Azərbaycan-Mərkəzi Asiya əlaqələrində YENİ MƏRHƏLƏ: Ekspertdən AÇIQLAMA

Azərbaycan-Mərkəzi Asiya əlaqələrində YENİ MƏRHƏLƏ: Ekspertdən AÇIQLAMA"Azərbaycan Mərkəzi Asiya ölkələri ilə münasibətləri çox yüksək səviyyədə inkişaf etdirib. Bu ölkələr Azərbaycanın soydaşlarıdır. Tarixi, mədəni və siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və köklü tarixə malikdir. Hətta belə deyərdim ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə tariximizin qaranlıq bir səhifəsi olsa da, faktiki olaraq Sovet işğalı dönəmində də eyni məkanın bir parçasında yer alıb. Yəni bu ölkələr həm də keçmiş postsovet ölkələridir".

Bunu Sonxeber.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, bildirib ki, bu gün Mərkəzi Asiya ölkələri Türk birliyi çərçivəsində formalaşan yeni ittifaqın və yeni birliyin parçasıdırlar:

"Azərbaycan Mərkəzi Asiyaya həm siyasi, həm də iqtisadi baxımdan çox müsbət yanaşır və ortaq layihələrin icrasında hər zaman maraqlıdır. Bu gün də həmin layihələr davam etməkdədir. Birincisi, siyasi əlaqələr baxımından bu ölkələrlə münasibətlərimiz inkişaf edir. Həm ikitərəfli münasibətlər kontekstində, istərsə də təşkilatlar çərçivəsində çoxşaxəli əlaqələr inkişaf etməkdədir. Məsələn, Qazaxıstan, Azərbaycan, Özbəkistan və Qırğızıstan kimi ölkələrlə münasibətlərimiz əvvəldən yaxşı olub. Türkmənistanla bir qədər münasibətlərimiz neytral və müəyyən dövrdə soyuq olsa da, sonrakı mərhələlərdə qarşılıqlı dialoq və məsələlərin həlli istiqamətində atılan konstruktiv addımlarla faktiki olaraq müəyyən problemlər aradan qalxdı. Bu gün də iki ölkə rəhbərliyi arasında çox yüksək səviyyəli münasibətlər mövcuddur".

Politoloq bildirib ki, iqtisadi münasibətlərə gəldikdə isə, Mərkəzi Asiya ölkələri, məlum olduğu kimi, neft və qaz ehtiyatları baxımından böyük potensiala və resurslara sahibdir və bu resurslarını Qərbə çıxarmaqda maraqlıdırlar:

"Bunu daha çox Rusiya üzərindən edirdilər. Amma Azərbaycan Transxəzər layihəsi, eyni zamanda TANAP-TAP layihələri ilə faktiki olaraq enerji resurslarının Xəzər üzərindən Azərbaycana daşınması və Avropaya nəqli istiqamətində layihələr həyata keçirir. Təbii ki, biz həm də Zəngəzur yolundan danışırıq. Zəngəzur yolu təkcə kommunikasiyanın açılması deyil. Burada dəmir yolu, avtomobil yolu və eyni zamanda boru xətlərinin çəkilməsi də gələcək perspektivdə düşünülür. Mərkəzi Asiya ölkələri də faktiki olaraq bu layihələrdə yer alaraq Qərbə öz enerji ehtiyatlarını daha yüksək məbləğdə və daha gəlirli vasitələrlə göndərə bilərlər. Prinsipcə, biri var Rusiya kimi vasitəçi ölkə ilə, biri də var Azərbaycan kimi dost və qardaş ölkə ilə bunu həyata keçirəsən".

Onun sözlərinə görə, ümumiyyətlə, burada bir məsələ də var ki, Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil, amma Mərkəzi Asiya Ölkələri Şurasında, yəni bu təşkilatda özünəməxsus yerə sahibdir və yenə təsadüfi deyil ki, növbəti iclas Azərbaycanda baş tutacaqdır:

"Beynəlxalq təşkilatlarda hər zaman belə praktikalar olub. Yəni təşkilata üzv coğrafi baxımdan bir parça olmasa da, tarixi, mədəni və etnik köklərlə təşkilatların parçası ola bilər. Azərbaycanı da hesab edirəm ki, bu məqsədlə təşkilatda yer alır. Ən mühüm məqamlardan biri, şübhəsiz, bu təşkilata üzv olan ölkələrin dövlət başçılarının Azərbaycana və Azərbaycan Prezidentinə olan münasibətləridir. Ümumiyyətlə, Azərbaycan Prezidentinin spesifik xüsusiyyətlərindən biri yaxın və dost ölkələrlə təkcə dövlətlərarası deyil, şəxsi dostluq münasibətləri də qurmağı bacarmasıdır və bu, əslində, bizim çox böyük üstünlüyümüzdür. Çünki dəyişən siyasi konyunkturada dövlət başçılarının şəxsi əlaqələri, onların xarizmatik lider obrazı, eyni zamanda kommunikasiya bacarıqları və diplomatik gedişləri düzgün atması çox önəmli sayılır. Azərbaycan Prezidenti də bu məsələdə liderlər arasında seçilir və hörmət görə bilir. Hesab edirəm ki, bu təşkilatla əlaqələrimiz gələcək illərdə inkişaf edəcək və ortaq layihələr icra edəcəyik. Dediyim kimi, təşkilata üzv ölkələr Azərbaycanın dost və qardaş bildiyi ölkələrdir. Tarixi və mədəni bağlarımız var. Ən önəmlisi də bu gün iqtisadi və siyasi sahədə əlaqələrimiz yüksək səviyyədə inkişaf edir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 248   Tarix: 08 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

"Energetika sahəsi əməkdaşlığımızda xüsusi yer tutur". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə bildirib. Dövlətimizin başçısı qeyd edib: "Azərbaycan enerji resurslarının Mərkəzi Asiyada

8 oktyabr
.

Prezident: "Biz COP29 sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik"

"Biz COP29 sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik və onların problemlərini beynəlxalq aləmin diqqət mərkəzində saxlamağa çalışdıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Ficidə keçirilə

6 oktyabr
.

İlham Əliyev Türkmənbaşıda konsert proqramında - Video

Xəbər verdiyimiz kimi, bu gün Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev görüşdən sonra baş tutan konsert proqramında iştirak edib. Həmin görüntüləri təqdi

8 oktyabr
.

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib - Foto

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev tədbirdə çıxış edib. Prezident İlham Əliyevin çıxışı:. "Hörmətli Sərdar Qurbanquliyeviç

8 oktyabr
.

Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar

Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanın 2026-cı ildə bu quruma sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlə

8 oktyabr
.

İlham Əliyevin Türkmənistan səfəri: Azərbaycan Mərkəzi Asiya ilə əməkdaşlığın yeni mərhələsini formalaşdırır

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri ölkəmizin Mərkəzi Asiya istiqamətində həyata keçirdiyi fəal və məqsədyönlü xarici siyasətin növbəti mühüm göstəricisidir. Dövlət başçısının Türkmənbaşı şəhərinə səfəri Azərbaycanla Mərkəzi Asiya ölkələri arasınd

8 oktyabr
.

Ərazi bütövlüyü və daxili işlərə qarışmamaq kimi beynəlxalq hüququn təməl prinsiplərinə söykənən münasibətlərqarşılıqlı dəstəklə müşayiət olunur

"Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət görüşündə səsləndirilən fikirlər Bakı və Aşqabad arasında strateji dialoqun keyfiyyətcə yeni müstəviyə keçdiyini nümayiş etdirir. Siyasi-hüquqi baxımdan bu çıxış tərəflərin ikitərəfli müqavilə-hüquq bazasın

8 oktyabr
.

Ermənistan tərəfi Azərbaycan hərbçisini Bakıya qaytaracaqmı?

"Ermənistanda saxlanılan Azərbaycan hərbçisinin yaxın vaxtlarda heç bir qarşılıqlı addım gözlənilmədən, "xoşməramlı jest" kimi Bakıya təhvil verilməsi ehtimalı var". Ermənistan mediasına istinadən xəbər verir ki, bu fikri erməni vəkil Ovannes Xudoyan irəli sürüb. Hüquqşünasın sözlərin

7 oktyabr
.

HƏMAS terror təşkilatının İsrailə hücumundan 3 il ötür

Bu gün - 7 oktyabr 2026-cı il - HƏMAS terror təşkilatının 7 oktyabr 2023-cü ildə İsrailə qarşı həyata keçirdiyi hücumdan üç il ötür. Həmin gün İsrailin cənubuna təşkil edilən hücum nəticəsində təxminən 1 200 nəfər öldürülüb, 251 nəfər isə girov götürülüb. Hadisə İsrail tarixinin ən ağır günlərindən bir

7 oktyabr