Azərbaycan ilə Mərkəzi Asiya ölkələri ticarət, nəqliyyat və tranzit əlaqələrini möhkəmləndirir

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri ticarət, nəqliyyat və tranzit əlaqələrini möhkəmləndirir"Prezident İlham Əliyevin Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı və perspektivlərin müzakirəsi müasir dövrdə ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Son illərdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında nəqliyyat əlaqələri sadəcə regional əməkdaşlığın bir istiqaməti deyil, Avrasiya ticarətinin yeni coğrafiyasını formalaşdıran strateji amilə çevrilib. Xəzər dənizinin qərb sahilində yerləşən Azərbaycan Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa bazarları ilə birləşdirən əsas tranzit halqalardan biridir. Bu prosesin mərkəzində isə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) dayanır".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov bildirib.

"2025-ci ildə Şərq-Qərb nəqliyyat dəhlizi üzrə Azərbaycandan 16,91 milyon ton yük daşınıb. Bunun 8,17 milyon tonu Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin payına düşüb. Eyni ildə Şimal-Cənub dəhlizi ilə 9,29 milyon ton yük daşınıb. Bu rəqəmlər Azərbaycanın beynəlxalq nəqliyyat sistemində çoxdəhlizli tranzit mərkəzinə çevrildiyini göstərir. Orta Dəhlizin dəmir yolu seqmenti təxminən 4256 kilometr, Xəzər üzərindən dəniz seqmenti isə təxminən 508 kilometrdir. Orta Dəhliz üzrə Çin-Avropa marşrutunun məsafəsi təxminən 8000-10 000 kilometr, tranzit müddəti isə 12-18 gün qiymətləndirilir. Müqayisə üçün, Süveyş marşrutu təxminən 20 min kilometrdir və tranzit müddəti 30-45 günə qədər çata bilər. Bu üstünlük Azərbaycanın rolunu xüsusilə artırır. Çünki Mərkəzi Asiyadan gələn yük Xəzərin şərq sahilindən Azərbaycan limanlarına çatdıqdan sonra Bakı-Tbilisi-Qars dəmir yolu və digər multimodal bağlantılar vasitəsilə Türkiyə və Avropa istiqamətində hərəkət edə bilir.

2025-ci ildə Azərbaycandakı nəqliyyat dəhlizləri üzrə dəmir yolu ilə 14,26 milyon ton, avtomobil nəqliyyatı ilə 11,05 milyon ton, dəniz nəqliyyatı ilə isə 7,23 milyon ton yük daşınıb. Dəmir yolu yüklərinin 46,2 faizi, avtomobil daşımalarının 42,3 faizi, dəniz daşımalarının isə 93,3 faizi tranzit yüklərdən ibarət olub. Bu göstəricilər tranzitin Azərbaycan nəqliyyat sistemindəki çəkisinin nə qədər yüksək olduğunu ortaya qoyur: "2026-cı ilin ilk yarısında da artım dinamikası davam edib. Yanvar-iyun aylarında Şərq-Qərb dəhlizi üzrə 9,21 milyon ton, o cümlədən Avropa-Qafqaz-Asiya dəhlizi üzrə 4,6 milyon ton yük daşınıb. Həmin dövrdə dəmir yolu ilə 7,59 milyon ton, avtomobil nəqliyyatı ilə 5,7 milyon ton, dəniz nəqliyyatı ilə isə 3,37 milyon ton yük daşınıb. Bu rəqəmlər statistik göstəricilər olmaqla yanaşı, Mərkəzi Asiya ilə Azərbaycan arasındakı nəqliyyat və tranzit əlaqələrinin nə qədər əhəmiyyətli olduğunu, region dövlətlərinin ticarət əlaqələrini möhkəmləndirdiyini də göstərir. Bununla yanaşı, Asiya ilə Avropanın Azərbaycan üzərindən iqtisadi-ticarət əlaqələrinin inkişafını da ortaya qoyur. Bu baxımdan Azərbaycanın tranzit infrastrukturunu diqqətdən kənarda qoymaq olmaz. Azərbaycan Prezidentinin təşəbbüsü və siyasi iradəsi ilə böyük sərmayələr qoyularaq Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi və Bakı Beynəlxalq Ticarət Limanının rekonstruksiya edilməsi bu gün Azərbaycana öz bəhrəsini verir.

Orta Dəhlizin üstünlüklərindən biri Xəzər dənizində mühüm logistika qovşağına malik olmasıdır. Mərkəzi Asiyadan gələn yüklər əsasən Qazaxıstanın Aktau və Kurık, Türkmənistanın Türkmənbaşı limanları istiqamətindən Xəzəri keçərək Bakı limanına daxil olur. Azərbaycan Orta Dəhlizin yalnız tranzit ərazisi deyil, həm də müxtəlif nəqliyyat növlərinin birləşdiyi logistika platforması funksiyasını yerinə yetirir. Avropa İttifaqının 2026-cı ilin fevralında açıqladığı araşdırmaya görə, Trans-Xəzər marşrutu üzrə ticarət 2022-ci ildən etibarən dörd dəfə artıb və düzgün investisiyalar həyata keçirildiyi təqdirdə 2030-cu ilə qədər daha üç dəfə artırıla bilər. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə qarşılıqlı əlaqələrdə inkişafın növbəti mərhələsinə keçid üçün yollar müzakirə olunaraq qərarlar qəbul ediləcək".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 282   Tarix: 09 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ramzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. xəbər verir ki, Azərbaycan Prezidenti və Çeçenistan başçısı "Bakı Ağ Şəhər"də olublar. Səfər zamanı İlham Əliyev və Ramzan Kadırov birgə naha

10 oktyabr
.

Türkmənbaşı şəhərində İlham Əliyevin Məsud Pezeşkianla görüşü keçirilib - Foto

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilib. bu barədə AZƏRTAC-a istinadən xəbər verir. Görüşlə bağlı videonu Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

9 oktyabr
.

Azərbaycan regionlararası ticarət əlaqələrinin əsas logistika qovşaqlarından birinə çevriləcək

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişləndirilməsi xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu siyasət çərçivəsində region ölkələri ilə siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi və çoxtərəfli əməkdaşlıq mexanizmlərind

8 oktyabr
.

Japarov MDB liderlərini Qırğızıstana dəvət etdi

Qırğızıstan Prezidenti Sadır Japarov MDB çərçivəsində ticari-iqtisadi, investisiya və istehsalat əməkdaşlığının, eləcə də energetika, nəqliyyat, logistika və rəqəmsal iqtisadiyyat sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsinin vacibliyini qeyd edib. "Report"a istinadən xəbər veri

9 oktyabr
.

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib - Video

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib. həmin paylaşımı təqdim edir:

10 oktyabr
.

Prezidentin Türkmənistan səfərindən - Görüntülər - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. Həmin paylaşımı təqdim edirik:

8 oktyabr
.

Şahbaz Şərif Azərbaycandan xidmətlə bağlı dəstək istədi, İlham Əliyev razılıq verdi

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə telefon danışığı zamanı Azərbaycanın "ASAN xidmət" modeli əsasında İslamabadda yaradılmış xidmət mərkəzinin fəaliyyətindən məmnunluğunu bildirib. xəbər verir ki, Şahbaz Şərif bu təcrübənin Pakistanın digər bölgələrində d

10 oktyabr
.

Prezident: "Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"

"2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədiyiniz üçün minnətdarlığımı bildirmək istəyirəm. Biz bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər

9 oktyabr
.

İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən digər dövlət və hökumət başçıları "Avaza" Kompleksində iştirakçı ölkələrin milli stendləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan stendində mill

9 oktyabr