Həkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb.
Oxu.Az Aif.ru-ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib.
Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaqı dövründə mövcud olub. Həmin vaxt işçilər kollektiv şəkildə ayağa qalxaraq 20-30 dəqiqə ərzində xüsusi hərəkətlər kompleksi yerinə yetirirdilər.
Həkimin sözlərinə görə, bu cür məşqlər ürək-damar sistemi və həzm orqanları xəstəliklərinin profilaktikasına kömək edirdi.
Mütəxəssisin fikrincə, bu metod səmərəli olub, lakin hazırda belə profilaktik tədbirlərə heç kim nəzarət etmir.
Həkim ofis işçilərinə hər 30-40 dəqiqədən bir 5-10 dəqiqəlik fasilə etməyi, hətta stulda əyləşmiş vəziyyətdə belə sadə idman hərəkətləri yerinə yetirməyi məsləhət görüb. O, mütəmadi olaraq ayağa qalxmağı, gəzməyi və su içməyi tövsiyə edib.
Həkim vurğulayıb ki, təxminən eyni rejim məktəblərdə də tətbiq olunur. Belə ki, hər 40 dəqiqəlik dərsdən sonra tənəffüs nəzərdə tutulur.
Bundan əlavə, Litvinenko telefonla ayaqüstə və ya gəzərkən danışmağı, dabanlardan barmaq uclarına, eləcə də ayağın bir kənarından digərinə doğru hərəkət etməyi təklif edib. O, həmçinin barmaq uclarına qalxaraq dabanlar üzərinə enməklə yüngül zərbə dalğası yaratmağı məsləhət görüb.
Onun sözlərinə görə, bu cür hərəkətlər kapilyarlar və qan damarları üçün faydalıdır, çünki qan durğunluğunun qarşısını almağa kömək edir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 54 Tarix: 19 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Arvadına dediyi tək kəlimə başına dərd oldu
Türkiyənin Yargıtay 2-ci Hüquq Dairəsi boşanma işi üzrə mühüm qərar qəbul edib. xarici mediaya istinadla xəbər verir ki, məhkəmə arvadına "eşşəksən, heyvansan" deyərək təhqir edən kişinin daha ağır təqsirli olduğuna qərar verib. Şiddətli fikir ayrılığı yaşayan ər-arvad qarşılıqlı şəkildə boşanm
17 sentyabrÖzünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
Özünü ətrafındakı hər kəsdən daha ağıllı görən insanlar fərqində olmadan işlətdikləri bəzi ifadələrlə özlərini büruzə verə bilirlər. "YourTango" münasibətlərdə incikliyə səbəb ola bilən və üstünlük duyğusunu əks etdirən 13 cümləni sıralayıb. xəbər verir ki, "YourTango"nun yazdığın
13 sentyabrİtinizə verdiyiniz ləzzətli yemək təhlükə yarada bilər: "10 faizi keçməməlidir"
İtlərə hər gün ləzzətli yemək vermək düzgün miqdarda və keyfiyyətli məhsullardan istifadə edildiyi halda faydalı vərdiş ola bilər. xəbər verir ki, kinoloq İrina Şarıpova bu barədə -ya danışıb. Mütəxəssis bildirib ki, dadlı yeməklər əsasən təlim və funksional məhsullara bölünür. Təlim zamanı verilən kiçi
14 sentyabrToyuğun döşü, yoxsa budu daha faydalıdır?
Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə
19 sentyabrİnşaat işçilərinin iplə yuxarı qaldırılması görüntüləri gündəm oldu - VİDEO
Misirdə çəkildiyi bildirilən görüntülər inşaat sahələrində əməyin mühafizəsi məsələsini yenidən gündəmə gətirib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda çoxmərtəbəli binanın xarici hissəsində çalışan işçilərin təhlükəsizlik avadanlığı əvəzinə, yük qaldırmaq üçün istifadə edilən kəndir sistem
18 sentyabr