Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMAMobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiya operatorları və provayderlər 1 000 manat, eyni pozuntunu bir il ərzində təkrar törətdikdə isə 2 000 manat məbləğində cərimələnə bilərlər. Halbuki mövcud qanunvericilikdə bu pozuntuya görə cərimə 80-150 manat arasında müəyyən edilib. Lakin milyonlarla manatlıq dövriyyəsi olan mobil operatorlar və internet provayderləri üçün bu məbləğlər nə dərəcədə çəkindirici təsirə malik olacaq?

Xidmətin keyfiyyətsiz göstərilməsi nəticəsində vaxtı, pulu və digər imkanları itirən istehlakçının zərəri necə qarşılanacaq? Tətbiq edilən cərimələr şirkətləri xidmət səviyyəsini yüksəltməyə sövq edəcək, yoxsa istehlakçının real hüquqlarının qorunması üçün daha ciddi maliyyə mexanizmlərinə ehtiyac var?
Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMAMövzu ilə bağlı vəkil Turan Abdullazadə Sonxeber.az-a açıqlamasında bildirdi ki, mən hesab edirəm ki, bu dəyişikliklər kifayət qədər gecikmiş, amma müsbət addımdır. Çünki uzun müddət mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyəti ilə bağlı istehlakçıların ciddi narazılıqları olsa da, qanunvericilikdə nəzərdə tutulan məsuliyyət mexanizmi real çəkindirici təsirə malik deyildi. Gəlin məsələyə iqtisadi və hüquqi baxımdan yanaşaq. Təsəvvür edin ki, milyonlarla manat dövriyyəsi olan bir mobil operator və ya internet provayderi xidmətin keyfiyyət standartlarını pozduğuna görə cəmi 80-150 manat cərimə olunur. Açıq desək, bu məbləğ həmin şirkətlər üçün hüquqi məsuliyyətdən daha çox, adi bir əməliyyat xərci təsiri bağışlayırdı. Belə olan halda cərimənin pozuntunun qarşısını almaq və şirkəti öz fəaliyyətini dəyişməyə məcbur etmək funksiyası faktiki olaraq zəifləyirdi.

Yeni layihədə isə ilk dəfə olaraq bu məsuliyyətin daha ciddi səviyyəyə qaldırılması nəzərdə tutulur. Təklifə əsasən, xidmət keyfiyyəti müəyyən edilmiş göstəricilərə uyğun olmadıqda vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1000 manat, pozuntu inzibati tənbeh qərarı qüvvəyə mindikdən sonra bir il ərzində təkrar törədildikdə isə müvafiq olaraq 1000 və 2000 manat cərimə ediləcəklər.

Bəs bu məbləğlər ədalətlidirmi?

Mənim fikrimcə, əvvəlki məbləğlərlə müqayisədə artım müsbətdir, lakin milyonlarla manat gəlir əldə edən iri telekommunikasiya şirkətləri üçün 1000 və ya 2000 manat cərimənin kifayət qədər çəkindirici olacağına biraz şübhə ilə yanaşıram.

Burada bir hüquqi prinsipə diqqət yetirmək lazımdır: inzibati cərimənin məqsədi sadəcə dövlət büdcəsinə vəsait toplamaq deyil, hüquq pozuntusunun qarşısını almaq, qanunvericiliyə əməl olunmasını təmin etmək və məsuliyyət yaratmaqdır. Əgər şirkət üçün pozuntunu davam etdirmək daha sərfəlidirsə, tətbiq edilən cərimə öz məqsədinə çatmır. Yəni cərimə pozuntunun iqtisadi baxımdan sərfəli olmasına imkan verməməlidir.

Digər mühüm məsələ isə xidmət keyfiyyətinin necə ölçüləcəyidir. Qanunda keyfiyyət göstəricilərinin müəyyən edilməsi ilə yanaşı, onların tətbiqində obyektivlik, şəffaflıq və müstəqil nəzarət mexanizmi də təmin olunmalıdır. Məsələn, internetin sürəti, şəbəkənin əlçatanlığı, rabitənin fasiləsizliyi və xidmətin dayanıqlılığı konkret və ölçülə bilən meyarlarla qiymətləndirilməlidir. Bir məsələni də xüsusilə vurğulamaq istəyirəm: şirkətin cərimələnməsi istehlakçının pozulmuş hüququnun bərpası demək deyil. Vətəndaş xidmətin keyfiyyətsiz göstərilməsinə görə pul ödəyirsə, onun ödədiyi məbləğ müqabilində keyfiyyətli xidmət almaq hüququ var. Buna görə də gələcəkdə xidmət keyfiyyəti pozulduqda istehlakçıya kompensasiya, ödənişin mütənasib azaldılması və ya digər hüquqi müdafiə mexanizmlərinin də tətbiqi nəzərdən keçirilməlidir.

Nəticə etibarilə, mən bu dəyişiklikləri dəstəkləyirəm, amma düşünürəm ki, məsələ yalnız cərimələrin 80 manatdan 1000 manata qaldırılması ilə bitməməlidir. Əsas məqsəd mobil operatorları və internet provayderlərini cərimələmək deyil, onları istehlakçıya keyfiyyətli xidmət göstərməyə məcbur edən effektiv hüquqi mexanizm yaratmaq olmalıdır. Vətəndaş pul ödəyirsə, qarşılığında keyfiyyətli xidmət tələb etmək hüququna da malik olmalıdır.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 209   Tarix: 04 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

İşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA

İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin

2 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr