Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb.
Balıqçılıq və Akvakultura Mərkəzindən Modern.az-a cavab olaraq hazırkı məlumatlar əsasında hadisənin Azərbaycana birbaşa təsir göstərəcəyini təsdiqləmək mümkün olmadığı deyilib.
Mərkəzdən qeyd olunub ki, Xəzər dənizi vahid su hövzəsi olduğundan onun ekoloji vəziyyətində baş verən dəyişikliklər, o cümlədən suyun keyfiyyətinə, hidrometeoroloji şəraitə və su bioresurslarının yaşayış mühitinə təsir edən amillər bütün Xəzəryanı ölkələr üçün əhəmiyyət daşıyır.
Bununla belə, Qazaxıstan sahillərində qeydə alınan hadisənin Azərbaycanda analoji vəziyyətə səbəb olacağını və ya ölkəmizə birbaşa təsir göstərəcəyini demək üçün kifayət qədər məlumat yoxdur. Belə bir ehtimalın qiymətləndirilməsi üçün balıqların tələfat səbəbi, hadisənin başvermə şəraiti, suyun hidrokimyəvi göstəriciləri və digər elmi məlumatlar araşdırılmalıdır.
Məlumatlara görə, hadisə oktyabrın 20-də qeydə alınıb. Ölü balıqlar "Ömir glamping" istirahət zonası ərazisindən Pesaçnı burnu istiqamətinə və Kurık limanına qədər uzanan, təxminən 15 kilometr uzunluğunda sahil zolağında aşkarlanıb. Balıq cəsədlərinin müxtəlif parçalanma mərhələlərində olduğu bildirilib.
Hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına məlumat verilib, balıq cəsədlərinin toplanması, daşınması və utilizasiyası istiqamətində tədbirlərə başlanılıb.
Qazaxıstanın müvafiq qurumlarının açıqlamalarına əsasən, balıqların uzun müddət əvvəl tələf olması və cəsədlərin təbii quruma mərhələsində olması səbəbindən histoloji və toksikoloji təhlillər üçün yumşaq toxuma nümunələri götürmək mümkün olmayıb. Bu səbəbdən ölümün dəqiq səbəbi müəyyənləşdirilməyib.
Vizual müayinə zamanı balıqların bədənində balıqçılıq torlarının izləri və qarmaqla ovlanmaya xas dəliklər aşkarlanmayıb. Güclü qərb küləyinin balıq cəsədlərini sahilə çıxarmış ola biləcəyi də ehtimallar arasında göstərilib.
Qeyd edək ki, hadisənin səbəbi ilə bağlı yekun nəticə olmadığından balıqların tələfatını konkret amillə əlaqələndirmək hələlik mümkün deyil.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 430 Tarix: 24 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kürdəmirdə dəmir yolunun kənarında kişi meyiti tapıldı - ADY-dən açıqlama
Bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb. xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, dərhal aidiyyəti üzrə məlumat verilib. Hadisənin hans
18 oktyabrGəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində ana və iki azyaşlı övladı xəsarət alıb. Yaralılar 30 yaşlı A.Həsənova, 5 yaşlı U.Məmmədli və 3 yaşlı N.Məmmədlidir. Onlar xəstəxanay
18 oktyabrYağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, şimal-şərq küləyi əsəcəyi ehtimalı var
25 oktyabrYasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl
12 oktyabrBakıda kişi sirkə turşusundan zəhərlənib öldü
Bakıda kişi sirkə turşusundan zəhərlənib. -a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib. 62 yaşlı N. İslamov yaşadığı evdə sirkə turşusundan zəhərlənib. O, Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, N. İslamov sərxoş halda bilmədə
23 oktyabrBağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi
15 oktyabrTürkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil
11 oktyabrCeyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş
Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirib hadisə yerindən qaçan MMA idman ustası Elmar Cəfərov haqqında bəzi detallar məlum olub. "Qafqazinfo"nun məlumatına görə, o, 2015-ci ildə Antalya şəhərində Kempo əlbəyaxa döyüş növü üzrə dünya çempionu, 2018-ci ildə Bakıd
24 oktyabr