Tramp: Dövlət hesabına yayımlanan reklamları siyasi fond ödəyəcək
ABŞ Prezidenti Donald Tramp vergi ödəyicilərinin vəsaiti hesabına yayımlanan və onun siyasətini təbliğ edən televiziya reklamları ilə bağlı qərarını dəyişib.
Bizimyol.info xəbər verir ki, Trampın sosial media hesabında yazdığına görə, bundan sonra bu cür reklamların xərclərini onun siyasi Siyasi Fəaliyyət Komitəsi (Political Action Committee - PAC) olan "MAGA Inc." qarşılayacaq.
Söhbət federal büdcədən ən azı 1,5 milyon dollar xərclənən reklam kampaniyasından gedir. Reklamlarda Trampın siyasəti və prezidentlik fəaliyyəti təbliğ olunub. Bu isə həm demokratların, həm də bəzi respublikaçıların tənqidinə səbəb olub.
Tramp reklamları müdafiə edərək onları ABŞ-ın uğurlarını təbliğ edən "müsbət reklamlar" adlandırıb. O bildirib ki, gələcək reklamların xərcləri "MAGA Inc."nin topladığı siyasi vəsait hesabına ödəniləcək.
Məlumata görə, "MAGA Inc." iyulun sonuna qədər 400 milyon dollardan çox vəsait toplayıb. Təşkilat qarşıdakı aralıq seçkiləri ərəfəsində respublikaçı namizədlərə maliyyə dəstəyi də göstərir.
Ağ Ev Trampın açıqlamasını təsdiqləyərək gələcək reklamların MAGA Inc. tərəfindən maliyyələşdiriləcəyini bildirib. Bununla belə, indiyədək dövlət büdcəsindən artıq xərclənmiş vəsaitin geri qaytarılıb-qaytarılmayacağı ilə bağlı açıqlama verilməyib.
Hüquq ekspertləri isə dövlət vəsaitinin Trampı təbliğ edən reklamlara yönəldilməsinin federal qanunvericiliyi poza biləcəyini bildiriblər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 77 Tarix: 06 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İstanbulda dəhşətli hadisə: 15 yaşlı məktəbli qız şagirdləri bıçaqladı - VİDEO
Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda Şeyh Şamil İmam Hatip orta məktəbində 15 yaşlı məktəbli qızın yaraladığı şagirdlərin sayı artıb. Bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir. Məlumata görə, məktəbdə məktəbli qız 8 şagirdi bıçaqla yaralayıb. Hadisə yerinə sağlamlıq qrupları göndərilib
6 oktyabrNyu-Yorkda qızılca epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib
Qubernator Keti Hoklinin verdiyi sərəncama əsasən, Nyu-Yorkda qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan edilib. xəbər verir ki, sərəncamda deyilir: "Nyu-York ştatının qubernatoru Keti Hokli davam edən qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan etdi". Qeyd olunur ki
6 oktyabrBab əl-Məndəb uğrunda böyük döyüş: Yəmən qüvvələri hücuma keçdi
Yəmənin Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazı ətrafında husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Euronews-a istinadən xəbər verir ki, əməliyyat zamanı Səudiyyə koalisiyasına məxsus təxminən 100 hərbi təyyarədən istifadə edildiy
6 oktyabrPolşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Polşada Poznandakı məktəbi və dəmir yolu vağzalını partlatmaqla hədələyən 19 yaşlı gənc saxlanılıb. "Report" xəbər verir ki, bu barədə RMF24 radiostansiyası məlumat yayıb. Qeyd olunub ki, o, sentyabrın sonlarında bir neçə müəssisənin elektron ünvanlarına partlayıcı maddələrdən istifadə hədələr
6 oktyabrCənubi Koreya Şimali Koreyadan üzr istəməsini tələb edib
Cənubi Koreya sentyabrın 21-də ölkəni Şimali Koreyadan ayıran Silahsızlaşdırılmış Zonada (DMZ) aparılan axtarış işləri zamanı 3 zabitinin yaralanmasına səbəb olan partlayışdan sonra Şimali Koreyanın üzr istəməsini tələb edib. "Yonhap" agentliyinin məlumatına görə, Cənubi Koreya Baş Qərargah
5 oktyabrŞimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 21-ə yüksəlib
Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində itkin düşənlərin axtarışı zamanı daha bir nəfərin meyiti aşkarlanıb. "Haber Global"a istinadən xəbər verir ki, meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün DNT analizinə başlanılıb. Bununla da qəza nəticəsində ölənlərin say
5 oktyabr