Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"

Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar""Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir".

Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammiti zamanı səsləndirib.

Ermənistanın niyə yalnız özünü gücləndirməyə diqqət yetirmək əvəzinə, Türkiyə ilə münasibətlərin normallaşdırılmasına çalışdığı barədə suala cavab verən Simonyanın sözlərinə görə, ölkəyə güclü ordu lazımdır:

"Lakin daha dərindən baxsaq, düşünürəm ki, biz bir-birimizlə müharibə aparmağımız üçün heç bir səbəbin qalmamasını təmin etməliyik. Ümumiyyətlə, niyə türklərlə müharibə aparmalıyıq ki? Əgər onlar bizə hücum etmək qərarına gəlsələr, bizim özümüzü gücləndirməyə vaxtımız qalmayacaq. 70 il ərzində bizə aşılanan o yalan - guya Rusiyadan yapışmalıyıq, yoxsa türklər bizi udacaqlar - reallıqla heç bir əlaqəsi olmayan bir fikirdir".

O, həmçinin TRIPP layihəsinin əhəmiyyətinə toxunaraq, ticarətin və ortaq maraqların inkişafının sülhün əsas təzahürləri olduğunu vurğulayıb:

"Ticarət və ortaq maraqların mövcudluğu sülhün başlıca ifadələrindəndir. TRIPP bunun əla nümunəsidir və o, həm də təhlükəsizlik aspektlərini özündə ehtiva edir. Bu gün, ABŞ və İran arasında faktiki müharibə vəziyyətinin davam etdiyi bir vaxtda belə, bu layihə İran sərhədindən cəmi 15 metr aralıda həyata keçiriləcək. TRIPP-in rolunu və əhəmiyyətini lazımi səviyyədə qiymətləndirməmək heç də yaxşı nəticələnməyəcək. Bu, iqtisadi və diplomatik bir layihə, sülh üçün bir vasitədir. O, həmçinin iqtisadi təminat rolunu oynayır".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 231   Tarix: 07 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünyadan "ərzaq yığın" ÇAĞIRIŞI: Niyə məhz 3 gün? - ŞOK DETALLAR - VİDEO

Dünyanın bir çox ölkəsi eyni vaxtda vətəndaşlarına evlərində ərzaq və su ehtiyatı toplamaqla bağlı çağırış edərək həyəcan təbili çaldı. Bəs bu addımın arxasında hansı səbəblər dayanır və əslində nə baş verir?. "GZT"yə istinadən xəbər verir ki, müasir dövrdə hər hansı bir ölkəni böhrana sürükləmə

8 noyabr
.

Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl

7 noyabr
.

"Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib

ABŞ-nin dövlət katibi Marko Rubio Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşlarından öz səlahiyyətləri çərçivəsində hərəkət etməyi tələb edib və hökumətdəki əlaqələrindən asılı olmayaraq qeyri-etik davranışa görə işdən çıxarılmalarla bağlı xəbərdarlıq edib. "Report" xəbər verir ki, bu barəd

8 noyabr
.

Paraqvayın sabiq prezidenti ev dustaqlığına məhkum edildi

Paraqvayın sabiq prezidenti Santyaqo Penya impiçment qərarından dərhal sonra Asunson şəhərindəki şəxsi iqamətgahında saxlanılıb. xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Bildirilib ki, Penyanın tutulması noyabrın 6-da axşam saatlarında - Senat tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonra onu əvə

8 noyabr
.

İranda yanvar etirazları ilə bağlı üç nəfər edam edilib - Foto

İranda yanvar ayında keçirilən etirazlarla əlaqədar saxlanılan üç nəfər edam edilib. bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Məlumata görə, İranın məhkəmə orqanları yanvarın 8-də və 9-da Kərəc şəhərində baş verən etirazlarla əlaqədar həbs olunan Həsən Diyubənd

8 noyabr
.

Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi

Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Ukraynanın Jitomir vilayətində yerləşən Ovruc elektrik yarımstansiyası tamamilə sıradan çıxıb. UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ovruc şəhərinin meri İvan Korud məlumat verib. Merin sözlərinə görə, elektri

8 noyabr
.

NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb

Ağ Evin yeni Aparat rəhbəri Stiven Miller ABŞ Prezidenti Donald Trampa İranla hərbi münaqişəyə son qoymağı tövsiyə edib. "Report"un məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib. Məlumata görə, Miller Ağ Evin Aparat rəhbəri vəzifəsinə namizədliyin

8 noyabr
.

Konsertindən 1,3 milyard qazanaraq rekorda imza atdı

Kanadalı müğənni The Weeknd solo ifaçılar arasında konsert turundan əldə olunan gəlirə görə dünya rekordunu qırıb. Onun "After Hours Til Dawn" adlı qastrol səfəri bütün zamanların ən çox gəlir gətirən solo turu olub. Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri konsertləri

7 noyabr
.

Trampla demokratlar arasında qarşıdurma dərinləşir

ABŞ prezidenti Donald Tramp, onun administrasiyası, tərəfdaşları və respublikaçı donorları ilə bağlı Konqres araşdırmaları aparmaq planlarını açıqladıqdan sonra Ədliyyə Nazirliyinə Demokrat Partiyasının üzvlərini araşdırmağı əmr edib. "Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Trut

8 noyabr