"Hazırda NATO ilə Rusiya arasında birbaşa müharibənin qaçılmaz olduğunu söyləmək düzgün olmaz" - BƏHRUZ QULİYEV

"Hazırda NATO ilə Rusiya arasında birbaşa müharibənin qaçılmaz olduğunu söyləmək düzgün olmaz" - BƏHRUZ QULİYEV"Son günlər Avropanın təhlükəsizlik gündəmində Litva ilə bağlı baş verənlər ciddi narahatlıq doğurur. Hesab edirəm ki, bu məsələyə yalnız Litva-Rusiya münasibətləri kontekstində yanaşmaq düzgün deyil. Burada daha böyük prosesdən NATO ilə Rusiya arasında təhlükəsizlik qarşıdurmasının yeni mərhələsindən söhbət gedir." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Sonxeber.az-a açıqlamasında deyib.
"Hazırda NATO ilə Rusiya arasında birbaşa müharibənin qaçılmaz olduğunu söyləmək düzgün olmaz" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, oktyabrın 6-da Litva parlamentinin ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsinə qoyulan konstitusion məhdudiyyətlərin aradan qaldırılması istiqamətində ilk addımı atması diqqətçəkən hadisədir. Eyni gündə ABŞ Prezidenti Donald Trampın Litvada Amerika hərbi bazasının yaradılması təklifinə baxılacağını bildirməsi də təsadüfi görünmür.

"Düşünürəm ki, Moskvanın reaksiyası dərhal və sərt oldu. Kremlin sözçüsü Dmitri Peskov bəyan etdi ki, NATO və ABŞ hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşdırılması eskalasiya kimi qiymətləndiriləcək və Rusiya buna cavab verəcək. Rusiya XİN-in açıqlamalarında da Baltik istiqamətində hərbi fəallığın artırılmasının təhlükəli nəticələrə gətirə biləcəyi vurğulanır.

Burada əsas məsələ Litvada sabah nüvə silahının yerləşdirilib-yerləşdirilməyəcəyindən daha çox, belə bir imkanın hüquqi və hərbi baxımdan müzakirəyə çıxarılmasıdır. Çünki Litva Rusiya ilə NATO arasında ən həssas coğrafi xəttlərdən birində yerləşir. Bir tərəfin öz təhlükəsizliyini gücləndirmək üçün atdığı addım digər tərəf tərəfindən birbaşa təhdid kimi qəbul edilir.

Hesab edirəm ki, hazırda NATO ilə Rusiya arasında birbaşa müharibənin qaçılmaz olduğunu söyləmək düzgün olmaz. Lakin eskalasiya riski realdır və artır.

Ən təhlükəli məqam isə tərəflərin bir-birinin niyyətlərini yanlış qiymətləndirməsidir. NATO "çəkindirmə" deyir, Rusiya isə bunu sərhədlərinə yaxınlaşan hərbi təhdid kimi qəbul edir. Rusiya cavab tədbiri elan etdikdə isə NATO həmin addımı yeni təhlükə kimi qiymətləndirə bilər. Beləliklə, qarşılıqlı hərbi addımlar zəncirvari şəkildə gərginliyi yüksəldə bilər.

Bu baxımdan Litva məsələsi artıq yalnız Litvanın daxili qərarı deyil. Bu, Baltik regionunda NATO-Rusiya qarşıdurmasının yeni risk nöqtəsinə çevrilə biləcək prosesdir.

Azərbaycan üçün də burada mühüm məqam var. Avropada böyük güclər arasında hərbi qarşıdurmanın genişlənməsi enerji təhlükəsizliyinə, nəqliyyat dəhlizlərinə və regional sabitliyə təsir göstərə bilər.

Ona görə də bugünkü mərhələdə əsas məsələ yeni eskalasiya xətti yaratmaq deyil, diplomatik kanalları açıq saxlamaqdır. Çünki nüvə silahının müzakirə olunduğu bir şəraitdə kiçik görünən hərbi-siyasi addımların böyük nəticələri ola bilər." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 362   Tarix: 08 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs

8 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021