Türkmənbaşıda İlham Əliyevin Sərdar Berdiməhəmmədovla görüşü olub - Foto

Türkmənbaşıda İlham Əliyevin Sərdar Berdiməhəmmədovla görüşü olub - FotoOktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun isə Azərbaycana, o cümlədən Qarabağa səfərləri məmnunluqla xatırlanıb, bu səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rolu vurğulanıb. Qeyd edilib ki, ötən ildən etibarən ölkələrimiz arasında ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyinin və qarşılıqlı əlaqələrin dinamikasının bariz göstəricisidir.

Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin son illərdə dinamik şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olunub. Siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin Xəzər dənizi mövzusu və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə edilib.

Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün ölkəmizlə region dövlətləri arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyəti vurğulanıb.

Prezident İlham Əliyev bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

Dövlətimizin başçısı ötən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu üzv qəbul edilməsini xatırladaraq, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov tərəfindən irəli sürülmüş bu tarixi təşəbbüsün yekdilliklə dəstəklənməsinə görə bir daha minnətdarlığını bildirib.

Dövlət başçıları ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Türkmənbaşıda İlham Əliyevin Sərdar Berdiməhəmmədovla görüşü olub - FotoTürkmənbaşıda İlham Əliyevin Sərdar Berdiməhəmmədovla görüşü olub - Foto


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 217   Tarix: 08 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyevin Türkmənistan səfəri: Azərbaycan Mərkəzi Asiya ilə əməkdaşlığın yeni mərhələsini formalaşdırır

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri ölkəmizin Mərkəzi Asiya istiqamətində həyata keçirdiyi fəal və məqsədyönlü xarici siyasətin növbəti mühüm göstəricisidir. Dövlət başçısının Türkmənbaşı şəhərinə səfəri Azərbaycanla Mərkəzi Asiya ölkələri arasınd

8 oktyabr
.

İlham Əliyev Vladimir Putinə zəng etdi

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlətimizin başçısı İlham Əliyev Prezident Vladimir Putini ad gün

7 oktyabr
.

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Xəbər verdiyimiz kimi, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub. "Qafqazinfo"nun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan konsert zaman

8 oktyabr
.

İlham Əliyev Türkmənbaşıda yüksəksəviyyəli görüşdə iştirak etmək üçün "Avaza" Kompleksinə gedib - Foto

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün "Avaza" Kompleksinə gedib. AZƏRTAC-a istinadən xəbər verir ki, Türkmənistan Prezidenti Sərda

8 oktyabr
.

7 oktyabrın üçüncü ildönümü: İsrailin ağrısı bizim də ağrımızdır

7 oktyabr 2023-cü il İsrail tarixinin ən ağır günlərindən biri kimi yadda qaldı. HƏMAS terror təşkilatının İsrailə qarşı həyata keçirdiyi qanlı hücum nəticəsində yüzlərlə insan həyatını itirdi, yüzlərlə insan girov götürüldü. Bu tarixdən üç il keçsə də, həmin günün ağrısı İsrail xalqının yaddaşında

7 oktyabr
.

Azərbaycan regionlararası ticarət əlaqələrinin əsas logistika qovşaqlarından birinə çevriləcək

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişləndirilməsi xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu siyasət çərçivəsində region ölkələri ilə siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi və çoxtərəfli əməkdaşlıq mexanizmlərind

8 oktyabr
.

Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

Azərbaycan 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək. "Report"a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib

8 oktyabr
.

Prezident: "Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir"

"Nəqliyyat Mərkəzi Asiya və Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə bildirib. Dövlətimizin başçısı qeyd edib: "Xəzər dənizi ölkələrimi

8 oktyabr
.

"Hazırda NATO ilə Rusiya arasında birbaşa müharibənin qaçılmaz olduğunu söyləmək düzgün olmaz" - BƏHRUZ QULİYEV

"Son günlər Avropanın təhlükəsizlik gündəmində Litva ilə bağlı baş verənlər ciddi narahatlıq doğurur. Hesab edirəm ki, bu məsələyə yalnız Litva-Rusiya münasibətləri kontekstində yanaşmaq düzgün deyil. Burada daha böyük prosesdən NATO ilə Rusiya arasında təhlükəsizlik qarşıdurmasının yeni mərhələsində

8 oktyabr