Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
Ev insanın dincəldiyi və güc topladığı məkan olmalıdır. Lakin gündəlik həyatda diqqət yetirmədiyimiz bəzi əşyalar və şərait rahatlaşmağımıza mane ola bilər. Dağınıqlıq, səs-küy və həddindən artıq parlaq işıq bunların sırasındadır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 8886 nəfərin iştirak etdiyi araşdırmada ev şəraitinin xüsusiyyətləri ilə narahatlıq səviyyəsi arasında əlaqə müəyyənləşdirilib. Buraya səs-küy, işıqlandırma və insanın özünü təhlükəsiz hiss etməsi də daxildir.
Dağınıqlıq yarımçıq işləri xatırladır
Masanın üzərində yığılan əşyalar, stullara atılan paltarlar və yerinə qoyulmayan kağızlar daim göz önündə olur. Belə bir mənzərə görüləsi işləri xatırladaraq rahatlaşmağı çətinləşdirə bilər.
Kaliforniya Universitetinin Los-Anceles kampusunda aparılan araşdırmada da evdəki dağınıqlığın necə qəbul edilməsi ilə stress göstəriciləri arasında əlaqə aşkarlanıb. "Journal of Environmental Psychology" jurnalında 2025-ci ildə dərc olunan başqa bir tədqiqatda isə evdə daha çox dağınıqlıq psixoloji rifahın daha aşağı olması ilə əlaqələndirilib.
Bunun üçün bütün evi bir gündə təmizləmək lazım deyil. Əvvəlcə daim gözünüzün qarşısında olan masa, rəf və digər səthləri səliqəyə salmaqla başlaya bilərsiniz.
Axşam saatlarında parlaq işıq
Axşam həddindən artıq parlaq işıq orqanizmin istirahətə keçməsini çətinləşdirə bilər. Soyuq ağ işıq və yataq otağında daim yanan lampalar xüsusilə diqqət tələb edir.
Ev şəraitini araşdıran tədqiqatlarda gecə işıqlandırması ilə psixoloji gərginlik və yuxunun keyfiyyəti arasında əlaqələr göstərilib.
Axşamlar bütün otağı güclü işıqlandırmaq əvəzinə, yumşaq işıq verən kiçik lampalardan istifadə etmək, yatarkən isə otağı mümkün qədər qaranlıq saxlamaq məsləhət görülür.
Öyrəşdiyiniz səs-küy də yorucu ola bilər
Daim açıq qalan televizor, səsli işləyən məişət texnikası, küçədən və ya binanın girişindən gələn səslər gərginlik mənbəyinə çevrilə bilər. Bu səslərə öyrəşmək onların təsirinin tam aradan qalxması demək deyil.
2025-ci ildə aparılan sistematik elmi icmalda səs-küyün yaratdığı narahatlıq və yuxu pozuntularının evdəki səs-küylə psixi sağlamlığa mənfi təsirlər arasında mühüm rol oynaya biləcəyi qeyd olunub.
Evdə ən azı bir otaqda, xüsusilə yataq otağında sakit mühit yaratmaq faydalıdır.
İş əşyalarının istirahət yerində qalması
Noutbuk, sənədlər və digər iş materialları daim göz önündə olduqda işdən fikrən uzaqlaşmaq çətinləşir. Bu hal xüsusilə evdən işləyənlər üçün aktualdır.
Ayrıca iş otağınız yoxdursa, iş günü bitdikdən sonra noutbuku və sənədləri yığışdırmaq kömək edə bilər. Beləcə, istirahət etdiyiniz məkan sizə davamlı olaraq işi xatırlatmaz.
Xoşagəlməz xatirələr oyadan əşyalar
Köhnə bir əşya, münasibətlərinizin pozulduğu şəxsin hədiyyəsi və ya çətin dövrü xatırladan bir predmet güclü emosiyalar yarada bilər.
Burada əsas məsələ əşyanın özü deyil, sizdə oyatdığı xatirə və hisslərdir. Hər dəfə ona baxanda qıcıqlanır, narahat olur və ya kədərlənirsinizsə, həmin əşyanı göz önündə saxlamağa ehtiyac olub-olmadığını düşünmək olar.
Onu dərhal atmaq məcburiyyətində deyilsiniz. Başqa yerə qoymaq və bir müddət göz önündən uzaqlaşdırmaq da seçimdir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB
Zəhərli hörümçək udan körpə qız komaya düşdü
Xəmir kimi alınan düyünü xilas etməyin sirri: Qazana sadəcə 2 tikə qoyun
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq
Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI
Prezidentdən Valeh Ələsgərovla bağlı - Sərəncam
Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış