Azərbaycandan dünyaya uzanan yaşıl enerji xəritəsi

Azərbaycandan dünyaya uzanan yaşıl enerji xəritəsiQlobal enerji bazarlarında baş verən dəyişikliklər fonunda "yaşıl enerji" artıq dövlətlərin iqtisadi və geosiyasi strategiyalarının əsas sütunlarından birinə çevrilib. Son illərdə Azərbaycan da neft-qaz ixracatçısı imicindən kənara çıxaraq özünü bərpa olunan enerji istehsalçısı və gələcəkdə bu enerjinin ixracatçısı kimi mövqeləndirməyə çalışır. Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin yeni enerji strategiyasının təqdim olunduğu platforma kimi diqqət çəkir. Forumda səsləndirilən fikirlər göstərir ki, ölkəmizin "yaşıl enerji" gündəliyi daha geniş məqsədləri əhatə edir. Söhbət Xəzər hövzəsini, Mərkəzi Asiyanı, Türkiyəni və Avropanı birləşdirəcək yeni enerji arxitekturasının formalaşdırılmasından gedir. Bu isə həm regional əməkdaşlıq, həm də iri həcmli investisiyaların cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Asiyadan Avropaya qədər uzanan inteqrasiya olunmuş və şaxələndirilmiş elektrik enerjisi əlaqələri şəbəkəsi yaratmağı hədəfləyib. Əsas məqsəd Azərbaycanın müxtəlif regionlar arasında enerji axınlarını birləşdirən əsas enerji qovşaqlarından birinə çevrilməsidir. Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə işlər sürətlə davam edir və layihənin texniki-iqtisadi əsaslandırmasının 2027-ci ilin mayında tamamlanması, dəhlizin isə 2030-cu ildə istismara verilməsi planlaşdırılır. Beləliklə, Forumun ən mühüm nəticələrindən biri "yaşıl enerji"nin regional inteqrasiya mexanizmi kimi təqdim olunur.
"Yaşıl enerji" ilə bağlı ən mühüm məsələlərdən biri maliyyələşdirmədir. Günəş və külək elektrik stansiyalarının tikintisi, enerji ötürmə xətlərinin yaradılması və dənizdə külək enerjisi layihələrinin həyata keçirilməsi böyük həcmdə investisiya tələb edir. Azərbaycanda bərpa olunan enerji layihələri 15-20 illik uzunmüddətli maliyyələşmə tələb edir və hazırda əsas yük beynəlxalq maliyyə təşkilatlarının üzərinə düşür. Yerli kommersiya bankları belə uzunmüddətli maliyyələşməni təmin etmək imkanlarına malik deyil, halbuki milli valyutada uzunmüddətli kreditləşmənin genişləndirilməsi vacibdir. Yəni, dünyanın müxtəlif ölkələrində olduğu kimi Azərbaycanda da "yaşıl enerji" layihələrinin uğuru maliyyə ekosisteminin hazırlığından asılı olacaq. İnvestorlar üçün uzunmüddətli sabitlik, hüquqi təminatlar və maliyyə mexanizmləri formalaşdırılmadan iri layihələrin həyata keçirilməsi çətin görünür. Məhz buna görə II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əsas töhfələrindən biri dövlət, investorlar və beynəlxalq maliyyə institutları arasında dialoq platforması yaratmasıdır.
Tədbir çərçivəsində imzalanan əməkdaşlıq sənədləri də "yaşıl enerji" gündəliyinin genişlənməsindən xəbər verir. Xüsusilə Azərbaycan ilə Vyetnamın "ROX Group" şirkəti arasında "yaşıl enerji" layihələri üzrə əməkdaşlıq sənədinin imzalanması ölkənin bu sahədə beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirmək niyyətini nümayiş etdirir. Belə əməkdaşlıqlar yeni texnologiyaların və idarəetmə təcrübəsinin ölkəyə gətirilməsi baxımından əhəmiyyətlidir.
Forumda səsləndirilən təşəbbüslər arasında Azərbaycan və Tacikistanın Asiyadan Avropaya qədər uzana biləcək yaşıl rəqəmsal dəhliz ideyası da xüsusi diqqət çəkir. Sözügedən yanaşma enerji və rəqəmsal infrastrukturun paralel inkişafını nəzərdə tutur. Nəzərə alınmalıdır ki, çağdaş dünyamızda "yaşıl enerji" ilə rəqəmsallaşma bir-birini tamamlayan proseslərdir. Elektrik şəbəkələrinin idarə olunmasından tutmuş enerji ticarətinə qədər bütün sahələrdə rəqəmsal texnologiyaların rolu sürətlə artır. Digər mühüm istiqamət Türkmənistanın "yaşıl enerji" potensialının Transxəzər Yaşıl Enerji Dəhlizi vasitəsilə beynəlxalq bazarlara çıxarılması perspektividir. Əgər bəhs olunan layihələr reallaşarsa, Azərbaycan regionun enerji xəritəsində inteqrator rolunu oynayacaq və ölkənin geoiqtisadi əhəmiyyəti əhəmiyyətli dərəcədə artacaq.
Forumun müzakirələri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin də yaşıl keçid strategiyasının ayrılmaz hissəsi olduğunu göstərdi. Minkənd Kiçik Su Elektrik Stansiyasının istifadəyə verilməsi və regionda həyata keçirilən digər layihələr işğaldan azad olunmuş ərazilərin "yaşıl enerji zonası" kimi inkişaf etdirilməsi siyasətinin praktiki nəticələri kimi qiymətləndirilə bilər.
Ümumilikdə müzakirələri və imzalanan sənədləri bir araya gətirdikdə söyləmək mümkündür ki, Azərbaycan "yaşıl enerji" sahəsində yeni mərhələyə qədəm qoyur. Əgər əvvəlki dövrdə əsas diqqət ayrı-ayrı elektrik stansiyalarının tikintisinə yönəlirdisə, indi prioritet regional enerji dəhlizlərinin yaradılması, beynəlxalq investisiyaların cəlbi və enerji bazarlarının inteqrasiyasıdır. Daha dəqiq desək, "yaşıl enerji" ölkənin xarici siyasətinin, regional əməkdaşlıq modelinin və uzunmüddətli inkişaf strategiyasının əsas elementlərindən birinə çevrilir. Bakının məqsədi daha çox "yaşıl enerji" istehsal etmək, Avrasiyanın yeni enerji xəritəsində strateji qovşaqlardan birinə çevrilməkdir. Məhz bu baxımdan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin "yaşıl" gündəliyində mühüm dönüş nöqtəsi kimi xarakterizə olunur.

Tufan Məmmədov - iqtisadçı ekspert


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 279   Tarix: 28 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021
.

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs

8 sentyabr 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021