Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü"Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın inkişafı, qarşılıqlı əlaqələrin genişləndirilməsi və gələcək birgə layihələr barədə fikirlərini bildirib". Bu sözləri Sonxeber.az-a açıqlamasında millət vəkili Ülviyyə Həmzəyeva bildirib.
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşüOnun sözlərinə görə, prezident İlham Əliyev qeyd edib ki, ötən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü olub: "Bu tarixi qərarın Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin daha da möhkəmlənməsinə yeni imkanlar yaratdığı vurğulanıb. Dövlət başçısı Azərbaycanın bu formatda tamhüquqlu iştirakı təşəbbüsündə Türkmənistanın və Qurbanqulu Berdiməhəmmədovun xüsusi rolunu qeyd edib.

Çıxış zamanı Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik inkişaf etdiyi bildirilib. Həmçinin Füzuli şəhərində Türkmənistanın təşəbbüsü ilə məscidin tikilməsi iki xalq arasında dostluğun və mənəvi yaxınlığın mühüm nümunəsi kimi qiymətləndirilib.

Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstəyi də xüsusi qeyd edib. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi qardaş ölkələrin Azərbaycana həmrəyliyinin göstəricisi kimi dəyərləndirilib.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə siyasi, iqtisadi və ticarət əlaqələrinin əhəmiyyətli dərəcədə genişləndiyi diqqətə çatdırılıb. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artdığı, ölkəmizdə həmin dövlətlərin kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərdiyi bildirilib. Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradaraq iqtisadi əməkdaşlığın yeni mərhələsinə qədəm qoyub.

Görüşdə nəqliyyat və logistika sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Xəzər dənizi, nəqliyyat infrastrukturu və Orta Dəhliz Azərbaycanla Mərkəzi Asiyanı beynəlxalq bazarlarla birləşdirən mühüm vasitələr kimi qeyd edilib. Orta Dəhliz üzrə yükdaşımaların həcminin artması bu marşrutun beynəlxalq əhəmiyyətinin getdikcə yüksəldiyini göstərir.

Energetika sahəsində əməkdaşlığın da genişləndirildiyi bildirilib. Azərbaycanın Mərkəzi Asiyadan enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında mühüm tranzit rolunu oynadığı, Türkmənistan və Qazaxıstandan neftin Azərbaycan ərazisi vasitəsilə nəql edildiyi qeyd olunub. Bundan əlavə, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında bərpaolunan enerji və yaşıl enerji dəhlizinin yaradılması istiqamətində əməkdaşlıq davam etdirilir.

Görüş çərçivəsində müxtəlif sənədlərin imzalanması Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında çoxşaxəli əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. İmzalanan sənədlər qarşılıqlı əlaqələrin yeni istiqamətlər üzrə genişləndirilməsinə və birgə layihələrin həyata keçirilməsinə xidmət edir.

Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın genişlənməsi regionda iqtisadi inkişafın, nəqliyyat əlaqələrinin, enerji təhlükəsizliyinin və qarşılıqlı siyasi etimadın möhkəmlənməsinə mühüm töhfə verir. Bu əməkdaşlıq formatı gələcəkdə də ölkələr arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da güclənməsinə xidmət edəcək".

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 167   Tarix: 09 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar

Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanın 2026-cı ildə bu quruma sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlə

8 oktyabr
.

İlham Əliyev Türkmənbaşıda konsert proqramında - Video

Xəbər verdiyimiz kimi, bu gün Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev görüşdən sonra baş tutan konsert proqramında iştirak edib. Həmin görüntüləri təqdi

8 oktyabr
.

Azərbaycan MDB məkanında aparıcı dövlətə çevrilib

Azərbaycanın apardığı çoxvektorlu və balanslı xarici siyasət bu gün ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun, etimadın və etibarlılığın əsas dayağına çevrilib. Son günlərdə Prezident İlham Əliyevin iştirak etdiyi beynəlxalq və regional təşkilatların tədbirləri bu siyasətin növbəti təzahürü kim

9 oktyabr
.

Ermənistan tərəfi Azərbaycan hərbçisini Bakıya qaytaracaqmı?

"Ermənistanda saxlanılan Azərbaycan hərbçisinin yaxın vaxtlarda heç bir qarşılıqlı addım gözlənilmədən, "xoşməramlı jest" kimi Bakıya təhvil verilməsi ehtimalı var". Ermənistan mediasına istinadən xəbər verir ki, bu fikri erməni vəkil Ovannes Xudoyan irəli sürüb. Hüquqşünasın sözlərin

7 oktyabr
.

Prezident: "Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"

"2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədiyiniz üçün minnətdarlığımı bildirmək istəyirəm. Biz bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər

9 oktyabr
.

Ərazi bütövlüyü və daxili işlərə qarışmamaq kimi beynəlxalq hüququn təməl prinsiplərinə söykənən münasibətlərqarşılıqlı dəstəklə müşayiət olunur

"Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət görüşündə səsləndirilən fikirlər Bakı və Aşqabad arasında strateji dialoqun keyfiyyətcə yeni müstəviyə keçdiyini nümayiş etdirir. Siyasi-hüquqi baxımdan bu çıxış tərəflərin ikitərəfli müqavilə-hüquq bazasın

8 oktyabr
.

Əməkdaşlıq və qarşılıqlı hörmətin yeni mərhələsi

Azərbaycanın MDB ilə əməkdaşlığı artıq üç onillikdən çox tarixə malikdir. Bu dövr ərzində ölkəmiz təşkilat çərçivəsində siyasi dialoqun davam etdirilməsində, iqtisadi əlaqələrin genişləndirilməsində və humanitar münasibətlərin inkişafında fəal iştirak edib. Azərbaycanın regional və beynəlxalq siyasətd

9 oktyabr
.

Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək

Azərbaycanın Orta Dəhlizdəki strateji mövqeyi Mərkəzi Asiya ölkələri ilə logistika əməkdaşlığının genişləndirilməsi və Avropa İttifaqının bu marşruta artan marağı fonunda daha da möhkəmlənir. Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər Mərkəzi Asiya dövlətləri ilə nəqliyyat və logistika əlaqələrini

8 oktyabr
.

"Mənim təşəbbüsümlə Trampı Nobel Sülh Mükafatına birgə namizəd göstərmişik"

"Prezident Donald Tramp 8 avqust 2025-ci ildə ev sahibliyi etdiyi Vaşinqton Sülh Zirvəsində Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasında tarixi rol oynayıb". "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin "X" sosial şəbəkəsindəki səhifəsind

9 oktyabr