Düz 60 il sonra: 1966-cı ilin hiti bütün zamanların ən böyük pop mahnısı seçildi

Düz 60 il sonra: 1966-cı ilin hiti bütün zamanların ən böyük pop mahnısı seçildiABŞ-ın The Beach Boys qrupunun 1966-cı ildə təqdim etdiyi "God only knows" mahnısı bütün dövrlərin ən yaxşı pop kompozisiyası seçilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mahnı "Collider" nəşrinin tarixdə ən yaxşı 25 pop mahnısından ibarət reytinqində birinci yeri tutub.

"God only knows" The Beach Boys qrupunun 11-ci studiya albomu olan "Pet Sounds"a daxil edilib. Mahnının müəllifləri Brayan Uilson və Toni Aşerdir.

"Collider" mahnının ən diqqətçəkən xüsusiyyətlərindən biri kimi onun mətnini göstərib. Bir çox romantik mahnıdan fərqli olaraq, "God only knows" sevgini idealizə etmir və münasibətlərin bir gün sona çata biləcəyi ehtimalını da açıq şəkildə ifadə edir. Reytinq müəlliflərinin fikrincə, məhz bu səmimilik və münasibətlərə daha realist yanaşma mahnını pop musiqi tarixində xüsusi yerə çıxarıb.

Mahnının yaranma tarixçəsi də kifayət qədər maraqlıdır. Brayan Uilson müsahibələrinin birində bildirib ki, o və Toni Aşer mahnı üzərində təxminən bir saat işləyiblər. Musiqiçilər qısa müddətdə yaratdıqları kompozisiyanın xüsusi bir əsər olduğunu anlayıblar. Brayan Uilson sonralar mahnının ilk misrasını xüsusilə güclü hesab etdiyini deyib.

"God only knows" 1966-cı ilin sentyabrında ABŞ-ın Billboard Hot 100 siyahısında 39-cu pilləyə yüksəlib. İllər keçdikcə mahnı The Beach Boys-un ən təsirli əsərlərindən biri hesab olunmağa başlayıb və pop musiqisinin klassik nümunələri sırasında yer alıb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 129   Tarix: 25 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dolab seçimində görünüş və funksionallıq necə qorunmalıdır?

Dolab modeli otağın mebellərinə uyğun olmalı, eyni zamanda kifayət qədər saxlama sahəsi təqdim etməlidir. Geyimlərin sayı çoxdursa, asılqan hissəsi geniş olan dolab seçmək daha rahatdır. Qatlanmış paltarlar üçün rəflər, kiçik əşyalar üçün isə siyirmələr faydalıdır. Dolabın ölçüsü də otağa uyğun olmalıdır

20 sentyabr
.

Gənc oğlanın 17 yaşında başladığı məşqlərdən 3 il sonrakı halını görənlər inanmır - VİDEO

17 yaşında steroid istifadəsinə başladığı bildirilən gəncin 20 yaşındakı görüntüləri diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, üç il ərzində onun fiziki görünüşündə baş verən böyük dəyişiklik paylaşılan fotolarda öz əksini tapıb. Gəncin ilk görüntülərində daha arıq və gənc fiziki quruluş

24 sentyabr
.

Saatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı

11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy

20 sentyabr
.

Yaşıl çay çəkiyə nəzarət etməyə necə kömək edir?

Yaşıl çay maddələr mübadiləsini dəstəkləyə və çəkiyə nəzarətə köməkçi vasitə kimi istifadə edilə bilər. xəbər verir ki, bu barədə rusiyalı qidalanma mütəxəssisləri "PrimaMedia"ya müsahibələrində danışıblar. Mütəxəssislərin sözlərinə görə, yaşıl çayın tərkibindəki katexinlər termogenez və yağları

22 sentyabr
.

100 ildən sonra ilk: Yeni pinqvin növü aşkarlandı

Tədqiqatçılar Hind okeanının cənubunda yerləşən Kergelen adalarında naməlum pinqvin növü aşkar ediblər. Mütəxəssislər bunun son yüz ildən artıq müddət ərzində qeydə alınan ilk yeni pinqvin növü olduğunu bildirirlər. xəbər verir ki, bu barədə "ScienceDaily" nəşri məlumat yayıb. Yeni kəşf oluna

23 sentyabr
.

Aristotelin İsgəndərə dərs dediyi məktəb tapıldı - 2300 illik sirr açılır

Yunanıstanın şimalında yerləşən qədim Mieza şəhərində eramızdan əvvəl IV əsrə aid iri arxeoloji kompleks aşkarlanıb. xarici KİV-ə istinadla xəbər verir ki, kompleksin məşhur filosof Aristotelin gənc Makedoniyalı İsgəndərə dərs dediyi məktəb olduğu ehtimal edilir. Arxeoloji qazıntılar zamanı ərazidə ik

23 sentyabr
.

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"

21 sentyabr
.

Misirdə 5 min illik sirr açılır

Meretneyt Qədim Misir tarixində ilk qadın firon ola bilər. Onun hökmdar statusuna dair yeni sübutlar Praqadakı Karl Universitetinin misirşünasları və Buxarest Universitetinin rəqəmsal arxeologiya mütəxəssisləri tərəfindən aşkar edilib. bu barədə "ScienceAlert"ə istinadən xəbər verir. Adı "Neyti

23 sentyabr
.

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə

20 sentyabr