Başları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar.
"Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar.
Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-yə aparılıb. Əməliyyat prosesində müxtəlif tibb sahələrinin mütəxəssisləri iştirak edib.
Hazırda qızlar Missuridəki Renken Cordan Bric pediatrik xəstəxanasında intensiv terapiya və reabilitasiya keçirlər. Həkimlər hələlik əməliyyatın onların uzunmüddətli inkişafına necə təsir edəcəyi barədə dəqiq fikir bildirmir.
Ayrılmadan sonra bacılar fərdi reabilitasiya imkanı qazanıb. Onlar müstəqil şəkildə oturmağı, yemək yeməyi və danışmağı, həmçinin bir-biri və digər uşaqlarla ünsiyyət qurmağı öyrənirlər. Gələcəkdə mütəxəssislər onlara ayaq üstə durmağı və yerməyi öyrətməyi planlaşdırırlar.
Əməliyyatın hazırlanmasında və keçirilməsində ABŞ və Efiopiyanın tibbi və xeyriyyə təşkilatları, həmçinin digər beynəlxalq tərəfdaşlar iştirak ediblər.
Qeyd edək ki, bitişik əkizlərə nadir hallarda rast gəlinir. Bu hal təxminən hər 50-100 min canlı doğuşda bir dəfə baş verir. Bitişik doğulan əkizlər arasında qızların sayı oğlanlara nisbətən təxminən üç dəfə çoxdur.
Siam əkizləri hamiləliyin ən erkən mərhələlərində eyni yumurta embrionlarının inkişaf prosesinin pozulması nəticəsində doğulur. Normal şəraitdə eyni yumurta əkizlərinə həyat verməli olan mayalanmış yumurta hüceyrəsi mayalanmadan sonrakı ilk beş-altı gün ərzində iki müstəqil embriona bölünür. Bölünmə gecikər və mayalanmadan sonrakı 13-15-ci günlərdə baş verərsə, embrionların ayrılması tam başa çata bilmir.

Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 260 Tarix: 19 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Ukraynanın Odessa şəhərində hücumdan sonra lentə alındığı bildirilən görüntülər sosial mediada diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda hücum nəticəsində zərər görən yaşayış binası və ətraf ərazidəki vəziyyət əks olunub. Binanın bəzi mərtəbələrində ciddi dağıntıların olduğu, ərazid
18 sentyabrBir mənzil qiymətinə kənd aldı - Fotolar
Amerikalı sahibkar Ceyson Li Bekvit İspaniyanın Zamora əyalətində 37 ildir yaşayış olmayan Salto de Kastro kəndini 310 min avroya (təxminən 608 min manat) alıb. "Qafqazinfo" xəbər verir ki, Salto de Kastroda 44 ev, məktəb, bar, köhnə kazarma binaları və tarixi kilsə yerləşir. Kənd 1946-cı ild
15 sentyabrİtinizə verdiyiniz ləzzətli yemək təhlükə yarada bilər: "10 faizi keçməməlidir"
İtlərə hər gün ləzzətli yemək vermək düzgün miqdarda və keyfiyyətli məhsullardan istifadə edildiyi halda faydalı vərdiş ola bilər. xəbər verir ki, kinoloq İrina Şarıpova bu barədə -ya danışıb. Mütəxəssis bildirib ki, dadlı yeməklər əsasən təlim və funksional məhsullara bölünür. Təlim zamanı verilən kiçi
14 sentyabrYatarkən daha çox kalori yandırmağın sirri açıqlandı
Əzələ kütləsinin artırılması yuxu zamanı enerjinin daha çox sərf edilməsinə kömək edə bilər. xəbər verir ki, bunu psixiatr və somnoloq Aleks Dimitriu "Men's Health" nəşrinə açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, yuxu zamanı bədən kalori yandırmağa davam edir - bu göstəric
17 sentyabr1 kiloqramı 40 manata satışa çıxdı - Görənlər inanmır...
Payızın ən faydalı və vitaminlərlə zəngin meyvələrindən biri olan narın qiyməti diqqət çəkir. Meyvəli/Wolt platformasında adi narın 500 qramı 18,90 manata təklif olunur. Bu isə hesablamaya görə 1 kiloqram narın qiymətinin 37,80 manat olduğunu göstərir. Eyni zamanda, satışda dənələnmiş narın 1 kiloqram
13 sentyabrİdmanla bağlı məşhur mif: Çox tərləmək arıqlamaq demək deyil
"Məşq zamanı çox tərləmək daha çox kalori yandırıldığını və yağ itkisini göstərmir". xəbər verir ki, bu barədə -ya məşqçi Kseniya Qufranova bildirib. Onun sözlərinə görə, tərləmə orqanizmin temperaturu tənzimləmək üçün istifadə etdiyi təbii mexanizmdir. Tərləmənin miqdarına havanın temperaturu
14 sentyabrÖzünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
Özünü ətrafındakı hər kəsdən daha ağıllı görən insanlar fərqində olmadan işlətdikləri bəzi ifadələrlə özlərini büruzə verə bilirlər. "YourTango" münasibətlərdə incikliyə səbəb ola bilən və üstünlük duyğusunu əks etdirən 13 cümləni sıralayıb. xəbər verir ki, "YourTango"nun yazdığın
13 sentyabr