İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da "Bakı Ağ Şəhər"də olublar.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, "Bakı Ağ Şəhər" layihəsinin icraçı direktoru Ruslan Sadıxov Rusiyanın Çeçenistan Respublikasının başçısına burada yaradılmış şərait barədə məlumat verib.
Qeyd olunub ki, bura əvvəllər "Qara şəhər" kimi tanınıb. 150 ildən çox müddətdə neft sənayesi tullantıları ilə çirklənmiş və vaxtilə çoxsaylı neft gölməçələrinin olduğu bu ərazidə Azərbaycan Prezidentinin təşəbbüsü ilə dünya miqyasında nadir ekoloji layihə icra olunaraq, müasir yaşayış massivi yaradılıb.
Dünyada müasir şəhərsalma konsepsiyanın ən parlaq nümunələrindən biri olan "Bakı Ağ Şəhər" layihəsinin icrasına Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2011-ci il dekabrın 24-də başlanılıb.
Layihə ekoloji cəhətdən təmiz, dayanıqlı və "ağıllı şəhər" prinsipləri əsasında hazırlanıb. "Bakı Ağ Şəhər"də geniş daxili küçələr, yaşıllıq sahələri, müasir beynəlxalq heykəltaraşlıq nümunələri yaradılıb və şəhərsalmanın ən son yenilikləri tətbiq olunub.










Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 230 Tarix: 10 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan çoxtərəfli əməkdaşlıq platformalarının fəal aktorudur
Müasir dövrdə beynəlxalq münasibətlər sistemi sürətlə dəyişir, qlobal miqyasda yeni çağırışlar formalaşır. Bu proseslər fonunda regional əməkdaşlıq formatlarının rolu daha da artır, xüsusilə Müstəqil Dövlətlər Birliyi kimi çoxtərəfli platformalar sabitlik, qarşılıqlı etimad və birgə tərəqqinin təminind
9 oktyabrRamzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal
Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. xəbər verir ki, Azərbaycan Prezidenti və Çeçenistan başçısı "Bakı Ağ Şəhər"də olublar. Səfər zamanı İlham Əliyev və Ramzan Kadırov birgə naha
10 oktyabrAzərbaycan-Mərkəzi Asiya münasibətlərində yeni mərhələ
"Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşü Azərbaycan ilə region ölkələri arasında münasibətlərin artıq ənənəvi ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq strateji tərəfdaşlıq müstəvisinə keçdiyini göstərir. Görüşdə qəbul edilə
9 oktyabrAzərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir
"Prezident İlham Əliyevin Türkmənistanda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı bu regionun dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi, həm ikitərəfli formatda, həm də ümumilikdə Mərkəzi Asiya kontekstində münasibətlərin inkişaf etdirilməsi baxımında
9 oktyabr