"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMAXəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır. "Üç Qardaş - 2021" beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.

Bu təlimin əhəmiyyəti ilə bağlı Sonxeber.az-a Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz danışıb.

O, ilk öncə sözügedən təlimin adının məhz "Üç Qardaş" olmasının anlamından danışıb:

"Bunu belə izah etmək lazımdır ki, Pakistan Türkiyəyə, "Qurtuluş Savaşı" və 1974-cü ildə baş verən "Kipr Hərəkatı" daxil olmaqla, hər zaman çox böyük maraq və dəstək göstərib. Eyni zamanda, Pakistan Azərbaycanın torpaqlarının işğalı zamanı dünyaya Azərbaycanın haqq səsinin çatdırılması ilə bağlı çox böyük səy göstərib, Ermənistana etdiklərinin yanlış olduğunu bildirərək, torpaqların sürətlə boşaldılması zərurətini vurğulayıb. 44 günlük Vətən müharibəsi zamanı da Pakistan daim Azərbaycanın yanında olub.

Bir sözlə, Türkiyə, Azərbaycan və Pakistan arasında tarix boyu davam edən bu qardaşlıq münasibətlərinin "Üç Qardaş - 2021" təlimləri çərçivəsndə nümayiş etdirilməsi böyük anlam daşıyır və bu, gələcək fəaliyyətlər üçün də çox böyük mesajlar ehtiva edən əməkdaşlıqdır".

Yücel Karauz, həmçinin, "Üç Qardaş - 2021" birgə təlimin məhz Bakıda keçirilməsinin də əhəmiyyətli olduğunu vurğulayıb:

"İkinci önəmli perspektiv isə bu təlimlərin Bakıda, Azərbaycanın koordinatorluğu ilə keçirilməsi ilə bağlıdır. 10 noyabr bəyannaməsindən sonra sözündə durmayan və sülh müqaviləsi imzalamaq istəməyən Ermənistana, bölgə ölkələrinə və dünyaya verdiyi mesaj baxımıdan Azərbaycanın haqq savaşına Türkiyə və Pakistanın qoşulmasıyla bərabər, təlimlərin Bakıda keçirilməsi çox önəmlidir".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1045   Tarix: 13 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza

4 oktyabr
.

Uğurlu nəticələrlə yadda qalan qurultay

"Dünya siyasətində iqtisadi maraqlarla təhlükəsizlik hesablarının bir-birinə bağlandığı mərhələdə Azərbaycanın strateji çəkisi artır. Avrasiyanın kəsişmə nöqtəsində formalaşan güc balansı təkcə karbohidrogen resurslarının nəqli ilə məhdudlaşmır, bilavasitə tərəfdaş dövlətlərin milli təhlükəsizli

3 oktyabr
.

YAP qurultayında yeni dövrün siyasi xəritəsi çəkildi

Azərbaycanın siyasi həyatında mühüm hadisələrdən biri baş verdi. Hakim Yeni Azərbaycan Partiyasının sayca VII qurultayı keçirildi. Prezident İlham Əliyevin çıxışı təkcə partiyanın qarşıdakı fəaliyyətinə deyil, Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətlərinə dair mühüm mesajlarla yadd

3 oktyabr
.

Prezidentin sosial şəbəkə hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:

5 oktyabr
.

Uzunmüddətli siyasi fəaliyyət və yeni mərhələnin çağırışları

"Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir". Prezident İlham Əliyev bu fikri Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı zamanı səsləndirib. Dövlət başçısı üç onillikdən artıq müddətdə YAP-ın iqtidarda olduğunu vurğulayaraq partiyanı

3 oktyabr
.

YAP Azərbaycanın siyasi tarixində özünəməxsus yer tutur

Ötən əsrin sonlarında birpartiyalı sistemdən ayrılan müstəqil Azərbaycanda yeni siyasi təşkilatlar təsis olunmuşdu. Amma populizm yolunu tutan partiyalar ayrı-ayrı şəxslərin siyasi maraqlarından doğmuş, onların ətrafında formalaşmışdı. Bu qurumların yaranmasında şəxsi siyasi ambisiyalar əsas yer tuturd

3 oktyabr
.

Azərbaycanın yeni mərhələsi

Azərbaycanın son illərdə keçdiyi tarixi yol yalnız ərazi bütövlüyünün və suverenliyin bərpası ilə yekunlaşan hərbi-siyasi proses kimi qiymətləndirilə bilməz. Bu yol dövlətçilik modelinin möhkəmlənməsi, milli iradənin siyasi qərarlara çevrilməsi, iqtisadi imkanların strateji məqsədlərə səfərbər edilməs

5 oktyabr
.

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərəcək

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağı barədə açıqlaması əhalinin gəlirlərinin yüksəldilməsinə yönələn sosial siyasətin 2027-ci ildə də davam etdiriləcəyini göstərir. Əvvəlki islahatları

3 oktyabr
.

Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

"Enerji resursları ilə zəngin olan Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı deyib. "Çünki enerji təhlükəsizliyi - bu

2 oktyabr