Ursula fon der Lyayen: Aİ 2027-ci ilin sonunadək Rusiya qazından imtina edəcək

Ursula fon der Lyayen: Aİ 2027-ci ilin sonunadək Rusiya qazından imtina edəcəkAvropa İttifaqı Rusiya qazının idxalını 2027-ci ilin sonunadək tamamilə dayandırmaq niyyətindədir.

Tribuna.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bu gün Avropa Parlamentində çıxışı zamanı bildirib.

O qeyd edib ki, dörd il əvvəl Rusiya Aİ-ni enerji ilə bağlı şantaj etməyə çalışıb.

"Dörd il əvvəl Rusiya bizi şantaj etməyə çalışdı. Həmin vaxt qaz idxalımızın 45 faizi Rusiyadan gəlirdi. Demək olar ki, bir gecədə bu idxalın böyük hissəsi dayandırıldı. Lakin Avropa birliyini qorudu və bu vəziyyətdən daha güclü çıxdı", - Aİ lideri deyib.

Avropa Komissiyasının rəhbəri bildirib ki, Aİ qaz tədarükünü şaxələndirib və təmiz enerjiyə investisiyaları əhəmiyyətli dərəcədə sürətləndirib.

"Bu gün Rusiya qazının idxalımızdakı payı 45 faizdən 12 faizə düşüb. Gələn ilin sonunadək isə onu sıfıra endirəcəyik", - o vurğulayıb.

Qeyd edək ki, Aİ 2026-cı ilin əvvəlində Rusiya qazının mərhələli şəkildə idxalının dayandırılmasını nəzərdə tutan qaydaları qəbul edib. Aİ-nin rəsmi məlumatına görə, Rusiya LNG idxalının 2026-cı ilin sonunadək, boru kəməri ilə qaz idxalının isə ən geci 30 noyabr 2027-ci ilədək tam dayandırılması nəzərdə tutulur.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 108   Tarix: 06 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sepahın xüsusi təyinatlıları Belarusda təlimlərə qatılıb

İran İnqilabı Keşikçiləri Korpusunun (Sepah) quru qoşunlarının xüsusi təyinatlı bölməsi Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin birgə antiterror təlimlərinə qatılmaq üçün Belarusdadır. xəbər verir ki, bu barədə Sepahın Quru Qoşunlarının ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib. Məlumat

6 oktyabr
.

Avropada Rusiyaya qarşı yeni addım: diplomatların fəaliyyəti məhdudlaşdırıla bilər

Avropa Birliyi son dövrlərdə Avropa ölkələrində artan hibrid təhdidlər, sabotaj və digər təhlükəsizlik insidentləri fonunda Rusiyalı diplomatlara qarşı əlavə məhdudiyyətlərin tətbiqini müzakirə edir. Euronews-a istinadən xəbər verir ki, AB ölkələri Rusiyanın diplomatik nümayəndələrinin hərəkət imkanlarını

6 oktyabr
.

Yəməndə hökumət qüvvələri husilərə qarşı genişmiqyaslı əməliyyata başladı

The Guardian yazır ki, Yəmənin Səudiyyə Ərəbistanının dəstəklədiyi hökuməti ölkədə husilərin nəzarətində olan bütün əraziləri geri almaq məqsədilə yeni hərbi əməliyyata başlayıb. Qərar husilərin Taiz şəhərini hökumətin nəzarətində olan Ədənlə birləşdirən mühüm təchizat yolunu kəsməsindən sonra açıqlanıb

5 oktyabr
.

Bu ölkə hərbi təlimlər zamanı əsgər ölümü barədə məlumat yayıb

Avstraliya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, ölkənin şimalında keçirilən hərbi təlim zamanı bir Avstraliya əsgəri həlak olub, beş nəfər yaralanıb. xəbər verir ki, ölkənin müdafiə nazirliyinin veb saytında deyilir: "Müdafiə Nazirliyi Avstraliya ordusunun bir əsgərinin 2026-cı ildə Maun

6 oktyabr
.

Trampdan yeni hücum anonsu: "İranla heç vaxt sülh olmayacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrda Konqresə keçiriləcək aralıq seçkisindən sonra İrana qarşı yeni bombardmanların ola biləcəyini istisna etməyib. xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Time" nəşrinə müsahibəsində məlumat verib. Jurnalistin aralıq seçkilərdən sonra yeni hava zərbələrini

4 oktyabr
.

The Guardian: "Cənubi Koreyadan Rusiyaya yanacaq daşınması üzə çıxıb"

The Guardianın araşdırmasına görə, Cənubi Koreyadan Rusiyanın uzaq şərq limanlarına böyük həcmdə yanacaq daşınıb. Nəşrin liman sənədləri və gəmi izləmə məlumatları əsasında apardığı təhlilə görə, iyul və avqust aylarında Cənubi Koreyanın bir neçə limanından Rusiyaya 176 min tondan çox yanacaq, əsasə

6 oktyabr
.

Eritreya Efiopiya ilə diplomatik əlaqələri tamamilə kəsdi

Eritreya hökuməti Efiopiya ilə bütün diplomatik münasibətləri kəsmək barədə qərar qəbul edib. "Interfax"a istinadən xəbər verir ki, rəsmi Əsməranın bu qərarı Əddis-Əbəbənin Eritreyadakı səfirliyini bağlamaq və 10 eritreyalı diplomatı "persona non grata" (arzuolunmaz şəxs) elan etmə

4 oktyabr
.

ABŞ son iki ayda İranın blokadasını pozan 13 gəmini məhv edib

ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, ABŞ ordusu son 12 həftə ərzində blokadanı pozaraq İran limanlarına gedən və ya oradan çıxan 13 ticarət gəmisini məhv edib. xəbər verir ki, bəyanatda deyilir: "Son 12 həftə ərzində Mərkəzi Komandanlıq qüvvələri blokadanı poza

6 oktyabr
.

Rusiya Ukraynanın iki yük gəmisini vurduğunu açıqladı

Rusiya Müdafiə Nazirliyi Qara dənizdə Ukraynaya məxsus iki quru yük gəmisinin vurulduğunu açıqlayıb. Reuters-ə istinadən xəbər verir ki, Moskvanın məlumatına görə, gəmilərdən biri hərbi texnika, digəri isə hərbi təyinatlı yüklər daşıyıb. Rusiya həmçinin Çornomorsk limanında yanacaq anbarlarına zərb

5 oktyabr