"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb

"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb"Turan Tovuz" və Türkiyənin "Fənərbağça" komandaları arasında keçiriləcək yoldaşlıq oyunu üçün 25 minə yaxın bilet satılıb.

Bu barədə Sonxeber.az-a Tovuz kollektivinin mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev məlumat verib.

"Matç saatına qədər bütün biletlərin satılacağını istisna etmirik. Oyuna maraq gözlənildiyi kimi çoxdur. Həqiqətən dostluq qarşılaşmasına şahidlik edəcəyik. Görüşdən əvvəl hansısa bədii hissə nəzərdə tutulmayıb. Bakıda bu cür oyunun keçirilməsinin özü böyük maraq kəsb edir", - deyə o vurğulayıb.

Klub rəsmisi İstanbul komandasının Bakıya bu gün, saat 17:30-da gələcəyini bildirib.

Qeyd edək ki, "Turan Tovuz" - "Fənərbağça" oyunu oktyabrın 3-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Görüşü azərbaycanlı hakim Rəvan Həmzəzadə idarə edəcək.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 236   Tarix: 02 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Portuqaliya millisinin baş məşqçisi ilə Ronaldo arasındakı münaqişə həll olunub

Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuşla və Kriştianu Ronaldu arasındakı münaqişə həll olunub. xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb. 41 yaşlı hücumçu və 72 yaşlı mütəxəssis UEFA Millətlər Liqasında Norveçlə (2:1) oyundan sonra yaranmış fikir ayrılıqlarını aradan qaldırıblar

30 sentyabr
.

Nəriman Axundzadə 10 ay sonra qol vurdu - Video

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə 10 ay sonra qol vurub. "Qafqazinfo" xəbər verir ki, o, ötən gün U-21 yığmamızın heyətində Şotlandiyaya qarşı matçda fərqlənib. Matçın 21-ci dəqiqəsində fərqlənən forvard uzun müddət sonra adını tabloya yazdıra bilib. Nəriman Axundzadə sonunc

1 oktyabr
.

Formula 2: Azərbaycan Qran-prisində sprint yarışı başa çatdı (YENİLƏNİB)

"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başa çatıb. Qaynarinfo-nun məlumatına görə, mübarizəni birinci pillədə başa vuran pilot müəyyənləşib. "Dams Lukas Oil" komandasından Dino Beqanoviç bütün rəqiblərini qabaqlayıb. 09.00. "Formula 2" üzrə Azərbaycan Qran-prisind

25 sentyabr
.

Azərbaycan Basketbol Liqasının I və II turlarında keçiriləcək iki oyun təxirə salınıb

Azərbaycan Basketbol Liqasının (ABL) I və II turlarında keçiriləcək iki oyun təxirə salınıb. Bu barədə -a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib. I turun oktyabrın 4-də keçirilməsi planlaşdırılan "Naxçıvan" - "Neftçi" qarşılaşması baş tutmayacaq. Buna səbəb "Neftçi"ni

1 oktyabr
.

Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı

Bakıda keçirilən Formula 2 yarışında ağır qəza baş verib. "Qafqazinfo"nun məlumatına görə, bir neçə bolid bir-birinə dəyib. Hazırda yarış dayandırılıb. *. Yarış yenidən bərpa edilib

25 sentyabr
.

Formula 2: Aleks Dann növbəti dəfə Bakıda qalib oldu (YENİLƏNİB)

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinə yekun vurulub. Qaynarinfo-nun məlumatına görə, son olaraq ikinci əsas yarış baş tutub. İkinci dərəcəli pilotların mübarizəsində "Rodin Motorsport"dan Aleks Dann bütün rəqiblərini geridə qoyub. Ötən gün "Formula 2"d

26 sentyabr
.

Rusiyalı Avropa və dünya çempionu Matvey Kanikovski yarışlardan kənarlaşdırılıb

Beynəlxalq Test Agentliyi rusiyalı cüdoçu Matvey Kanikovskinin yarışlarda iştirakını müvəqqəti dayandırıb. TASS-a istinadən xəbər verir ki, 24 yaşlı idmançıdan martın 15-də götürülmüş nümunədə qadağan olunmuş maddə aşkarlanıb. Xatırladaq ki, 100 kq çəki dərəcəsində çıxış edən Matvey Kanikovski 2025-c

30 sentyabr
.

"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb

"Turan Tovuz" və Türkiyənin "Fənərbağça" komandaları arasında keçiriləcək yoldaşlıq oyunu üçün 25 minə yaxın bilet satılıb. Bu barədə -a Tovuz kollektivinin mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev məlumat verib. "Matç saatına qədər bütün biletlərin satılacağını istisna etmirik

2 oktyabr
.

Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir

Bu gün Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar başlanıb. Bu barədə -a Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib. Beynəlxalq Stolüstü Tennis Federasiyası tərəfindən təşkil edilən seminarlar tanınmış məşqçi Yevgeni Timçenkoya həvalə olunub. Qazaxıstanlı mütəxəssis oktyabrın 7-də

1 oktyabr