Azərbaycan Koreya ilə aviasiya sahəsində əməkdaşlığı müzakirə edib
Azərbaycan ilə Cənubi Koreya aviasiya sahəsində əməkdaşlığın inkişaf perspektivlərini, Bakının regional aviasiya habı kimi artan rolunu, həmçinin iki ölkənin aviaşirkətlərinin hava gəmiləri parkının və marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində planlarını müzakirə edib.
Sonxeber.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev məlumat verib.
Bununla bağlı müzakirələr AZAL-ın İdarə Heyətinin sədri ilə Cənubi Koreyanın Azərbaycandakı səfiri Kanq Kımqu arasındakı görüşdə aparılıb.
S.Rzayev qeyd edib ki, iki ölkə arasında turizm əlaqələrinin inkişafı da diqqət mərkəzində olub:
"Marşrut şəbəkəmizin inkişaf strategiyasına uyğun olaraq, 2030-cu ilədək Azərbaycan və Koreya arasında birbaşa uçuşların həyata keçirilməsi perspektivini də müzakirə etdik. Həmçinin, iki ölkənin hava limanları və aviasiya qurumları arasında potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirdik. İnanıram ki, bu istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi turizmin inkişafına və yeni aviasiya imkanlarının yaranmasına töhfə verəcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Banklar kiberhücumlara qarşı nə qədər güvənlidir? - İQTİSADÇIDAN AÇIQLAMA
Bank sistemlərinə qarşı kiberhücumlar artdıqca müştərilərin şəxsi və maliyyə məlumatlarının təhlükəsizliyi məsələsi də daha çox diqqət çəkir. Bankların tətbiq etdiyi təhlükəsizlik sistemləri, iki mərhələli təsdiqləmə və digər qoruyucu mexanizmlərə baxmayaraq, kiberdələduzluq halları ilə bağlı narahatlıqla
6 oktyabrQızılın qramı neçəyədir?
Azərbaycanda 13 oktyabr 2026-cı il tarixinə olan qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, bir unsiya qızılın dəyəri 7132.9705 manat təşkil edib. Qiymətli metalın 1 qramının baza qiyməti isə 229.33 manat olaraq rəsmiləşib. Qızıl bazarında müxtəlif əyyarlar üzrə 1 qramın qiymətin
13 oktyabrADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb
Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Çindən 416 blok-qatar qəbul edilib. Bu barədə -a ADY-dən məlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 40 % çoxdur
8 oktyabrBakıda ötən ay mikromobillik vasitələrindən istifadə edənlərin sayı 19 % artıb
Bu ilin sentyabrında Bakıda mikromobillik vasitələri 547 758 dəfə sifariş olunub. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30 %-dən çox artım deməkdir. Həmçini
7 oktyabrNaxçıvanda vergi daxilolmaları 10 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 210,7 milyon manat vergi daxil olub. quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 10,1 % çoxdur. Ötən 9 ayda muxtar respublikada qeyri-dövlə
8 oktyabrAzərbaycan Niderland ilə aqrar sahədə əməkdaşlıq imkanlarını qiymətləndirib
Azərbaycanda Niderlandla aqrar sahədə əməkdaşlıq üçün imkanlar və çağırışlar qiymətləndirilib. Niderlandın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, müvafiq araşdırmanı diplomatik missiyanın dəstəyi ilə Azərbaycanın "PFF Agro Consulting" şirkəti aparıb. Araşdırma istixana təsərrüfatları
20 oktyabrAzərbaycan bir sıra ölkələrə dərman vasitələri ixrac edəcək
Bu gün Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında "Gen Pharma Caucasus Manufacturing Operations" MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib. xəbər verir ki, ərazisi 5,2 hektar olan müəssisənin illik istehsal gücü 60 milyon qutu dərman, o cümlədən 2,5 milyard table
5 oktyabrQızıl qiymətlərində son vəziyyət
Azərbaycanda 2026-cı il 2 oktyabr tarixinə olan qızıl qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya - 7106.1105 manat, 1 qram (99 əyyar təmiz qızıl) - 228.47 manat, 1 qram İtalyan qızılı (750 əyyar) - 171.52 manat, 1 qram Türk qızılı (585 əyyar) - 133.79 manat, | 1 qram Rus qızıl
2 oktyabr