Azərbaycanda əmanətlərin sığortalanması qaydaları dəyişir - Yeni mexanizm hazırlanır - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda bank əmanətlərinin sığortalanması mexanizminin dəyişdirilməsi nəzərdə tutulur. Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə oktyabrın 15-də bildirib ki, qorunan əmanətlər üzrə maksimal faiz həddinin bazardakı depozit faizlərinə uyğun olaraq dinamik müəyyənləşdirilməsi üçün yeni metodologiya hazırlanır.
Hazırda manatla qorunan əmanətlər üzrə illik faiz həddinin 12 faiz təşkil etdiyi bildirilir. Yeni yanaşmanın banklar arasında rəqabətə və əmanətçilərin seçim imkanlarına necə təsir edəcəyi isə diqqət doğuran məsələlərdəndir.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, əmanətlərin sığortalanması mexanizminin yenilənməsi ilk növbədə əmanətçilərin hüquqlarının daha etibarlı qorunmasına və bank sektoruna inamın möhkəmləndirilməsinə xidmət etməlidir. Burada əsas məsələ yalnız sığortalanma qaydalarının dəyişdirilməsi deyil, həm də əmanətçinin hansı hallarda, hansı məbləğdə və nə qədər müddət ərzində öz vəsaitini geri ala biləcəyinin aydın şəkildə müəyyən edilməsidir.
Onun sözlərinə görə, yeni mexanizmin əmanətçilərin hüquqlarına necə təsir göstərəcəyi onun konkret şərtlərindən asılı olacaq: "Əgər sığorta təminatının əhatə dairəsi genişləndirilərsə, kompensasiya mexanizmi sadələşdirilərsə və ödəniş müddətləri qısaldılarsa, bu, vətəndaşların maraqlarının qorunması baxımından müsbət addım olar. Əksinə, müəyyən əmanət növləri üzrə təminatın məhdudlaşdırılması və ya şərtlərin mürəkkəbləşdirilməsi əmanətçilər üçün əlavə risklər yarada bilər. Əmanət yerləşdirən şəxslər ilk növbədə əmanətin hansı şərtlərlə sığortalandığına diqqət yetirməlidirlər. Bankın Əmanətlərin Sığortalanması Fondunun iştirakçısı olub-olmaması, əmanətin illik faiz dərəcəsinin sığortalanma meyarlarına uyğunluğu, sığortanın əhatə etdiyi məbləğ və kompensasiyanın ödənilməsi qaydaları mütləq araşdırılmalıdır. Yüksək faiz gəliri vəd edən əmanət həmişə daha sərfəli seçim demək deyil.
Əgər həmin əmanət sığorta təminatına düşmürsə, bankın müflisləşməsi zamanı vətəndaşın vəsaitini geri qaytarması çətinləşə bilər.
Digər mühüm məqam əmanətlərin bir bankda cəmləşdirilməsi ilə bağlıdır. Vətəndaşın əmanəti sığorta limitini aşırsa, vəsaitin müxtəlif banklar arasında bölüşdürülməsi risklərin azaldılmasına kömək edə bilər. Bununla yanaşı, əmanətin müddəti, vaxtından əvvəl çıxarılması zamanı tətbiq edilən şərtlər və faiz gəlirlərinin hesablanması qaydaları da nəzərə alınmalıdır.
Ümumilikdə, yeni mexanizmin effektivliyi əmanətçilərə hansı təminatların verilməsindən, qaydaların nə dərəcədə şəffaf olmasından və kompensasiya ödənişlərinin operativ həyata keçirilməsindən asılıdır. Əsas məqsəd vətəndaşın bank sisteminə etimadını artırmaq, onun yığdığı vəsaitin qorunmasını təmin etmək və banklar arasında sağlam rəqabəti təşviq etmək olmalıdır. Yeni qaydalar qəbul edilərkən əmanətçilərin hüquqları zəiflədilməməli, əksinə, onların maliyyə təhlükəsizliyi daha etibarlı təmin edilməlidir".
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Narı dənələri ilə yemək olar? - Qastroenteroloqdan CAVAB
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Pomidor haqqında bilmədiyiniz on iki maraqlı fakt
Ərdoğandan təbrik mesajı: "Qardaşım İlham Əliyevlə kədər və sevincdə bərabərik" - Foto
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Mələkxanım Eyubovanın ailəsində ağır itki
Suya 3 qaşıq əlavə edin, dabanlarınız yumşalsın
Alimlər ən bədbəxt nəsli müəyyən etdilər: artıq xoşbəxt mərhələ deyil
Prezident onları təltif etdi - Siyahı