Bəhruz Quliyev: Azərbaycan-Türkiyə münasibətlərində qardaşlıq qarşılıqlı hörmətə və suverenliyə ehtirama əsaslanmalıdır

Bəhruz Quliyev: Azərbaycan-Türkiyə münasibətlərində qardaşlıq qarşılıqlı hörmətə və suverenliyə ehtirama əsaslanmalıdırAzərbaycan-Türkiyə münasibətləri tarixi qardaşlığa, ortaq milli-mənəvi dəyərlərə və strateji müttəfiqliyə söykənir. Bu münasibətlərin gücü yalnız ortaq tariximizdə deyil, həm də bir-birimizin dövlətçilik maraqlarına, suveren hüquqlarına və milli seçimlərinə hörmətlə yanaşmağımızdadır. Məhz buna görə də Azərbaycanın məktəblərdə vahid geyim qaydalarını tətbiq etməsi ətrafında yaradılan süni gərginlik və bu qərarın dinə təzyiq kimi təqdim olunması təəssüf doğurur.

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Sonxeber.az-a açıqlamasında bildirib.
Bəhruz Quliyev: Azərbaycan-Türkiyə münasibətlərində qardaşlıq qarşılıqlı hörmətə və suverenliyə ehtirama əsaslanmalıdırEkspert qeyd edib ki, Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır və Konstitusiyamız dini etiqad azadlığını təmin edir. Lakin dini azadlıq prinsipi dövlətin qanunlarına, təhsil siyasətinə və məktəblərdə müəyyən edilmiş vahid qaydalara hörmətlə yanaşılmasını istisna etmir. Məktəb geyimi dini qarşıdurma predmetinə çevrilməməli, təhsil prosesinin təşkili ilə bağlı məsələlər siyasi təzyiq və qarşılıqlı ittiham vasitəsinə çevrilməməlidir.

Bəhruz Quliyev vurğulayıb ki, Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın bu məsələ ilə bağlı açıqlaması, eləcə də bəzi şəxslərin sosial şəbəkələrdə Azərbaycanda guya dinə qarşı mübarizə aparıldığı barədə təbliğat yayması narahatlıq doğurur. Ankarada səfirliyimizin, İstanbulda isə konsulluğumuzun qarşısında aksiyaların keçirilməsi də məsələnin mahiyyətindən uzaqlaşdırılaraq emosional və siyasi müstəviyə daşınması riskini artırır.

Qardaşlıq bir-birinin daxili işlərinə təzyiq göstərmək deyil, qarşılıqlı hörmət və etimadı qorumaqdır. Türkiyədəki qardaşlarımızın həssas məsələlərə münasibətdə faktlara, sağlam mühakiməyə və Azərbaycanın dövlətçilik maraqlarına hörmət prinsipinə əsaslanması vacibdir. Hər hansı qərarla bağlı fikir ayrılığı yarandıqda, onu ictimai təzyiq və ittihamlarla deyil, qarşılıqlı anlaşma və dialoq yolu ilə müzakirə etmək daha doğru yanaşmadır.

Azərbaycan və Türkiyə bir millətin iki dövlətidir. Dövlətlərimizin strateji müttəfiqliyi emosional çağırışlardan daha güclü siyasi iradəyə, qarşılıqlı etimada və ortaq maraqlara əsaslanır. Buna görə də iki ölkəni üz-üzə qoyan, cəmiyyətlər arasında şübhə və narazılıq yaratmağa xidmət edən yanaşmalara imkan verilməməlidir.

Qardaşlığımızın əsas şərti aydındır: ortaq dəyərlərimizə sadiqlik, bir-birimizin suverenliyinə hörmət və milli maraqlarımıza anlayışla yanaşmaq. Azərbaycan-Türkiyə münasibətlərinin ruhu da, gələcəyi də məhz bu prinsiplərin qorunmasından keçir - deyə Bəhruz Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 181   Tarix: 15 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Emoməli Rəhmon ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliy

14 oktyabr
.

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriba

14 oktyabr
.

Prezident: "BMT-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək"

"BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliye

15 oktyabr
.

Türkiyə Ermənistanda keçiriləcək tədbirə qatılacaq

"BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Türkiyənin nazirlər səviyyəsində iştirak edəcəyi məlumdur. Lakin Azərbaycanın bu tədbirə qatılıb-qatılmayacağı barədə rəsmi təsdiqini tapmış hər hansı bir məlumat hələ ki, mövcud deyil". -ın Ermənista

15 oktyabr
.

Qardaşlığa qarşı informasiya savaşı: Türkiyədə Azərbaycana yönələn hücumların arxasında nə dayanır?

Türkiyənin sosial media məkanında Azərbaycana qarşı son günlər müşahidə olunan qərəzli paylaşımlar, ictimai nüfuza malik şəxslərin səsləndirdiyi ittihamlar, siyasi dairələrdən gələn mübahisəli açıqlamalar və Azərbaycan səfirliyi qarşısında keçirilən aksiyalar artıq sadəcə sosial şəbəkə mübahisəsi kim

15 oktyabr
.

İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın inkişaf yolu, tarixi Zəfəri və yeni geosiyasi reallıqları

2003-cü il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin müasir siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Həmin tarixdən ötən 23 il ərzində Azərbaycan dövlət quruculuğu, iqtisadi inkişaf, ordu quruculuğu, xarici siyasət və ərazi bütövlüyünün təmin olunmas

14 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr
.

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

Laos Xalq Demokratik Respublikası üzv dövlət qismində AQEM-ə qoşulub. AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məsələ AQEM-in 7-ci Zirvə Toplantısının gündəliyinə daxil edilib. Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib

15 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərinə kölgə salan kampaniyaların pərdəarxası

Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, milli yaddaş, qarşılıqlı etimad və çətin günlərdə nümayiş etdirilən həmrəylik dayanır. Məhz buna görə də Türkiyənin sosial media məkanında Azərbaycana qarş

15 oktyabr