Yataq dəstlərini yumşaldan sadə üsul
Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür.
Lent.az bu üsulu təqdim edir:
Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çəkə bilər. Lakin məlum olub ki, mələfə və yorğan üzlərini yenidən yumşaltmaq üçün bir çox evdə olan adi qida sodasından istifadə etmək mümkündür. Təmizlik üzrə mütəxəssis Şantel Mila yataq dəstlərinə qulluq üçün sadə üsul paylaşıb. Onun sözlərinə görə, yuma zamanı qida sodasından istifadə etmək olar.
Yataq dəstlərini necə yumşaltmaq olar?
Bunun üçün bir stəkan qida sodasını birbaşa paltaryuyan maşının barabanına əlavə etmək və adi yuma proqramını işə salmaq lazımdır. Qida sodası parçanın liflərində toplanan yuyucu vasitə və yumşaldıcı qalıqlarının təmizlənməsinə kömək edə bilər. Məhz bu qalıqlar zamanla parçanın daha sərt olmasına səbəb olur. Bundan əlavə, soda sərt suda olan kalsium və maqnezium kimi mineralların təsirini azaltmağa kömək edə bilər.
Sodanın başqa bir xüsusiyyəti xoşagəlməz qoxuları neytrallaşdırmasıdır. O, zamanla üzərində tər, dəri yağı və digər çirklərin toplandığı parçaları təravətləndirə bilər. Bu üsuldan yalnız yataq dəstlərində deyil, dəsmal və geyimlərin yuyulmasında da istifadə etmək mümkündür.
Döşəyi soda ilə necə təravətləndirmək olar?
Qida sodasından döşəkdə yaranan xoşagəlməz qoxuları azaltmaq üçün də istifadə etmək olar. Mütəxəssis sodanı döşəyin səthinə bərabər şəkildə səpməyi, bir neçə saat saxlamağı və daha sonra döşəyi tozsoranla diqqətlə təmizləməyi tövsiyə edir.
Ləkələrdən necə qurtulmaq olar?
Ləkələri təmizləmək üçün Şantel Mila başqa üsul təklif edir. Bunun üçün yarım stəkan qida sodası ilə yarım stəkan hidrogen peroksidi qarışdırmaq, üzərinə isə bir çay qaşığı qab yuyan vasitə əlavə etmək lazımdır. Hazırlanan qarışığı fırça vasitəsilə ləkənin üzərinə çəkmək və təxminən bir saat saxlamaq məsləhətdir. Bundan sonra əşyanı paltaryuyan maşında adi rejimdə yumaq olar. Mütəxəssislər hər hansı belə qarışıqdan istifadə etməzdən əvvəl onu parçanın görünməyən kiçik hissəsində sınamağı tövsiyə edirlər. Xüsusilə hidrogen peroksid bəzi rəngli parçalarda rəngin açılmasına səbəb ola bilər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maaş və pensiyalar ARTIR: Əhalinin alıcılıq qabiliyyəti necə dəyişəcək? - Ekspertdən AÇIQLAMA
Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi
Kimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMA
Şəhidimizin adını daşıyan gəmi dron hücumuna məruz qaldı: Həlak olan Məhəmmədin fotosu
Alim Qasımovun meneceri Pünhan Piriyevə cavab verdi: "Bunu ona yaraşdırmadım"
Azərbaycanda qızıl kəskin bahalaşdı
Müəllim olmaq ÇƏTİNLƏŞİR: "Artıq təkcə bilik yox, dünyagörüşü də yoxlanılır"
Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
Bakıda yeni dəmir yolu tıxacları azaldacaq? - Ekspertdən AÇIQLAMA
Bakıda tanınmış restoranda biabırçılıq
Tarixin ən böyük avtomobil tıxacı 12 gün davam edib: Harada baş verib?
Xalq artisti evdə yıxılıb xəsarət aldı
"WhatsApp"da yeni funksiya
Ramil Usubovun kürəkəni vəfat edib - Foto
"Neptun"dakı endirim narazılıq yaratdı - Foto