Təyyarə qəzasında ölənlər milyonçu və ailəsi olub - Ad günü imiş...

Təyyarə qəzasında ölənlər milyonçu və ailəsi olub - Ad günü imiş..."Retention.com" və "RB2B" proqram təminatı şirkətlərinin təsisçisi və baş direktoru, 44 yaşlı iş adamı, milyonçu Adam Robinson ailəsi ilə birlikdə ABŞ-nin Florida ştatında baş verən təyyarə qəzasında həyatını itirib.

"Qafqazinfo" xəbər verir ki, Texas ştatının Ostin şəhərindən Baham adalarına uçan "Learjet 60" markalı özəl təyyarənin Palm Biç yaxınlığındakı yaşayış məntəqəsinə düşməsi nəticəsində göyərtədə olan 9 nəfərin hamısı həlak olub.

Faciədə iş adamı ilə yanaşı, onun həyat yoldaşı Helen Şarp, iki azyaşlı uşaqları - 4 yaşlı Emma ilə 2 yaşlı Çarli, ailənin dayəsi Anita Maria Apellido Cetina və ailə dostları Reyçel Rid ilə Çarmi Fehr də ölüblər.

Məlumata görə, onlar təyyarə ilə Robinsonun ad gününü qeyd etməyə gedirmişlər.

Təyyarəni idarə edən 55 yaşlı kapitan pilot Ceff Qreqori və 20 yaşlı ikinci pilot Nataliya Qadelha Filqeyras da qəzada həlak olublar. İkinci pilotun 17 yaşından aviasiya təlimlərinə başlaması və böyük aviasiya xəyallarının olması diqqət çəkib.

İlkin məlumatlara görə, uçuş zamanı heyət əlverişsiz hava şəraiti, güclü turbulentlik barədə dispetçer xidmətinə məlumat verib. Pilot hündürlüyü artırmağı xahiş etsə də, az sonra təyyarə sürətlə enməyə başlayıb, təcili həyəcan siqnalı verib və yaşayış massivinə çırpılaraq alovlanıb.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və Federal Aviasiya Administrasiyası (FAA) hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başlayıb. Təyyarənin yerə çırpılmadan əvvəl havada parçalanması ehtimalı da araşdırılır.
Təyyarə qəzasında ölənlər milyonçu və ailəsi olub - Ad günü imiş...Təyyarə qəzasında ölənlər milyonçu və ailəsi olub - Ad günü imiş...Təyyarə qəzasında ölənlər milyonçu və ailəsi olub - Ad günü imiş...Təyyarə qəzasında ölənlər milyonçu və ailəsi olub - Ad günü imiş...Təyyarə qəzasında ölənlər milyonçu və ailəsi olub - Ad günü imiş...Təyyarə qəzasında ölənlər milyonçu və ailəsi olub - Ad günü imiş...


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 382   Tarix: 03 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nepalda iki helikopter toqquşub: Ölən və yaralanan var

Nepalın Everest bölgəsindəki Periçe kəndində eniş edərkən iki vertolyotun toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. xəbər verir ki, hər iki pilot yüngül xəsarətlər alıb və müalicələrini davam etdirmək üçün Katmanduya aparılıblar. Polisin məlumatına görə, ölən hindistanlı turistin cəsəd

3 noyabr
.

Böyük Britaniya Ukraynaya dəstək üçün 10 milyard funt ayıracaq

Böyük Britaniya 10 milyard funt-sterlinq həcmindəki yardım paketi çərçivəsində Ukraynaya hərbi və maliyyə dəstəyi göstərməyə davam edəcək. "Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq Avropa İttifaqı və Böyük Britaniya arasında təhlükəsizli

2 noyabr
.

Tramp üçün həlledici gün: Demokratlar qalib gəlsə, ABŞ-ni nə gözləyir?

ABŞ-də bu gün, noyabrın 3-də Konqresə aralıq seçkilər keçirilir. Prezident Donald Trampın hakimiyyətinin ikinci ilinə siyasi qiymət kimi də dəyərləndirilən seçkilərdə Respublikaçılar Partiyasının Konqresdəki üstünlüyünü qoruyub-saxlamayacağı müəyyənləşəcək. Demokratların qələbəsi isə Ağ Ev üçün qanunvericili

3 noyabr
.

ABŞ-da ara seçkilər keçiriləcək

Amerikalılar bu gün ABŞ Konqresinin ara seçkilərində iştirak edəcəklər. xəbər verir ki, səsvermənin nəticələri Nümayəndələr Palatasının və Senatın tərkibini müəyyən edəcək. Konqresin aşağı palatasındakı 435 yerin hamısı və Senatdakı 100 yerdən 35-i təhlükə altındadır. Bundan əlavə, təxminən 40 ştatd

3 noyabr
.

Misir səhranı yaşıllaşdırmaq üçün "yeni Nil" inşa edir - Amma ciddi maneə var

Misir səhralıq əraziləri kənd təsərrüfatı torpaqlarına çevirmək məqsədilə dünyanın ən böyük suvarma layihələrindən birini həyata keçirir. "Yeni Delta" adlanan layihə çərçivəsində təxminən 924 min hektar ərazinin əkin sahəsinə çevrilməsi planlaşdırılır. Lakin mühəndislik problemləri və torpaqları

2 noyabr
.

Quldurlar 23 dənizçinin olduğu İran gəmisini ələ keçirib

Somali quldurları 23 nəfərin olduğu İran balıqçı gəmisini ələ keçirib. xəbər verir ki, bu barədə Associated Press (AP) Hind okeanında Dəniz Təhlükəsizliyi Mərkəzinə (MSCIO) istinadən məlumat yayıb. "Azini" adlı gəmi Somalinin şimal-şərq sahillərində, Bandar-Beyla və Hafun şəhərləri arasındak

2 noyabr
.

Paşinyanın aparatının xərcləri 2027-ci ildə 6,4 % azaldılacaq

Ermənistanın Baş naziri aparatının xərcləri 2027-ci ildə 1,6 milyard dram (6,4 %) azalaraq 24,2 milyard dram (66,4 milyon dollar) təşkil edəcək. "Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu, ölkənin gələn il üçün dövlət büdcəsi layihəsində nəzərdə tutulub. Xüsusən, dövlət sektorunu

3 noyabr
.

İranda zənginləşdirilən 60%-lik uranın çıxarılması haqda danışıqlar aparılmayıb - XİN

İranda zənginləşdirilən 60%-lik uranın İrandan çıxarılması haqda danışıqlar aparılmayıb. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bazar ertəsi (2 noyabr) Tehranda keçirilən mətbuat konfransında deyib. "İran xarici işlər nazirini

2 noyabr
.

Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb

Çinin "CAS Space" şirkəti "SpaceSail" rabitə peyklərinin 21-ci qrupunu uğurla orbitə çıxarıb. "Sinxua" agentliyinə istinadən xəbər verir ki, buraxılış noyabrın 3-də Bakı vaxtı ilə saat 04:15-də Çinin şimal-qərbindəki Szyutsüan kosmodromunun "Dunfen" kommersiy

3 noyabr