Nostradamusun 2027-ci il proqnozları: müharibə, böhran, yanğınlar...
Fransız astroloqu Nostradamusun irsini araşdıran tədqiqatçılar onun 2027-ci ildə baş verə biləcək hadisələrlə bağlı proqnozlarını müəyyən ediblər.
Modern.az xəbər verir ki, bu barədə noyabrın 3-də "Sky History" portalında dərc olunan araşdırma və şərhdə bildirilib.
Qeyd olunur ki, Nostradamusun əsərlərində hadisələrin məhz 2027-ci ildə baş verəcəyinə dair birbaşa göstəriş yoxdur. Bu cür yozumları müdafiə edənlər ehtimal olunan peyğəmbərlikləri "Əsrlər" (Centuries) toplusunun müxtəlif hissələrindəki 27-ci katrenlərlə əlaqələndirirlər.
Ehtimal olunan proqnozlardan birində göydəki odun qərbdən şərqə, cənub istiqamətindən yayılmasından bəhs edilir. Müasir şərhçilər hesab edirlər ki, bu sətirlər genişmiqyaslı meşə yanğınlarını təsvir edə bilər. Müvafiq parçanın XI "Əsrlər" bölməsinə aid olduğu bildirilir.
Digər ehtimal olunan proqnoz Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqələndirilir. V "Əsrlər" bölməsinin 27-ci katrenində qoşunların Persiyadan (İran) Trapezunda doğru irəliləməsi, yanğın və Qara dəniz yaxınlığında silahlı qarşıdurma təsvir olunur. Şərhçilər bu sətirlərdə İran və Türkiyənin iştirak edə biləcəyi mümkün münaqişəyə işarə görürlər. Qeyd edək ki, Trapezund indiki Türkiyənin Trabzon şəhərinin tarixi adıdır.
Başqa bir yozum isə dünya iqtisadiyyatında baş verə biləcək sarsıntılarla bağlıdır. Buna əsas kimi qızıl, gümüş və borclar səbəbindən gücdən düşmüş insanlardan bəhs edən sətirlər göstərilir. Bu versiyanın tərəfdarları hesab edirlər ki, söhbət genişmiqyaslı maliyyə böhranından gedə bilər. Bununla belə, həmin katren VIII "Əsrlər" bölməsində 28-ci nömrə ilə verilib. Bu isə proqnozların axtarılması üçün irəli sürülən 27-ci katren prinsipinə uyğun gəlmir.
Dördüncü peyğəmbərlik Fransada baş verə biləcək siyasi hadisələrlə əlaqələndirilir. Şərhçilər Fransa taxt-tacının varisinin qədim adı olan dofinə zərbə vurulması barədə ifadəni 2027-ci ilin yazında keçirilməsi planlaşdırılan prezident seçkiləri kontekstində nəzərdən keçirirlər. Onlar bu sətirlərin Marin Le Penin dövlət başçısı postu uğrunda mümkün mübarizəsi ilə əlaqəli ola biləcəyini istisna etmirlər.
Sonuncu ehtimal olunan proqnoz isə gizlədilmiş qiymətli əşyaların tapılması ilə bağlıdır. Katrenlərdən birində ildırım vurmuş Jiyen bölgəsindəki palıd ağacının altında yerləşən xəzinədən bəhs olunur. Bu yozumu müdafiə edənlər həmin sətirləri Kanadanın "Ouk" adası ilə əlaqələndirirlər. Ada "Pul mədəni" (Money Pit) adlanan əfsanəvi xəzinə quyusu barədə rəvayətləri ilə tanınır.
Bununla belə, adanın Nostradamusun mətnində adı çəkilmir. Bu əlaqə yalnız müasir şərhçilərin ehtimalına əsaslanır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 189 Tarix: 03 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məzarlıqda gördüyü mənzərə dəhşət saçdı - VİDEO
ABŞ-ın Kaliforniya ştatında yaşayan Joel Morrison "Saint Joseph Katolik"qəbiristanlığı ziyarət edərkən təəccüblü bir hadisə ilə üzləşib. xəbər verir ki, qadın məzarların arasında gəzərkən, qəbirlərdən biri onun diqqətini çəkib. Joel məzara yaxınlaşdıqda daşların arasında bir qadına məxsus saçı
17 sentyabr 2021Bu ölkədə əhalinin 70 faizi vaksinin hər iki dozasını qəbul edib
Çində 1 milyarddan çox insana iki doza "COVID-19" peyvəndi artıq vurulub. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyasının sözçüsü Mi Feng mətbuat konfransında bildirib. Belə ki, 1,4 milyard əhalisi olan Çində əhalinin 70 faizindən çoxu tam vaksinasiy
16 sentyabr 2021Daha bir ölkə sərhədlərini açdı
Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy
17 sentyabr 202118 yaşlı tennisçinin geyimi sosial şəbəkələrdə ajiotaj yaratdı - FOTO
"US Open"in qalibi olan britaniyalı tennisçi Emma Radukanunun Açıq Çempionatda geyindiyi idman komplekti böyük ajiotaja səbəb olub. "Böyük Dəbilqə" turinirinin 18 yaşlı çempionu, "Nike" firmasının dar topunda və yubka-şortda korta çıxıb. Məlumata görə, elə həmin günü şirkəti
15 sentyabr 2021"Taliban" Qadınların İşləri üzrə Nazirliyi "əxlaq polisi"nə çevirdi
Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı daha bir nazirliyi ləğv edib. Yayılan xəbərlərə görə, Kabildə Qadınların İşləri üzrə Nazirliyin önündən qurumun adı əks olunan lövhə çıxarılıb. Onun yerinə "Xeyirli olanın əmri və zərərli olanın qadağası" adlı yeni idarə yaradılıb
18 sentyabr 2021Kadırov çeçen komandiri təhdid etdi: "Səni yandıracağam"
Çeçenistan lideri Ramzan Kadırov etdiyi sərt çıxışlarla gündəmə gəlib. Unikal.org xəbər verir ki, çeçen səhra komandiri Əhməd Zakayevi təhdid edib. Kadırov Zakayevlə bağlı təhdidlərini çeçen dilində səsləndirib. "Əgər sən bir daha atamın adını çəksən, görəcəksən başına nə gəlir. Hətta bu dünya yans
16 sentyabr 2021Ramzan Kadırov seçkilərə anası ilə gəldi - VİDEO
Çeçenistanın başçısı Ramzan Kadırov ailəsi ilə birlikdə seçkilərdə iştirak edib. O, respublikada seçkilərdə stabil yüksək fəallıq olduğunu bildirib və çoxlarının bundan təəccübləndiyini deyib. "Bizdə çox sayda ailə, dini və ictimai institutlarımız var, onlar gələcəyimizi özümüz seçməli olduğumuz
17 sentyabr 2021"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı
"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını
16 sentyabr 2021