Rənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan
Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır.
Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarixi küçələr məhz bu dövrdə xüsusilə təsirli görünür.
Lent.az xarici mediaya istinadən Avropada payız rənglərinin ən uzun sürdüyü 10 məkanı təqdim edir.
1. Bavariya Alpları, Almaniya
Yüksək dağlıq ərazilərdə ilk sarı yarpaqlar sentyabrda görünməyə başlayır. Aşağı ərazilərdə isə "qızıl payız" noyabr ayına qədər davam edə bilər.
2. Bled gölü, Sloveniya
Burada parlaq qırmızı və narıncı rənglər oktyabrın sonuna, bəzi hallarda isə noyabrın əvvəlinə qədər qalır.
3. Transilvaniya, Rumıniya
Karpat dağlarının geniş meşə örtüyü yüksəklikdən asılı olaraq bir neçə həftə ərzində tədricən rəngini dəyişir. Bu da payız mənzərələrinin uzun müddət davam etməsinə şərait yaradır.
4. Dolomitlər, İtaliya
Adi yarpaqlı ağaclar yarpaqlarını nisbətən tez töksə də, bölgədəki qaraşamlar oktyabrın sonunda parlaq qızılı rəng alır və noyabrda güclü qar yağana qədər bu görünüşünü saxlayır.
5. Enqadin vadisi, İsveçrə
Unikal mikroiqlim və sıx qaraşam meşələri sayəsində ərazi bir neçə həftə boyunca parlaq sarı rənglərə bürünür.
Burada payız rəngləri ölkənin bir çox digər meşəlik ərazilərindən daha uzun davam edir.
6. Şotlandiya dağlıq bölgəsi, Böyük Britaniya
Burada sanki "ikiqat payız" yaşanır. Əvvəlcə yayın sonunda və payızın əvvəlində çöllərdəki süpürgə kolları tünd bənövşəyi rəng alır. Daha sonra onları noyabra qədər rəngini saxlayan qızılı ağcaqayın və palıd ağacları əvəz edir.
7. Plitvitse Gölləri Milli Parkı, Xorvatiya
Parkdakı göllər müxtəlif yüksəkliklərdə pilləli şəkildə yerləşdiyindən fıstıq və palıd meşələri yuxarı göllərdən aşağı kanyonlara doğru tədricən rəng dəyişir. Bu da payız mövsümünün daha uzun görünməsinə səbəb olur.
8. Laplandiya, Finlandiya
Ölkənin ən şimalında "qızıl payız" sentyabrın əvvəlində başlayır və tədricən cənuba doğru irəliləyir. Bu, turistlərə dəyişən rəngləri bir aydan artıq müddətdə izləmək imkanı verir.
9. Zaltskammerqut və Hallstatt, Avstriya
Bölgədəki böyük Alp gölləri temperaturu yumşaldır və erkən güclü şaxtaların qarşısını alır. Buna görə geniş fıstıq meşələri oktyabrın sonuna qədər öz rəngarəngliyini qoruyur.
10. Doru vadisi, Portuqaliya
Burada klassik yarpaqlı meşələr əvəzinə kilometrlərlə uzanan terraslı üzüm bağları diqqət çəkir. Məhsul yığımından sonra üzümlüklər al-qırmızı, narıncı və sarı rənglərə bürünür və bu mənzərə noyabrın sonuna qədər davam edə bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 92 Tarix: 21 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Başları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabrDizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl
17 sentyabrİnşaat işçilərinin iplə yuxarı qaldırılması görüntüləri gündəm oldu - VİDEO
Misirdə çəkildiyi bildirilən görüntülər inşaat sahələrində əməyin mühafizəsi məsələsini yenidən gündəmə gətirib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda çoxmərtəbəli binanın xarici hissəsində çalışan işçilərin təhlükəsizlik avadanlığı əvəzinə, yük qaldırmaq üçün istifadə edilən kəndir sistem
18 sentyabrTelefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y
19 sentyabrMumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili
Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər
17 sentyabrBir fincan qəhvədə gizlənən sirr - ARAŞDIRMA
Qəhvənin insan orqanizmi üçün əvvəllər düşünüldüyündən daha çox faydası ola bilər. Alimlər müəyyən ediblər ki, kofein hüceyrələrin qədim müdafiə mexanizmlərini aktivləşdirə bilir. xarici mediaya istinadən xəbər verir ki, qəhvə hüceyrələrin sağ qalmasına kömək edən əsas mexanizmlərdən birini işə sal
21 sentyabrAyla bağlı yeni kəşf: Alimləri təəccübləndirən an
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi 2024-cü ildə yaranan və diametri 22 metr olan yeni krater kəşf edib. xəbər verir ki, bu bu barədə ABŞ aerokosmik agentliyi məlumat yayıb. Bildirilib ki, "Science Advances" elmi jurnalının mütəxəssisləri bu tapıntını Günəş sistemində indiyədə
17 sentyabrStüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin
İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik
21 sentyabr