Telefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?
Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır.
Lent.az xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobil telefonların işləməsi və ya şarj olunması zamanı yaranan aşağı güclü radiodalğaların adi istifadə şəraitində insan sağlamlığına zərər verdiyini təsdiqləməyib.
Telefonu şarj zamanı istifadə etmək olarmı?
Smartfonu elektrik şəbəkəsinə qoşmaq onun istifadəsini tam dayandırmaq üçün səbəb deyil. Ancaq şarj cihazının və kabelin keyfiyyətli olması, təhlükəsizlik standartlarına cavab verməsi vacibdir. Telefonun şarj zamanı həddindən artıq qızmasına da yol vermək olmaz.
Elektrik şəbəkəsinə qoşulmuş telefonu hamamda və ya suyun yaxınlığında istifadə etmək isə təhlükəli hesab olunur. Elektrik cihazının su ilə təması qısaqapanma və elektrik cərəyanı vurması riski yarada bilər. Şarj zamanı smartfon adi istifadəyə nisbətən daha çox qıza bilər. Əksər hallarda temperatur təhlükəli həddə çatmasa da, batareyanın ciddi zədələnməsi, yanğın və ya partlayış ehtimalı tamamilə istisna edilmir.
Apple nə tövsiyə edir?
Apple da istifadəçilərə təhlükəsiz şarj qaydalarına əməl etməyi tövsiyə edir. Telefon üçün istehsalçının uyğun hesab etdiyi kabel və sertifikatlaşdırılmış adapterdən istifadə etmək məsləhətdir. Cihazın yaxşı havalandırılan yerdə şarj edilməsi, telefonun, kabelin və adapterin sudan qorunması vacibdir. Şarj cihazının yanında sikkə, açar, zinət əşyaları və digər metal əşyaların saxlanılması da tövsiyə edilmir. Bundan başqa, şarj kabelinin üzərində yatmaq və ya kabeli bədənin altında saxlamaq təhlükəli ola bilər.
Yatarkən əsas risk nədir?
Şarj olunan telefonun yatağın yanında olması avtomatik olaraq radiasiya baxımından təhlükə demək deyil. Əsas risklər kabel və ya adapterin zədələnməsi, elektrik cərəyanı vurması və cihazın həddindən artıq qızması ilə bağlıdır. Xüsusilə telefonu şarj zamanı yastığın altında və ya yorğanın içində saxlamaq məsləhət görülmür. Belə şəraitdə istilik kənara çıxa bilmir və batareyanın həddindən artıq qızması, nadir hallarda isə yanğın riski arta bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 383 Tarix: 20 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi
7 noyabrQaralan kafel aralarını evdəki tək materialla təmizləyin
Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər
14 noyabrRomanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı
Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"
14 noyabrİnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...
İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth
15 noyabrÖlümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə
15 noyabrEvdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?
Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları
15 noyabrKöhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi
14 noyabrQadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay
15 noyabr"Powerbank"dakı gizli düymə nə üçündür?
Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri
15 noyabr