İki ölkə arasında iqtisadi münasibətlər yeni mərhələdə

İki ölkə arasında iqtisadi münasibətlər yeni mərhələdəVyetnamın iqtisadi gücü, sənaye və istehsal potensialı, Azərbaycanın enerji resursları, tranzit imkanları və əlverişli coğrafi mövqeyi qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün ciddi zəmin yaradır. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasında iqtisadi münasibətlərin yeni mərhələyə keçəcəyinə dair gözləntiləri artırır.
Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində Prezident İlham Əliyev deyib ki, Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon dollardan artıq olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: "Bununla yanaşı, bu göstərici hələ ki, real imkanları əks etdirmir: hər iki tərəf qarşılıqlı ticarətdə əhəmiyyətli artım üçün böyük potensiala malikdir".
Hesab edirəm ki, bu əlaqələrin gələcək inkişafı üçün ciddi perspektivlər mövcuddur. Əsas istiqamətlərdən biri energetika sahəsidir. Digər tərəfdən, Vyetnam Azərbaycana investisiya yatırmaq potensialına malik ölkələrdən biridir. Xüsusilə Günəş və külək elektrik stansiyalarının tikintisi sahəsində əməkdaşlıq imkanları diqqət çəkir.
Müsahibədə bildirilib ki, Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı da ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir. "Tikinti və infrastrukturun inkişafı, həmçinin Günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirən "ROX Group" bunun bariz nümunəsidir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "ROX Group" ilə müvafiq sənədlər imzalanıb", - deyə dövlətimizin başçısı xatırladıb.
Bununla yanaşı, Azərbaycanın nəqliyyat və logistika imkanlarından istifadə etməklə Orta Dəhliz vasitəsilə Vyetnam məhsullarının ölkəmiz üzərindən Avropa bazarlarına daşınması mümkündür. Bu, həm Azərbaycanın tranzit potensialının artmasına, həm də ikitərəfli iqtisadi əlaqələrin genişlənməsinə müsbət təsir göstərə bilər. Eyni zamanda, Azərbaycan Vyetnam bazarına qeyri-neft məhsullarının ixracını artıra bilər. Belə ki, 100 milyondan artıq əhalisi olan Vyetnam Azərbaycan məhsulları üçün perspektivli bazar hesab olunur. Digər tərəfdən, bu ölkə ilə ticarət əlaqələrinin genişləndirilməsi idxalın şaxələndirilməsinə də imkan yarada bilər.
Vyetnam düyü, qəhvə, dəniz məhsulları, eləcə də müxtəlif elektronika məhsullarının istehsalı və ixracı sahəsində rəqabətqabiliyyətli mövqeyə malikdir. Bu məhsulların bir qisminin münasib qiymətlərlə təklif olunması Azərbaycan bazarı üçün də əlavə imkanlar yarada bilər.
Hesab edirəm ki, konkret investisiya layihələrinin həyata keçirilməsi və nəqliyyat əlaqələrinin genişləndirilməsi şərtilə qarşıdakı 3-5 il ərzində iki ölkə arasında ticarət dövriyyəsini 500 milyon dollara çatdırmaq mümkündür.

İlqar Əliyev - Dövlət İdarəçilik Akademiyası


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 183   Tarix: 20 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident Hanoyda "İnqilab şəhidləri" abidəsini ziyarət etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Vyetnamın paytaxtı Hanoy şəhərində "İnqilab şəhidləri" abidəsini ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, abidənin qarşısında fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı abidənin önünə əklil qoyub

20 noyabr
.

Prezident Vyetnamın Baş naziri ilə görüşdü - Fotolar - Yenilənib

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri Le Minh Hunq ilə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Görüşdə çıxış edən Baş nazir Le Minh Hunq deyib:. - Vyetnama rəsmi səfəriniz münasibətilə Zati-aliləri Prezident

20 noyabr
.

Rusiya-Ukrayna müharibəsində yeni gərginlik - Avropa Putinə qarşı hərəkətə keçir

Ukraynanın Krım körpüsünə endirdiyi zərbə Rusiya-Ukrayna müharibəsində hərbi əməliyyatlarla yanaşı, diplomatik mübarizənin də yeni mərhələyə keçdiyini göstərir. Xüsusilə hücumun ABŞ Prezidenti Donald Tramp, Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin görüşü ərəfəsində həyata keçirilməs

18 noyabr
.

Azərbaycan-Böyük Britaniya diplomatik münasibətlərində yeni inkişaf mərhələsi

Azərbaycanın milli maraqlara əsaslanan çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ölkəni regional gücdən qlobal miqyaslı etibarlı strateji tərəfdaşa çevirib. Bu günlərdə dövlət başçısı İlham Əliyevin Dublində keçirilən "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısında iştirak

16 noyabr
.

Humanitar əməkdaşlıq Azərbaycan və Vyetnamı birləşdirən möhkəm körpü rolunu oynayır

70 illik tarixi olan Azərbaycan-Vyetnam münasibətlərinin strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycandan min kilometrlərlə uzaqda olan Cənub-Şərqi Asiya ölkəsi olan Vyetnamla Azərbaycan arasında indiyədək 30-dan çox sənəd imzalanıb. Bu müqavilələr nergetika, nəqliyyat və investisiyalarda

20 noyabr
.

Azərbaycan-Böyük Britaniya arasında əməkdaşlıq genişlənir

"Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi proseslərin sürətlə dəyişməsi, qlobal təhlükəsizlik çağırışlarının artması, iqtisadi əlaqələrin yeni məzmun qazanması dövlətlər arasında etibarlı və uzunmüddətli tərəfdaşlığın əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə Azərbaycanın müxtəli

17 noyabr
.

Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. AZƏRTAC-a istinadən müsahibəni təqdim edir:. - Hörmətli cənab Prezident, ikitərəfli əməkdaşlığın tarixində yeni mərhələnin başlanması ilə əlamətdar olacaq Vyetnama qarşıdakı rəsmi səfəriniz ərəfəsində Si

19 noyabr
.

Mehriban Əliyevadan Milli Dirçəliş Günü paylaşımı - Foto

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında 17 noyabr - Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

17 noyabr
.

Prezidentin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşıldı

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" paylaşımı təqdim edir:

19 noyabr