik enerjisi istehsal edə biləcəklər. Peykdə fotopanellərin yerli istehsalını qurmaq üçün kifayət qədər silisium mövcuddur. Bu güc süni intellekt məlumat mərkəzləri üçün də yetərli olar ki, bununla da əsl yerdənkənar iqtisadiyyatın təməli qoyula bilər.
Əsas çətinlik su ehtiyatları ilə bağlıdır. 2013-cü ildə orbital missiyaların məlumatlarına əsasən irəli sürülən bir milyard tonluq nikbin qiymətləndirməyə görə belə, təkrar emal olmadan bir şəhər bu ehtiyatları bir neçə il ərzində tükəndirəcək. Su resurslarının müasir qiymətləndirmələri bundan 30 dəfə azdır, yəni hətta kiçik bir şəhər təxminən on il ərzində susuz qalacaq. Yalnız 1 000 nəfərlik bir kənd və ya 10 min əhalisi olan kiçik bir şəhər bir neçə əsr ərzində davamlı yaşayış üçün uyğun ola bilər.
Elviz həll yollarını da sadalayır: suyun təkrar emalının səmərəliliyini ən azı beş dəfə artırmaq, şaquli fermalar vasitəsilə su sərfinin qarşısını almaq, Yerə yaxın asteroidlərdən su gətirmək və Ayın özündə yeni buzlaqlar axtarmaq. Tədqiqatçı sonuncu variantı daha perspektivli hesab edir.
"Əgər kosmik milyarderlərin iddialı planları gerçəkləşəcəksə, ilk addım əlavə suyun axtarışı olacaq", - deyə alim yekunlaşdırıb. Bu gün zondlar yalnız onlarla metr aşağıya uzanan və tərkibində uçota alınmamış su ehtiyatları ola bilən boş səth torpağının (reqolitin) ilk metrlərini yoxlaya bilir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 398 Tarix: 15 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Powerbank"dakı gizli düymə nə üçündür?
Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri
15 noyabrSürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB
Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili
15 noyabrQadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay
15 noyabrKlozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul
7 noyabrBeyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı
ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec
17 noyabrRomanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı
Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"
14 noyabr"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabr800 illik qala 1 avroya satılır - Fotolar
Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər
9 noyabr