Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli
"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlət müstəqilliyinin qorunmasının və milli həmrəyliyin möhkəmləndirilməsinin əsas dayaqlarından biridir. Müasir dövrdə Azərbaycançılığın təbliği xüsusi əhəmiyyət daşıyır. Çünki qloballaşma proseslərinin sürətləndiyi, informasiya məkanında müxtəlif ideoloji təsirlərin artdığı bir şəraitdə milli kimliyin qorunması və gələcək nəsillərə ötürülməsi dövlət və cəmiyyət qarşısında mühüm vəzifə kimi dayanır".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki,Azərbaycançılıq ideologiyasının formalaşması və inkişafı Azərbaycan xalqının zəngin tarixi, mədəniyyəti, dili, adət-ənənələri və dövlətçilik təcrübəsi ilə sıx bağlıdır:
"Bu ideyanın müasir siyasi və ictimai məzmununun formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri vardır. Heydər Əliyev Azərbaycançılığı milli birliyin, dövlət müstəqilliyinin və cəmiyyətin bütövlüyünün əsas ideoloji platformasına çevirdi. Onun müəyyən etdiyi siyasi xətt müxtəlif etnik və dini mənsubiyyətə malik insanların vahid Azərbaycan dövləti vətəndaşları kimi birləşməsini, qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşamasını nəzərdə tuturdu.
Bu gün Prezident İlham Əliyev tərəfindən Azərbaycançılıq ideologiyasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi inkişaf etdirilməsi milli həmrəyliyin daha da güclənməsinə xidmət edir. Prezidentin həyata keçirdiyi siyasətdə dövlətçilik maraqları, milli birlik, suverenlik, ərazi bütövlüyü və tarixi ədalətin təmin olunması prioritet istiqamətlər kimi çıxış edir. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası Azərbaycançılıq ideyasına yeni məzmun və tarixi əhəmiyyət qazandırıb. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri Azərbaycan xalqının milli iradəsinin, dövlətə sədaqətinin və həmrəyliyinin parlaq təzahürü oldu".
Deputat vurğulayıb ki, Azərbaycançılıq ideyasının təbliği yalnız tarixi hadisələrin xatırladılması və milli bayramların qeyd olunması ilə məhdudlaşmamalıdır:
"Bu ideya gündəlik ictimai münasibətlərdə, təhsil sistemində, mədəniyyət sahəsində, informasiya siyasətində və gənclərin vətəndaşlıq tərbiyəsində öz real ifadəsini tapmalıdır. Vətənə sevgi, dövlət rəmzlərinə hörmət, Azərbaycan dilinin qorunması, milli-mənəvi dəyərlərə bağlılıq və qanunlara riayət etmək Azərbaycançılığın praktik göstəriciləridir.
Xüsusilə gənc nəslin Azərbaycançılıq ruhunda yetişdirilməsi strateji əhəmiyyət daşıyır. Gənclər yalnız ölkənin gələcək inkişafının təminatçısı deyil, həm də milli kimliyin və dövlətçilik ənənələrinin daşıyıcılarıdır. Buna görə də təhsil müəssisələrində Azərbaycan tarixinin, ədəbiyyatının, mədəni irsinin və dövlətçilik ənənələrinin daha dərindən tədrisi vacibdir. Eyni zamanda gənclərdə milli qürur hissi ilə yanaşı, müasir dünyagörüşü, tənqidi düşüncə, vətəndaş məsuliyyəti və informasiya savadlılığı formalaşdırılmalıdır.
Azərbaycançılığın təbliğində Azərbaycan dili xüsusi yer tutur. Dil milli kimliyin ən mühüm atributlarından biri olmaqla yanaşı, xalqın tarixi yaddaşını və mənəvi dünyasını yaşadan əsas vasitədir. Azərbaycan dilinin qorunması, saflığının təmin edilməsi, elmi, texnoloji və rəqəmsal mühitdə istifadəsinin genişləndirilməsi milli ideologiyanın inkişafına xidmət edir. Bu istiqamətdə ailənin, məktəbin, medianın və ictimai institutların üzərinə mühüm məsuliyyət düşür".
Deputat söyləyib ki, digər mühüm məsələ Azərbaycanın multikulturalizm ənənələrinin qorunması və təbliğidir. Azərbaycan tarixən müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin birgə yaşadığı məkan olub:
"Bu gün də ölkəmizdə etnik və dini müxtəliflik milli birliyin qarşısında maneə deyil, əksinə, cəmiyyətimizin zənginliyini nümayiş etdirən mühüm xüsusiyyətdir. Azərbaycançılıq ideologiyası məhz bu müxtəlifliyi vahid dövlətçilik mənafeyi ətrafında birləşdirir. Burada əsas prinsip hər kəsin öz milli və dini dəyərlərini qorumaqla yanaşı, Azərbaycan dövlətinə və ümumi Vətənə bağlılıq nümayiş etdirməsidir.
Müasir informasiya müharibələri və ideoloji rəqabət şəraitində Azərbaycançılığın təbliğində medianın rolu da xüsusi diqqət tələb edir. Kütləvi informasiya vasitələri milli maraqların müdafiəsi, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, dezinformasiyalara qarşı mübarizə və cəmiyyətdə sağlam vətəndaş mövqeyinin formalaşdırılması istiqamətində fəal olmalıdır. Xüsusilə sosial şəbəkələrdə milli dəyərlərə, dövlətçilik ənənələrinə və cəmiyyətin birliyinə zərər vuran manipulyativ məlumatlara qarşı maarifləndirici fəaliyyət gücləndirilməlidir. Bununla yanaşı, Azərbaycançılığın təbliği sağlam ictimai müzakirələri, fərqli fikirlərə hörməti və informasiya məsuliyyətini də özündə ehtiva etməlidir".
P.S. Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının təbliği" mövzusuna uyğun olaraq dərc edilir
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
31 yaşlı diş həkimi vəfat etdi - FOTO
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın