WhatsApp 1 oktyabrdan etibarən hər mesaj üçün ÖDƏNİŞ ALMAĞA BAŞLAYACAQ

WhatsApp 1 oktyabrdan etibarən hər mesaj üçün ÖDƏNİŞ ALMAĞA BAŞLAYACAQWhatsApp Qazaxıstanda biznes hesabları üçün yeni qiymət siyasətinə keçir. Oktyabrın 1-dən qüvvəyə minməsi planlaşdırılan sistemə əsasən, avtomatlaşdırılmış mesajlaşma və WhatsApp Business Platformundan istifadə edən şirkətlər müəyyən saydan artıq mesaj göndərdikdə əlavə ödəniş etməli olacaq.

Musavat.com xəbər verir ki, yeni qaydalar milyonlarla fərdi WhatsApp istifadəçisinə və tətbiqdən telefon vasitəsilə əl ilə istifadə edən kiçik bizneslərə şamil olunmayacaq.

Müştərilərlə birbaşa və əl ilə yazışan kiçik sahibkarlar əvvəlki kimi əlavə mesaj ödənişi olmadan WhatsApp-dan istifadə edə biləcəklər.

Qiymət dəyişikliyi əsasən avtomatlaşdırılmış mesajlaşma, kütləvi bildirişlər, chatbotlar və CRM sistemləri vasitəsilə WhatsApp Business Platformundan istifadə edən orta və iri şirkətləri əhatə edir.

Yeni modelə əsasən, hər biznes nömrəsi üçün ayda 1 000 pulsuz mesaj limiti nəzərdə tutulur. Bu limit keçildikdən sonra göndərilən əlavə mesajlar üçün ödəniş alınacaq.

Qazaxıstanda bir mesajın qiymətinin təxminən 0,018 ABŞ dolları, yəni 8 tenge olacağı bildirilir.

Məsələn, ay ərzində 10 min mesaj göndərən şirkətin ilk 1 000 pulsuz mesajı nəzərə alınmayacaq. Qalan 9 min mesaj üçün isə ödəniş hesablanacaq.

Bu halda aylıq xərcin təxminən 162 ABŞ dolları və ya 72 min tenge təşkil edəcəyi qeyd olunur.

Mənbədə qeyd olunur ki, Meta WhatsApp Business Platformundan istifadə edən şirkətlər üçün mesaj və söhbət əsaslı ödəniş modelini müxtəlif bazarlarda artıq tətbiq edir.

Türkiyədə də WhatsApp Business Platformunu API vasitəsilə sistemlərinə inteqrasiya edən orta və iri şirkətlər marketinq, təsdiqləmə və müştəri xidmətləri məqsədilə göndərilən mesajlara görə mesaj kateqoriyasından asılı olaraq ödəniş edirlər.

Adi WhatsApp və standart WhatsApp Business tətbiqindən telefon üzərindən əl ilə istifadə edən fərdi şəxslər və kiçik bizneslər üçün isə bu model tətbiq edilmir.

Qazaxıstandakı yeni dəyişiklik də əsasən bizneslərin WhatsApp-ın avtomatlaşdırılmış və API əsaslı imkanlarından istifadəsinə yönəlib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 58   Tarix: 27 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Argentina hərbi gəmisində "yoxa çıxan" qadın dənizçi görüntüləri gündəm oldu - VİDEO

Argentinaya məxsus ARA Libertad təlim gəmisində çəkilən görüntülər sosial mediada marağa səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, gəmidə müsahibə zamanı kameranın qarşısından keçən qadın dənizçinin bir neçə saniyə sonra görüntüdə görünməməsi izləyənlərin diqqətini çəkib. Argentina Hərbi Dəni

21 sentyabr
.

Maqnitlə işləyən soyuducu - qazsız soyudur

Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori

22 sentyabr
.

Stüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin

İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik

21 sentyabr
.

Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı

Artıq qalan və ya bişirilən yeməklərin saxlama qabına köçürülmədən bişirildikləri qazan və tavalarla birbaşa soyuducuya qoyulması sağlamlıq baxımından ciddi risklər daşıyır. Mütəxəssislər və mətbəx gigiyenası rəsmiləri bişmiş qidaların belə mikroorqanizmlər üçün cəlbedici mühit yaratdığına diqqət çəkərə

26 sentyabr
.

5 min illik tarix dəyişə bilər - Misiri qadın hökmdar idarə edib?

Qədim Misirin ən sirli qadınlarından biri olan Meritneytin təxminən 5 min il əvvəl ölkəni tamhüquqlu hökmdar kimi idarə etmiş ola biləcəyinə dair yeni dəlillər aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, arxeoloq Syu Kelli və rəqəmsal arxeologiya üzrə mütəxəssis Kristal Miller 1946-cı ildə Sakkar

25 sentyabr
.

Meymun yazıçının arvadını öldürdü

Hindistanın Karnataka ştatında 91 yaşlı qadın meymun hücumundan sonra ölüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Koppal şəhərində qeydə alınıb. Tanınmış yazıçı M.S. Savadattinin həyat yoldaşı Nəcamunnisa Bequm evinin həyətində olarkən qəfil meymunun hücumuna məruz qalıb. Hücum nəticəsind

22 sentyabr
.

WhatsApp 1 oktyabrdan etibarən hər mesaj üçün ÖDƏNİŞ ALMAĞA BAŞLAYACAQ

WhatsApp Qazaxıstanda biznes hesabları üçün yeni qiymət siyasətinə keçir. Oktyabrın 1-dən qüvvəyə minməsi planlaşdırılan sistemə əsasən, avtomatlaşdırılmış mesajlaşma və WhatsApp Business Platformundan istifadə edən şirkətlər müəyyən saydan artıq mesaj göndərdikdə əlavə ödəniş etməli olacaq. xəbər veri

27 sentyabr
.

Vinisius hər səhvdən sonra jim edir - Ançelottidən Braziliya millisində yeni cəza

Karlo Ançelotti Braziliya millisinin "Real"ın ulduz futbolçusu Vinisiusu motivasiya etmək üçün yeni bir yol tapıb. -ın xarici mediaya istinadən xəbərinə görə, o, artıq bunu Braziliya millisində sınayıb: məşqdəki hər səhvdən sonra hücumçu bir neçə dəfə jim edir. Hücumçu avqustun 26-dan bər

25 sentyabr
.

Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü

Türkiyənin Bolu şəhərinin yüksək dağlıq ərazilərində gecə saatlarında yağış yerini qar yağışına verib. xarici mediaya istinadla xəbər verir ki, Kartalkaya, Sarıalan və Aladağ bölgələrində yağan qar ətrafı qısa müddətə ağ örpəyə bürüyüb. Dünən axşam saatlarında başlayan güclü yağış gecə saatlarında havanı

24 sentyabr