Banklar kiberhücumlara qarşı nə qədər güvənlidir? - İQTİSADÇIDAN AÇIQLAMA

Banklar kiberhücumlara qarşı nə qədər güvənlidir? - İQTİSADÇIDAN AÇIQLAMABank sistemlərinə qarşı kiberhücumlar artdıqca müştərilərin şəxsi və maliyyə məlumatlarının təhlükəsizliyi məsələsi də daha çox diqqət çəkir. Bankların tətbiq etdiyi təhlükəsizlik sistemləri, iki mərhələli təsdiqləmə və digər qoruyucu mexanizmlərə baxmayaraq, kiberdələduzluq halları ilə bağlı narahatlıqlar qalmaqdadır.

Bəs bankların kiberhücumlara qarşı mövcud təhlükəsizlik tədbirləri nə qədər effektivdir və müştərilərin vəsaitlərinin qorunması üçün görülən tədbirlər kifayət edirmi?
Banklar kiberhücumlara qarşı nə qədər güvənlidir? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, bankların kiberhücumlara qarşı təhlükəsizlik tədbirlərini tam yetərli hesab etmək çətindir. Çünki bank sistemləri böyük həcmdə maliyyə və şəxsi məlumat saxladığı üçün daim hədəfdədir və hücum üsulları da sürətlə dəyişir. Onun sözlərinə görə, güclü təhlükəsizlik sistemi olsa belə, yeni texnologiyalar və süni intellekt kiberhücumların daha mürəkkəb formalarını ortaya çıxarır: "Bankların qorunması yalnız texniki sistemlərdən ibarət deyil. Məlumatların şifrələnməsi, çoxmərhələli autentifikasiya, əməliyyatların real vaxt rejimində monitorinqi, şübhəli tranzaksiyaların bloklanması və ehtiyat sistemlərinin yaradılması vacibdir. Lakin ən zəif həlqələrdən biri insan faktorudur. Müştərinin fişinq mesajına aldanaraq kart və ya mobil bankçılıq məlumatlarını təqdim etməsi halında ən güclü texniki müdafiə belə risklə üzləşə bilər.

Banklar həmçinin kibertəhlükəsizlik sistemlərini daim yeniləməli, müstəqil audit və nüfuzetmə testləri keçirməli, əməkdaşların və müştərilərin maarifləndirilməsinə diqqət yetirməlidirlər. Xüsusilə bank tətbiqlərində saxta girişlərin və qeyri-adi pul köçürmələrinin vaxtında aşkarlanması mühüm əhəmiyyət daşıyır.

Ona görə banklarda təhlükəsizlik tədbirlərinin olması kifayət deyil, onların kiberhücumların yeni üsullarına uyğun olaraq davamlı yenilənməsi vacibdir. Müasir bankçılıqda kibertəhlükəsizlik birdəfəlik qurulan sistem deyil, daim təkmilləşdirilməli olan prosesdir".

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 344   Tarix: 06 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda avtobus istehsalı son 5 ildə 240 dəfəyə yaxın artıb

2025-ci ildə Azərbaycanda 477 ədəd ictimai sərnişin nəqliyyat vasitəsi istehsal edilib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 4 dəfə, 2020-ci ilin göstərici ilə müqayisədə isə 239 dəfə çoxdur. Hesabat dövründə istehsal edilə

8 oktyabr
.

Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı

2027-ci ilin fevralınadək minimum əməkhaqqının artacağı gözlənilir. Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılmasını nəzərdə tutulur. Millət vəkili Vüqar Bayramov bilidirib ki, dövlət başçısı tərəfindən 2026-cı ilin fevralınd

30 sentyabr
.

Azərbaycan mebel idxalına çəkdiyi xərci 20 %-ə yaxın azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 80 milyon 89,14 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin 8 ayı ilə müqayisədə 19 milyon 602 min ABŞ dolları və yaxud 19,7 % azdır. Ötən dövr ərzind

26 sentyabr
.

Naxçıvanda vergi daxilolmaları 10 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 210,7 milyon manat vergi daxil olub. quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 10,1 % çoxdur. Ötən 9 ayda muxtar respublikada qeyri-dövlə

8 oktyabr
.

Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi

"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 25-ci maddəsinə müvafiq olaraq, "T-Kredit" Bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək Azərbaycan Respublikası Mərkəzi Bankını

1 oktyabr
.

Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb

Sentyabr ayının sonlarından etibarən Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb. "Report"un Aran bürosu xəbər verir ki, bununla əlaqədar Saatlı rayonunun Fətəlikənd kəndində tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Saatlı rayon icra hakimiyyətinin başçısı Elmi

2 oktyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 102,02 dollara düşdü

Neft bazarında əvvəlki gün qiymətlərin kəskin artmasından sonra cüzi bir eniş qeydə alınıb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında dekabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,29 dollar (0,28 faiz) az, 102,02 dollar/barel təşkil edib. Cümə axşam

2 oktyabr
.

Ətin qiyməti 30 manata qədər BAHALAŞACAQ? - AÇIQLAMA

Azərbaycanda ət qiymətlərinin yaxın gələcəkdə Türkiyədəki kimi 40-50 manata çatacağı ilə bağlı iddialar səslənir. Bəs, bu proqnoz nə dərəcədə əsaslıdır, Azərbaycanda ət qiymətlərinin bu səviyyəyə yüksəlməsi real risk hesab oluna bilərmi və hazırkı bahalaşma fonunda belə iddialar nə dərəcədə əsaslıdır?

29 sentyabr
.

Banklar kiberhücumlara qarşı nə qədər güvənlidir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bank sistemlərinə qarşı kiberhücumlar artdıqca müştərilərin şəxsi və maliyyə məlumatlarının təhlükəsizliyi məsələsi də daha çox diqqət çəkir. Bankların tətbiq etdiyi təhlükəsizlik sistemləri, iki mərhələli təsdiqləmə və digər qoruyucu mexanizmlərə baxmayaraq, kiberdələduzluq halları ilə bağlı narahatlıqla

6 oktyabr