Qripdən qorunmaq istəyənlər bunu bilməlidir: Peyvənd nə vaxt vurulmalıdır?

Qripdən qorunmaq istəyənlər bunu bilməlidir: Peyvənd nə vaxt vurulmalıdır?Mövsümi qripə qarşı peyvənd xəstəliyin qarşısının alınmasında və yoluxma baş verdiyi halda onun ağır keçməsi riskinin azaldılmasında mühüm rol oynayır. Bununla belə, peyvənd olunan şəxsin də qripə yoluxması mümkündür və qorunma səviyyəsi virusun ştammlarından, peyvəndin həmin mövsümdəki effektivliyindən və insanın sağlamlıq vəziyyətindən asılı olaraq dəyişə bilər. Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan şəxslər üçün qripin yarada biləcəyi fəsadlar nəzərə alınaraq peyvəndin əhəmiyyəti və onun vurulması üçün uyğun vaxt məsələsi aktuallıq daşıyır.

Bəs, mövsümi qrip peyvəndi yoluxma və xəstəliyin ağır keçməsi riskini nə dərəcədə azaldır? Peyvənd olunduqdan sonra qripə yoluxmaq mümkündürmü, risk qrupuna daxil olan şəxslər nə vaxt peyvənd olunmalıdırlar və qorunmanın effektivliyi hansı amillərdən asılıdır?
Qripdən qorunmaq istəyənlər bunu bilməlidir: Peyvənd nə vaxt vurulmalıdır?Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən tibb eksperti Şahvələd Məmmədov bildirib ki, mövsümi qripə qarşı peyvənd dövlət proqramı çərçivəsində həyata keçirilir.

"Peyvəndlər ayrı-ayrı dövlət tibb müəssisələrinə, poliklinikalara və ambulatoriyalara təqdim olunub. Peyvəndləmə əsasən oktyabrın ortalarından noyabrın sonunadək nəzərdə tutulur. Mövsümi qripə, o cümlədən A və B tipli qrip viruslarına qarşı peyvənd olunmaq vacibdir. Xüsusilə 5 yaşadək uşaqlar, 65 yaşdan yuxarı şəxslər və xroniki xəstəlikləri olan insanlar risk qrupuna daxildirlər. Bu kateqoriyadan olan şəxslərin qripə qarşı peyvənd olunması xəstəliyin ağır keçməsinin və mümkün fəsadların qarşısının alınması baxımından əhəmiyyətlidir".

Ekspert bildirib ki, digər infeksiyalara qarşı uşaqların yaşlarına uyğun olaraq müntəzəm peyvənd olunması vacibdir:

"Məsələn, göyöskürək və difteriyaya qarşı peyvəndlər uşaqların peyvənd təqviminə uyğun aparılır. Lakin mövsümi qripə qarşı peyvənd ayrıca əhəmiyyət daşıyır və xüsusilə risk qrupları üçün tövsiyə olunur. Qrip əleyhinə peyvənd qoruyucu xarakter daşıyır. Bəzən belə bir sual yaranır: peyvənd olunan insan qripə yoluxa bilərmi? Bəli, peyvənddən sonra da yoluxma mümkündür. Bununla belə, peyvənd xəstəliyin ağır keçməsi və ciddi fəsadların yaranması riskini azaltmağa kömək edir. Xüsusilə xroniki xəstəlikləri olan şəxslər qripə yoluxduqda daha ciddi təhlükələrlə üzləşə bilərlər. Qrip bəzi hallarda meningit və ensefalit kimi ağırlaşmalara səbəb ola, hətta ölümlə nəticələnə bilər. Buna görə də risk qrupuna daxil olan şəxslərin mövsümi qripə qarşı peyvənd olunması mühüm profilaktik tədbirdir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 234   Tarix: 29 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gözlərə də soyuq olur

Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his

10 oktyabr
.

Səsiniz qocalmağınızdan xəbər verə bilər - Alimlərdən yeni kəşf

Süni intellekt texnologiyaları insan orqanizmindəki yaşlanma prosesini qiymətləndirmək üçün yeni imkanlar yaradır. Alimlər insanın səsindən istifadə etməklə onun bioloji yaşlanmasının sürətini müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. Ölkə.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırm

8 oktyabr
.

Hamiləlikdə ürəkbulanma və qanaxma nə zaman təhlükəyə işarədir? - Video

"Baku Med" verilişinin yeni buraxılışında hamiləlikdə ən çox rast gəlinən problemlərdən danışılıb. Davamlı ürəkbulanma nə zaman problem sayılır?. Hamiləlik zamanı qanaxma nə vaxt ciddi siqnal hesab olunur?. Hamiləlik zamanı infeksiyalar hansı fəsadlara səbəb ola bilər?. Hamiləlikdə ağrıkəsiciləri

4 oktyabr
.

Hansı su daha faydalıdır: Soyuq, yoxsa otaq temperaturunda?

Bəziləri buzlu su içməyi xoşlayır, digərləri isə limon dilimi əlavə edilmiş ilıq suyun daha faydalı olduğuna inanır. Bəs suyun temperaturu həqiqətən əhəmiyyətlidirmi?. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazıb. Magistr dərəcəsi olan qeydiyyatdan keçmiş diyetoloq-nutritionis

6 oktyabr
.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri

25 oktyabr
.

Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı

Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir

13 oktyabr
.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərinin inkişafına təsir göstərə bilər. Bu xəstəlik zamanı tər vəzilərinin olmamas

11 oktyabr
.

Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz

24 oktyabr
.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25 oktyabr