Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilərSentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsinin səbəbi səhhətində yaranan problemlərlə əlaqələndirilib. Hakim Murad Aslanovun sədrliyi ilə keçirilən iclasda cinayət işi məhkəmə baxışına verilib. Növbəti məhkəmə iclası oktyabrın 5-ə təyin olunub.

Belə məlumatlar var ki, Ramiz Mehdiyev növbəti məhkəmə iclasında da iştirak etməyə bilər.

AZXEBER.COM Modern.az-a istinadən xəbər verir ki, bu barədə Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev mövzu ilə bağlı açıqlama verib.

O bildirib ki, Cinayət-Prosessual Məcəllənin 311.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs məhkəmə baxışının bütün iclaslarında iştirak etməlidir. Onun iştirakı olmadan işə baxılmasına yalnız iki müstəsna halda yol verilir:

"Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda və məhkəməyə gəlməkdən qəsdən boyun qaçırdıqda işə onun iştirakı olmadan baxıla bilər. Digər istisna isə böyük ictimai təhlükə törətməyən cinayət işlərinə aiddir. Belə işlərdə təqsirləndirilən şəxs öz iştirakı olmadan məhkəmə baxışının keçirilməsi barədə vəsatət verə bilər. Bununla belə, onun iştirak etməməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasına mane olmamalıdır".

Əliməmməd Nuriyev qeyd edib ki, Ramiz Mehdiyevin növbəti iclasa gəlməməsinin hüquqi nəticələri də konkret səbəblər qiymətləndirildikdən sonra müəyyənləşdiriləcək:

"Sağlamlıq vəziyyəti ilə bağlı əsaslı maneə kimi üzrlü səbəb varsa, məhkəmə bunu qiymətləndirərək iclası təxirə sala bilər. Üzrlü səbəb olmadan gəlmədikdə isə onun məcburi gətirilməsi barədə qərar qəbul oluna bilər. Həmçinin qanunda nəzərdə tutulan əsaslar olduqda barəsində qətimkan tədbiri seçilə və ya mövcud qətimkan tədbiri daha ağır tədbirlə əvəz edilə bilər".

Hüquqşünas vurğulayıb ki, iclasa gəlməmək avtomatik olaraq işə təqsirləndirilən şəxsin iştirakı olmadan baxılması və ya qətimkan tədbirinin dərhal ağırlaşdırılması demək deyil:

"Qərar konkret hallar araşdırıldıqdan sonra məhkəmə tərəfindən qəbul edilir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 74   Tarix: 01 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakının bu rayonunda su olmayacaq

Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir

1 oktyabr
.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr
.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr
.

"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət

"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"

30 sentyabr
.

Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin göstərdiyi "Torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilərək tanıdılması" xidməti elektronlaşdırılıb. xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Bildirilib ki, əvvəllər müraciətlərin qəbulu və icra nəticəsind

30 sentyabr
.

21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub

1 oktyabr
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr