ŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA
"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanlı sosial yardım alan ailələrdə adambaşına düşən yardımın məbləğinin yüksəlməsinə, eyni zamanda yardımın əhatə dairəsinin genişlənməsinə şərait yaradacaq".
Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda əvvəlki illərdə olduğu kimi, bu il də dövlət büdcəsi sosialyönümlüdür.
"Artıq bir neçə ildir ki, dövlət büdcəsində sosialyönümlü xərclər 40 faizdən çox təşkil edir. Bu il dövlət büdcəsində sosialyönümlü xərclərin 18,9 milyard manat olması nəzərdə tutulur. Bu, ümumi büdcə xərclərinin 44 faizi deməkdir. Beləliklə, büdcənin təxminən yarısına yaxın hissəsi sosialyönümlü xərclərə yönəldiləcək.
Bu xərclərə əməkhaqlarının ödənilməsi, səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman siyasəti, eləcə də sosial müdafiə və sosial təminat tədbirlərinin maliyyələşdirilməsi daxildir. Məhz bu istiqamətlər üzrə büdcə xərcləri cari illə müqayisədə artacaq", - deyə komitə sədri bildirib.
Musa Quliyev qeyd edib ki, bu artımlar gələn il təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat siyasətinin daha uğurla həyata keçirilməsinə imkan yaradacaq: "Sözsüz ki, altıncı sosial zərfin qəbulunun əhəmiyyəti olduqca böyükdür. "Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyev altıncı sosial zərfin qəbul olunması ilə bağlı xalqımıza müjdə verdi. 2009-cu ildən bu günə qədər beş sosial zərf qəbul edilib. Bu sosial paketlərin həyata keçirilməsi nəticəsində dövlət büdcəsindən əlavə olaraq 8 milyard manata yaxın vəsait ayrılıb. Bununla da 4 milyona yaxın insanın sosial təminatı yaxşılaşdırılıb.
Gələn ildən altıncı sosial zərfin qəbul edilməsi minimum əməkhaqqının, minimum pensiyanın, orta aylıq əməkhaqqının və pensiyaların, eləcə də müavinətlərin, təqaüdlərin artırılmasına imkan verəcək".
O əlavə edib ki, minimum əməkhaqqının artırılması həm özəl sektorda, həm də dövlət büdcəsi hesabına fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan insanların əməkhaqlarının yüksəlməsinə şərait yaradacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 324 Tarix: 01 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Keyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind
30 oktyabrBiznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı
Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla
31 oktyabrBu cərimənin məbləği KƏSKİN AZALIR
İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind
1 noyabrNatiq Fərzəliyev əməliyyat olundu
Aktyor Natiq Fərzəliyevin səhhətində problem yaranıb. O, özəl xəstəxanaların birində əməliyyat olunub. Natiq Fərzəliyev Qaynarinfo-ya açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:. "Hələ özümə tam gəlməmişəm, amma həkimlər əməliyyatın uğurla keçdiyini deyib. Ayaq damarlarımda problemlə
31 oktyabrAzərbaycanlı alim vəfat etdi - Fotolar
Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. Bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. O bildirib ki, Surxay Əkbərov təxminən 35 il Türkiyənin İstanbul Texniki Universiteti və Yıldız Texnik
31 oktyabrQızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video
Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc
31 oktyabrŞahdağda qar yağıb
Ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 31-i saat 10:00-a olan məlumatında qeyd olunub. Düşən yağıntının miqdarı Daşkəsən, Lerikdə 10, Biləsuvar, Oğuzda 9, Gədəbəy, Şamaxıd
31 oktyabrMarketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ
Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa
1 noyabrKəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto
Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub
31 oktyabr