Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMAİş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini və qazanc mənbəyini itirmək qorxusu yaşayan əməkdaşlar isə bu münasibətə etiraz etmək əvəzinə susmağa və baş verənlərə dözməyə məcbur qalırlar. Nəticədə davamlı təzyiq insanlarda özünəinamın azalmasına, stressə, emosional tükənməyə və psixoloji problemlərə yol aça bilir.

Bəs rəhbər tərəfindən təhqir və psixoloji təzyiqlə üzləşən əməkdaşlar belə vəziyyətdə necə davranmalıdırlar? İşini itirmək qorxusu insanın öz ləyaqətini və psixoloji sağlamlığını qurban verməsinə səbəb olmalıdırmı?
Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı psixoloq Samirə Bağırova Sonxeber.az-a açıqlamasında bildirdi ki, əvvəlcə onu qeyd etmək lazımdır ki, aşağı maaş insanın dəyərini aşağı salmır və insanın əməkhaqqısı onun insan kimi dəyərinin ölçüsü deyil. Amma təəssüf ki,bəzi iş yerlərində aşağı vəzifədə, az maaşla çalışan insanlara qarşı kobud münasibət təkcə rəhbərlikdən deyil, kollektivin digər üzvlərindən də qaynaqlanır. Bu mövzu ilə bağlı ələlxüsus gənclər tez- tez müraciət edirlər. Bəzi rəhbərlər tutduğu vəzifəni məsuliyyət kimi deyil, şəxsi üstünlük vasitəsi kimi qəbul edir. Bu insanlar özlərini başqalarından üstün görməyə ehtiyac duyur.

Birmənalı şəkildə özünəinamsızlığı var və bu şəkildə başqalarını alçaltmaqla öz çatışmazlığını kompensasiya edir. Əslində idarəetmə bacarığı və empatiya hissi zəif olur. Tənqidə dözümsüz olurlar və hər şeyə nəzarət etmək istəyirlər. Kollektiv arasında və ya təklikdə alçalmağa məruz qalmış əməkdaşla belə hallarda nə baş verir? İnsan özünü müdafiəsiz hiss edir,əməkdaşların yanında nüfuzunu itirdiyini düşünür, işə getmək motivasiyası aşağı olur, çünki narahatlıq keçirir,zamanla susmağa və özünü geri çəkməyə başlayır. Belə vəziyyətdə əməldaş necə davranmalıdır? Mütləq daxili mövqeyini qorumalıdır.

Yəni, vəzifə aşağı ola bilər, amma şəxsiyyət aşağı deyil. Sakit və sərhədli şəkildə davranaraq " Mənimlə bu tərzdə danışılmasını düzgün hesab etmirəm ", " İşlə bağlı iradınızı bildirə bilərsiniz,amma xahiş edirəm, bunu hörmət çərçivəsində edin ", " Məsələni kollektiv qarşısında deyil,normal şəkildə müzakirə edə bilərik " kimi mövqe qoruyucu cümlələrdən istifadə edə bilər. Çünki işçi susduqca alçaldılma normallaşdırılır. Azərbaycanda bu məsələ ilə bağlı əsas hüquqi normalar mövcuddur:
Mülki Məcəllə 23-cü maddə Şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi, 290-cı maddə İşçinin hüquqlarının müdafiəsi və mənəvi zərər, 195-ci maddə işəgötürənin maddi və mənəvi məsuliyyəti, 148-ci maddə Kütləvi şəkildə təhqir və digər maddələr də mövcuddur. Unutmaq olmqz ki, məhkəməyə müraciət üçün kobud davranışın konkret forması və sübutları əhəmiyyətlidir.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 255   Tarix: 02 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa

1 noyabr
.

Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir

2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd

1 noyabr
.

Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu

1 noyabr
.

Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir

Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi

2 noyabr
.

Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli

1 noyabr
.

Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c

1 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə

2 noyabr
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr