Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA

Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır".

Oxu.Az "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərlə (manual üsullarla) həyata keçirən mütəxəssis) Fatema Kontraktor bildirib.

"Çox vaxt bu səslər oynaq daxilində yaranan zərərsiz qaz qabarcıqları səbəbindən meydana gəlir", - deyə mütəxəssis izah edib.

Bununla belə, o əlavə edib ki, bəzi hallarda oynaqdakı səslər mütləq tibbi müayinə tələb edir. Bir sıra xarakterik əlamətlər həkimə müraciət etməyin vacibliyini göstərir.

"Əgər dizinizdə ağrı və ya şişkinlik varsa, bu, onurğa və ya qığırdaq toxuması ilə bağlı problemlərin göstəricisi ola bilər və dizin vəziyyətini düzgün qiymətləndirmək lazımdır", - deyə həkim vurğulayıb.

Həkimin sözlərinə görə, güclü və ya uzunmüddətli ağrı sindromu olduqda xəstə ətraflı diaqnostika üçün dərhal osteopat və ya fizioterapevtə müraciət etməlidir.

Dizdəki kənar səslərin səbəblərindən biri oynaq boşluğunda ilişib qala bilən, amortizator rolunu oynayan qığırdaq elementinin - meniskin yırtılmasıdır. Belə travmalar adətən idman məşqləri zamanı və ya uğursuz addım nəticəsində baş verən kəskin fiziki yüklənmələr, məsələn, burulma, qəfil dönmə və ya hərəkət trayektoriyasının sürətlə dəyişməsi səbəbindən yaranır. Həmçinin yaş artdıqca menisk təbii aşınmaya, incəlməyə və dağılmaya məruz qalır.

Xırtıltı və sürtünmə səslərinə səbəb olan digər geniş yayılmış amil diz oynağının osteoartritidir. Bu patologiya sümük strukturlarının birbaşa təmasına gətirib çıxaran qığırdaq toxumasının incəlməsi fonunda inkişaf edir.

Səhiyyə mütəxəssisləri, xüsusən gənclər və aktiv həyat tərzi keçirən şəxslər arasında oynaq xırtıltısının ən çox rast gəlinən səbəblərindən biri kimi diz qapağının yerdəyişməsini də qeyd edirlər.

Tibbi təcrübədə bu vəziyyət diz qapağının disfunksiyası və ya patellofemoral ağrı sindromu (PFAS) kimi təsnif edilir. Bu sindrom hərəkət zamanı diz qapağının yerini dəyişməsi nəticəsində yaranır, sürtünməyə və xarakterik səsə səbəb olur.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 501   Tarix: 17 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Powerbank"dakı gizli düymə nə üçündür?

Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri

15 noyabr
.

Sürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB

Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili

15 noyabr
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15 noyabr
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

7 noyabr
.

Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı

ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec

17 noyabr
.

Romanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı

Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"

14 noyabr
.

Kərə yağını kimlər yeməməlidir? - Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddində

14 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

9 noyabr