Britaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib.
Sonxeber.az şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur.
"Anglo Asian" hesabat dövründə 8,840 ton mis istehsal edilib ki, bu da 2025-ci ilin birinci yarısı ilə müqayisədə 7,4 dəfə çoxdur.
Hesabat dövründə şirkət 92,855 unsiya gümüş hasil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48,9 % çoxdur.
Məlumata görə, bu, son illərdə şirkətin portfelinin əhəmiyyətli dərəcədə inkişaf etdirilməsini, yeni "Dəmirli" və "Gilar" mədənlərindən əlavə istehsalı əks etdirir. Bu güclü istehsal möhkəm maliyyə göstəriciləri ilə nəticələnib. Şirkət yarım il ərzində 141,2 milyon ABŞ dolları gəlir, 68,5 milyon ABŞ dolları vergidən əvvəl mənfəət və əməliyyat fəaliyyətindən əldə edilən 78,5 milyon ABŞ dolları xalis pul vəsaitləri qeydə alınıb.
30 iyun 2026-cı il tarixinə pul vəsaitləri 70 milyon ABŞ dolları (31 dekabr 2025-ci il tarixinə 30,2 milyon ABŞ dolları) və borc (lizinqlər istisna olmaqla) 12,3 milyon ABŞ dolları (31 dekabr 2025-ci il tarixinə 27,7 milyon ABŞ dolları) təşkil edib.
Xatırladaq ki, 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə 6 yatağın işlənməsini nəzərdə tutub. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir.
Hazırda Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malik olan AAM hələlik iki müqavilə sahəsində - "Gədəbəy" və "Qoşa" yataqlarında qiymətli metal hasilatı ilə məşğul olur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə çatıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 3,8 milyard ABŞ dolları və yaxud 33 % artaraq tarixi maksimuma - 15 milyard 301,3 milyon ABŞ dollarına çatıb. bu barədə AMB-yə istinadən xəbər verir. "Tədiyə balansının cari əməliyyat balansında profisitin və maliyy
7 sentyabrSahil Babayevə müşavir təyin edildi
Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim
14 sentyabrIATA: İyulda hava nəqliyyatı ilə yük daşımaları 4 % artıb
Bu ilin iyul ayında hava nəqliyyatı ilə qlobal sərnişin və yük daşımalarına tələbat illik ifadədə müvafiq olaraq 0,2 % və 3,9 % artıb. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, iyulda sərnişin oturacaqlarının doluluq göstəricisi (PLF) 85,2 % səviyyəsinə çatıb ki, b
2 sentyabrÜzüm şərabı ehtiyatı artıb
Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki
14 sentyabrAzərbaycanda mobil cihazların bazar payı avqustda 17 %-dən çox azalıb
Bu ilin avqust ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 51,81 % təşkil edib. "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, iyul ayına nisbətən 10,88 faiz bəndi və ya 17,4 %, 2025-ci ilin avqust ayını
2 sentyabrAzərbaycan Özbəkistandan arı tədarükünü bərpa edib
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 326,2 min ABŞ dolları dəyərində 68 272 ədəd arı idxal edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 54 %, kəmiyyət olaraq - 9 % çoxdur. Hesabat dövründ
3 sentyabrAzərbaycana İrlandiyadan pul köçürmələri 7 dəfədən çox artıb
Bu ilin I yarısında Azərbaycana xaricdən köçürülmüş 748,5 milyon ABŞ dolları vəsaitin 356,65 milyon ABŞ dolları Rusiyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 % çoxdur. Yanvar-iyun aylarında ölkəyə daxil olan pu
15 sentyabrAzərbaycan nefti ucuzlaşıb
"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub
17 sentyabrBrent markalı neftin qiyməti 105,7 dollar/barelə düşdü
Neft qiymətləri, əvvəlki gün Yaxın Şərqdən yanacaq tədarükündəki fasilələrlə bağlı narahatlıqların azalması ilə əlaqədar əhəmiyyətli bir düşmədən sonra, cümə axşamı səhəri orta dərəcədə düşür. xəbər verir ki, Londondakı ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,14 dolla
17 sentyabr