Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMAVərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməsi ciddi suallar yaradır.

Bəs vərəsələr arasında razılıq əldə olunmadıqda əmlak hansı qaydada bölünür və qanun hər bir vərəsənin hüquqlarını necə qoruyur?
Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı əmlak eksperti Fərid Cəfərli Sonxeber.az-a açıqlamasında bildirdi ki, vərəsəlik hüququ mülki hüququn mühüm institutlarından biri olmaqla, fiziki şəxsin vəfatı ilə ona məxsus əmlak hüquq və vəzifələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada digər şəxslərə keçməsini tənzimləyir. Bu hüquq münasibətlərinin əsas məqsədi miras qoyanın əmlak maraqlarının hüquqi varislik əsasında qorunması, vərəsələrin hüquqlarının təmin edilməsi və mülkiyyət münasibətlərində hüquqi müəyyənliyin yaradılmasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Qanun üzrə vərəsəlik miras qoyanın etibarlı vəsiyyətnaməsi olmadığı və ya vəsiyyətnamənin mirasın müəyyən hissəsini əhatə etmədiyi hallarda tətbiq edilir. Bu zaman vərəsələrin dairəsi və onların miras payları qanunvericiliklə müəyyən olunur. Vəsiyyət üzrə vərəsəlikdə isə miras qoyan öz iradəsini vəsiyyətnamə vasitəsilə ifadə edərək əmlakının kimə və hansı nisbətdə keçəcəyini müəyyən edə bilər. Bununla belə, vəsiyyət azadlığı qanunla qorunan məcburi pay hüququ ilə məhdudlaşa bilər.

Əmlak bölgüsü zamanı ilk növbədə miras kütləsinin düzgün müəyyən edilməsi xüsusi əhəmiyyət daşıyır. Burada miras qoyanın şəxsi mülkiyyətində olan əmlakla nikah dövründə əldə edilmiş ümumi birgə mülkiyyətin fərqləndirilməsi vacibdir. Belə ki, ər-arvaddan birinin vəfatı avtomatik olaraq nikah dövründə əldə edilmiş bütün əmlakın miras hesab edilməsi demək deyil. Əvvəlcə sağ qalan həyat yoldaşının ümumi əmlakdakı mülkiyyət payı müəyyən edilməli, yalnız miras qoyana məxsus hissə miras kütləsinə daxil edilməlidir. Praktikada vərəsəlik mübahisələri əsasən vəsiyyətnamənin etibarlılığı, məcburi pay hüququ, mirasın qəbulu, vərəsələrin dairəsinin müəyyən edilməsi, əmlakın gizlədilməsi və ümumi mülkiyyət paylarının düzgün hesablanmaması ilə əlaqədar yaranır. Belə hallarda hər bir faktın hüquqi qiymətləndirilməsi, sübutların araşdırılması və müvafiq qanunvericilik normalarının düzgün tətbiqi mühüm əhəmiyyət kəsb edir.

Mənim yanaşmama görə, vərəsəlik və əmlak bölgüsü məsələlərində əsas prinsip yalnız əmlakın bölüşdürülməsi deyil, eyni zamanda bütün maraqlı şəxslərin qanuni hüquq və mənafelərinin balanslaşdırılmış şəkildə qorunmasıdır. Hüquqşünas bu prosesdə yalnız qanunvericiliyi bilən mütəxəssis kimi deyil, həm də mübahisələrin qarşısını alan, hüquqi riskləri əvvəlcədən müəyyən edən və tərəflər üçün qanuni, ədalətli və dayanıqlı həll yolları təklif edən peşəkar kimi çıxış etməlidir. "Vərəsəlik hüququnda peşəkarlıq mənim üçün üç əsas istiqaməti əhatə edir: miras kütləsinin düzgün müəyyənləşdirilməsi, vərəsələrin hüquqlarının qanunvericiliyə uyğun qorunması və əmlak bölgüsünün hüquqi baxımdan əsaslandırılmış şəkildə həyata keçirilməsi. Hesab edirəm ki, bu sahədə düzgün hüquqi mövqe formalaşdırmaq üçün yalnız qanun normalarını bilmək kifayət deyil; mülkiyyət hüququ, ailə hüququ, sübutetmə qaydaları və məhkəmə təcrübəsi arasında sistemli əlaqə qurmaq lazımdır".

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 233   Tarix: 04 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

İşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA

İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin

2 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr