"Azərbaycanla Mərkəzi Asiya arasında əməkdaşlığın əsas istiqamətlərindən biri Xəzər üzərindən əməkdaşlıqdır" - Könül Nurullayeva

"Azərbaycanla Mərkəzi Asiya arasında əməkdaşlığın əsas istiqamətlərindən biri Xəzər üzərindən əməkdaşlıqdır" - Könül Nurullayeva"Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri, Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı əlaqələrin yüksək səviyyədə inkişafını göstərir. Bakı-Aşqabad münasibətlərinin son dövrdə sürətlə intensivləşməsi təsadüfi deyil. Ötən dövrdə iki ölkə arasında yüksək səviyyəli təmasların sayı artıb, siyasi dialoqla yanaşı iqtisadi, enerji, nəqliyyat və humanitar əməkdaşlıq istiqamətləri də genişlənib". Bu sözləri Sonxeber.az-a açıqlamasında millət vəkili Könül Nurullayeva bildirib.
"Azərbaycanla Mərkəzi Asiya arasında əməkdaşlığın əsas istiqamətlərindən biri Xəzər üzərindən əməkdaşlıqdır" - Könül NurullayevaOnun sözlərinə görə, məlum olduğu kimi, cari ilin iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri zamanı geniş əməkdaşlıq gündəliyi müzakirə edilmiş, bir sıra sənədlər imzalanmışdı: "Bu gün isə Prezient İlham Əliyevin Türkmənistana işgüzar səfəri çərçivəsində keçirilən görüşlər Azərbaycanın Mərkəzi Asiya siyasətinin daha geniş regional strategiyaya çevrildiyini göstərir. Yeri gəlmişkən, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv kimi qoşulması 2025-ci ildə qəbul edilmiş mühüm siyasi qərarlardan biri idi. Digər Mərkəzi Asiya ölkələri kimi, Türkmənistan da bu qərarın qəbulunda fəal dəstək göstərən ölkələrdən olub. Bu baxımdan Azərbaycanın tamhüquqlu üzv kimi Türkmənbaşıda keçirilən 8-ci Məşvərət görüşündə iştirakı xüsusi əhəmiyyət daşıyır. Görüşdə Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentlərinin iştirakı ilə sənədlər imzalandı. Tərəflər "Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı"nı və Məşvərət görüşünün tənzimləyici sənədlərinə dair qərarı qəbul ediblər.

Azərbaycanla Mərkəzi Asiya arasında əməkdaşlığın əsas istiqamətlərindən biri Xəzər üzərindən əməkdaşlıqdır. Azərbaycanla bəzi Mərkəzi Asiya ölkələri Xəzəryanı dövlət kimi Avropa ilə Asiya arasında mühüm bağlantı imkanlarına malikdirlər. Bu baxımdan Azərbaycan-Türkmənistan münasibətlərində nəqliyyat və enerji məsələləri xüsusi əhəmiyyət kəsb edir. Türkmənistan rəhbərliyi də Azərbaycanla görüşlərdə Transxəzər nəqliyyat marşrutlarının, Xəzər və Qara dəniz regionlarını birləşdirən dəhlizlərin inkişafını prioritet istiqamət kimi qeyd edib.

Azərbaycan üçün isə Mərkəzi Asiya ilə əlaqələrin gücləndirilməsi ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat bağlantılarındakı rolunu daha da möhkəmləndirir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Transxəzər marşrutu kimi layihələr Azərbaycanı Mərkəzi Asiyanın dünya bazarlarına çıxışında mühüm tranzit tərəfdaşlardan birinə çevirir.

Azərbaycan və Türkmənistanın enerji potensialı da ikitərəfli münasibətlərin strateji xarakterini müəyyən edən əsas amillərdəndir. Hər iki ölkənin Xəzər regionunda yerləşməsi enerji resurslarının istehsalı ilə yanaşı onların dünya bazarlarına çatdırılması məsələsini də ön plana çıxarır. Bu kontekstdə enerji sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması da təsdüfi deyil".

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 231   Tarix: 09 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar

Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanın 2026-cı ildə bu quruma sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlə

8 oktyabr
.

İlham Əliyev Türkmənbaşıda konsert proqramında - Video

Xəbər verdiyimiz kimi, bu gün Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev görüşdən sonra baş tutan konsert proqramında iştirak edib. Həmin görüntüləri təqdi

8 oktyabr
.

Azərbaycan MDB məkanında aparıcı dövlətə çevrilib

Azərbaycanın apardığı çoxvektorlu və balanslı xarici siyasət bu gün ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun, etimadın və etibarlılığın əsas dayağına çevrilib. Son günlərdə Prezident İlham Əliyevin iştirak etdiyi beynəlxalq və regional təşkilatların tədbirləri bu siyasətin növbəti təzahürü kim

9 oktyabr
.

Ermənistan tərəfi Azərbaycan hərbçisini Bakıya qaytaracaqmı?

"Ermənistanda saxlanılan Azərbaycan hərbçisinin yaxın vaxtlarda heç bir qarşılıqlı addım gözlənilmədən, "xoşməramlı jest" kimi Bakıya təhvil verilməsi ehtimalı var". Ermənistan mediasına istinadən xəbər verir ki, bu fikri erməni vəkil Ovannes Xudoyan irəli sürüb. Hüquqşünasın sözlərin

7 oktyabr
.

Prezident: "Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"

"2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədiyiniz üçün minnətdarlığımı bildirmək istəyirəm. Biz bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər

9 oktyabr
.

Ərazi bütövlüyü və daxili işlərə qarışmamaq kimi beynəlxalq hüququn təməl prinsiplərinə söykənən münasibətlərqarşılıqlı dəstəklə müşayiət olunur

"Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət görüşündə səsləndirilən fikirlər Bakı və Aşqabad arasında strateji dialoqun keyfiyyətcə yeni müstəviyə keçdiyini nümayiş etdirir. Siyasi-hüquqi baxımdan bu çıxış tərəflərin ikitərəfli müqavilə-hüquq bazasın

8 oktyabr
.

Əməkdaşlıq və qarşılıqlı hörmətin yeni mərhələsi

Azərbaycanın MDB ilə əməkdaşlığı artıq üç onillikdən çox tarixə malikdir. Bu dövr ərzində ölkəmiz təşkilat çərçivəsində siyasi dialoqun davam etdirilməsində, iqtisadi əlaqələrin genişləndirilməsində və humanitar münasibətlərin inkişafında fəal iştirak edib. Azərbaycanın regional və beynəlxalq siyasətd

9 oktyabr
.

Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək

Azərbaycanın Orta Dəhlizdəki strateji mövqeyi Mərkəzi Asiya ölkələri ilə logistika əməkdaşlığının genişləndirilməsi və Avropa İttifaqının bu marşruta artan marağı fonunda daha da möhkəmlənir. Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər Mərkəzi Asiya dövlətləri ilə nəqliyyat və logistika əlaqələrini

8 oktyabr
.

"Mənim təşəbbüsümlə Trampı Nobel Sülh Mükafatına birgə namizəd göstərmişik"

"Prezident Donald Tramp 8 avqust 2025-ci ildə ev sahibliyi etdiyi Vaşinqton Sülh Zirvəsində Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasında tarixi rol oynayıb". "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin "X" sosial şəbəkəsindəki səhifəsind

9 oktyabr